Icma.az
close
up
RU
Kikboksinq üzrə 28 qat dünya çempionu: 47 yaşım var, amma indi də döyüşürəm

Kikboksinq üzrə 28 qat dünya çempionu: 47 yaşım var, amma indi də döyüşürəm

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çempion olmaq gözəl hissdir. Amma bunun üçün əziyyət çəkməlisən, həmişə özünə inanmalısan. Birdən-birə heç kim çempion olmur. Əzilə də, yorula da bilərsən. Əsl idmançı odur ki, axıra qədər dözsün və çempion olsun..." Kikboksinq üzrə 28 qat dünya, 11 qat Avropa çempionu, Əməkdar idman ustası və Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədovun bu fikirləri paytaxtdakı 292 nömrəli tam orta məktəbdə şagirdlərlə keçirilən görüşündə əsl motivasiya kimi səslənib.

Oxu.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə "Kaspi" qəzetinin birgə reallaşdırdığı "Məktəbdə" layihəsinin qonağı şagirdlərə həyat yolundan, uğur qazanmağın sirlərindən danışıb.

"Yadınızda qalsın, ağıllı idmançını udmaq olmur"

"Mütləq deyil idmanla çempion olmaq üçün məşğul olasan. İdman sağlamlıq deməkdir. Sağlam bədəndə də sağlam ruh olur. Qalib gəlmək üçün həm də dərs oxumalısınız. Yadınızda qalsın, ağıllı idmançını udmaq olmur. Nə qədər çox savadlı olsan, rəqibin bir o qədər səni uda bilməz", - deyə idmançı kikboksinqə həvəsinin necə yaranmasından danışıb: "Mən çox idman növlərinə getmişəm, amma seçə bilmirdim. 1995-ci ildə bizim ölkəmizdə Kikboksinq Federasiyası yaranmağa başladı. Hələ onda bu idman növünün qaydalarını tam bilmirdilər. Mən bu idman növü ilə məşğul olmağa başladım. O vaxtdan bu günə qədər döyüşürəm. İlk dəfə kikboksinqə gedəndə "görəsən məndə alınacaqmı?"- deyə düşünürdüm. Amma özümə inanırdım. Orada yaxşı dostlar qazandım. Başa düşdüm ki, idmançı üçün ən böyük motivasiya udmaqdır. Nə qədər çox uğur qazanırsan, o qədər motivasiya çoxalır. Motivasiyanı özünüz özünüzdən almalısınız. Mən 4-5 il kikboksinqlə məşğul olandan sonra ilk uğurumu qazandım. Onda 16 yaşım vardı. Özümdən böyük idmançını udub Azərbaycan çempionu oldum.

Hansı idman növündə olsaydım, çempion olacaqdım. Çünki zəhmətkeş idmançıyam. Yalnız əziyyət çəkəndə qalib gəlmək olur. Kikboksinqlə ən çox oğlan uşaqları məşğul olur. Amma son vaxtlar qızlar da məşğul olmağa başlayıb. Bu idman növü xarakteri möhkəmləndirir, özünə inamı artırır. Yeniyetmə vaxtlarda kinoya baxıb Jan-Klod van Damm, Brüs Li kimi aktyorları özümə kumir seçirdim. Onlar idmançı deyildilər, sadəcə aktyor idilər. Ancaq indi idmanda göz önündə olan dünya çempionları var. Siz onlardan məsləhət ala bilərsiniz. İdmanda Messi, Ronaldo kimi idmançılar var. Siz onları özünüzə kumir seçin. Mütləq kumiriniz olsun. Yarışda himnimiz səslənəndə, bayrağımız qalxanda özünü çox xoşbəxt hiss edirsən. İdmançı üçün bundan gözəl an yoxdur".

15 saniyə ərzində qələbə

E.Məmmədov ona verilən "Ağ canavar" ləqəbindən də danışıb: "Bu ləqəbi mənə müəllimim verib. Dedi ki, sən necə ildir ağ canavar kimi məşq edir, canavar kimi döyüşürsən. Yenə də yarışda ağ canavar kimi döyüşüb qalib gəlməlisən. Gərək ləqəbi idmançıya müəllimi versin. Sən isə çalışıb bu ləqəbi doğrultmalısan. Xoşbəxtəm ki, müəllimimin verdiyi ləqəbi doğrulda bildim".

İdmançı ən çox qürur duyduğu yarışını da xatırlayıb: "Mənim ən tez qalib gəldiyim yarış erməni idmançı üzərində qələbəm olub. Ona 15 saniyə ərzində qalib gəldim. O, yerdə uzanmışdı, mən bayrağımızı götürüb onun başı üzərində durdum. Bütün dünyaya göstərdim ki, biz həqiqətən güclüyük. Bizim yumruqlarımız möhkəmdir".

Güclü rəqibə qalib gəlməyin sirri

Dünya çempionu yarış zamanı güclü rəqibə qalib gəlməyin sirrini də açıqlayıb: "Hər idmançıya hörmətlə yanaşırsan. Elə idmançılar var ki, səni gözü və ya mimikası ilə qorxutmağa çalışır. Mən həmişə arenaya gülüşlə çıxıram. Bu, rəqibə "onsuz da səndən heç nə alınmayacaq" deməkdir. Hansısa psixoloji məqamda rəqibi özündən çıxarırsan. Döyüşdə fiziki gücdən başqa, elə bir taktikan olmalıdır ki, rəqibi udasan. Ümumiyyətlə, asan döyüş olmur. Döyüşdə rəqibinin zəif yerini hiss etməlisən. Onu hiss edirsənsə, demək qabaqcadan döyüşə hazır olursan".

Nizam-intizam, həvəs və özünəinam

Dünya çempionu tələbələrinin uğurları ilə öyündüyünü deyibi: "Mənim 47 yaşım var, amma indi də döyüşürəm. Tələbələrimə deyirəm ki, əgər sizin müəlliminiz döyüşür və çempion olursa, siz də döyüşməli və udmalısınız. Tələbələrim beynəlxalq arenalarda yarışır və çempion olurlar. Onlarla qürur duyuram. Hər kəs mənim tələbəm ola bilər. Lazım deyil ki, mənim yanıma mütləq çempion gəlsin. Əsas odur ki, tələbənin nizam-intizamı, həvəsi və özünə inamı olsun. Elə olub ki, özümdən güclü idmançıları udmuşam. Çünki özümə inamım olub. Bunlar olsa, mütləq çempion olacaqsan".

E.Məmmədov layiq görüldüyü mükafatlardan da danışıb: "Mən idmançı olmağımla qürur duyuram. İndiyə qədər çox mükafatlar qazanmışam. Bunların içərisində mənim üçün ən qiymətli mükafat "Vətən uğrunda" medalıdır. Bir neçə gün öncə Kikboksinq Federasiyasına vitse-prezident təyin olunmuşam. Bu, mənim üzərimə məsuliyyət qoyur. Fəaliyyətimlə mənə verilən mükafatlara layiq olmağa çalışıram".

E.Məmmədov bildirib ki, 2027-ci ildə kikboksinq üzrə Avropa Çempionatının Bakıda keçirilməsi nəzərdə tutulur: "Sonuncu dəfə 2010-cu ildə çempionat Bakıda keçirilib. Sevindirici hadisədir ki, 17 ildən sonra yenidən Azərbaycanda keçiriləcək. Bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi dövlətimizin uğurudur".

Qonaq şagirdlərə növündən asılı olmayaraq idmanla məşğul olmağı məsləhət gördü: "İdman ilk növbədə sizin sağlamlığınızdır. İndi narkomaniya çoxalıb, zərərli vərdişlərlə məşğul olanlar çoxdur. Siz belə insanları görəndə onları düzgün yola dəvət edin, pis yoldan çəkindirin, onlara inam verin. Hansı peşəni seçirsinizsə, orada uğur qazanmağa, lider olmağa çalışın. Siz Azərbaycanın gələcəyisiniz. Çalışın, ölkəmizin fəxri olun!"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Mart 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri