Icma.az
close
up
RU
Kikboksçu Tülin Ələkbərovanın qeyrietik FOTOSU YAYILDI: Məni ölüm həddinə çatdırmışdı

Kikboksçu Tülin Ələkbərovanın qeyrietik FOTOSU YAYILDI: Məni ölüm həddinə çatdırmışdı

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Azərbaycanlı kikboksçu Tulin Ələkbərova barəsində sosial media hesablarında yayılan montajlı şəkillərin silinməsini tələb edir.

Lent.az-ın məlumatına görə, kikboksçu bildirib ki, onun şəkili qeyri-etik formada redaktə edilərək sosial media hesablarında yayılıb:

"Bir neçə gün bundan əvvəl Aysu Qəhrəmanova adlı idmançı tərəfindən mənəmmiş kimi bir şəkil montaj edilərək paylaşılıb. Mən həmin qızdan Abşeronda polis idarəsinə şikayət etmişəm. İki gün sonra qız idarəyə çağırıldı. O, şəkli öz telefonundan silib. Lakin bunu bütün sosial şəbəkə hesablarında yaymışdı. Öz "TikTok" hesabından da sildi. Üzr istəmədən, mən şikayəti geri çəkmədən qız çıxıb gedib. Bütün sosial şəbəkədə paylaşılan montajlı formada mənəmmiş kimi qələmə verilən şəkillərim başqasının qeyri-etik səsi ilə paylaşılıb. Əslində elə bir şey yoxdur. Mən sadəcə olaraq bundan narahatam. Mənim adımı pisə çıxardırlar, bu, karyerama mənfi təsir edir. Bir neçə tələbəmi buna görə itirmişəm. Ailəvi problem yaşayıram. Nişanlanacağım oğlanın ailəsi görüb. Pis vəziyyətdəyəm. Özümü öldürmə dərəcəsinə çatmışam".

Tulin Ələkbərova bu məsələnin qloballaşmasını, problemin aradan qaldırılmasını, qızın isə cəzalandırılmasını istəyir:

"Hansı sosial şəbəkədə, mediada paylaşılıbsa, bunlar aradan götürülsün ki, mən normal həyatıma davam edim. Bütün platformalardan mən bunun silinməsini tələb edirəm. Mən canıma qəsd edəndən sonra buna kim cavabdeh olacaq?".

Kikboksçu Aysu Qəhrəmanova isə bildirib ki, iki il öncə Tülin Ələkbərova onun zalda videosunu çəkərək sosial şəbəkədə paylaşıb, şərəf və ləyaqətinə toxunub:

"İki il əvvəl mən zalda olanda Tülin Ələkbərova sparring məqsədilə video çəkib, lakin bunu sosial şəbəkədə tamam başqa cür istifadə edib. Mənim şərəf və ləyaqətimi alçaldıb. Videonun silinməsi üçün ailəm dəfələrlə xanıma yazıb, amma o, valideynimə də qeyri-etik cavablar verib. Mən o vəziyyətdə idim ki, evdən çölə belə çıxa bilmirdim. Çöldə olanda hər kəs mənə deyirdi ki, sən Tülinin döydüyü qız deyilsən, hələ də yaşayırsan? Bu tip ifadələr ilə məni alçaldırdılar. Mən, hətta intihara da cəhd etmişəm. Bədənimdə xəsarətlərim var. Əsəblərim pozulduğuna görə müalicə aldım. Bundan sonra epilepsiya xəstəliyi tapdım. Xanıma etdiyim xəbərdarlıqlara baxmayaraq, o videonu silmədiyi üçün Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət etdim. O dedi ki, silirəm və bir də paylaşmayacağam. Lakin o yenə də mən hər yarışda döyüşüb udanda həmin videonu paylaşırdı. Üzərində "özündən zəifi vurub paylaşmaqla deyil, gücün çatırsa, mənə çatsın. Gəlin bunu buradan aparın, ayaq üstə dura bilmir" tipli yazılar yazırdı. Mən isə onun acığına elə bir şəkil paylaşdım".

Aysu Qəhrəmanova qeyd edir ki, paylaşdığı şəkil fotomontaj deyil:

"O şəkil montaj deyil, bunu özü də bilir, sadəcə özünə haqq qazandırmaq üçün belə bir açıqlama verib. O foto montaj olsaydı, heç vaxt səviyyəmi salıb paylaşmazdım".

O, həmçinin əlavə edib ki, heç bir tanışlığı olmadan mübahisəni ilk Tülin Ələkbərova başladıb:

"Onunla heç bir problemim, tanışlığım yox idi, mənə sataşmağa başladı. İki il ölüm həddinə çatdım, dəfələrlə intihara cəhd etdim. Anam gecələri yatmayıb mənim başımda dururdu ki, özümə xəsarət yetirməyim"./oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:498
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri