Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Evdar qadınları kim necə müəyyən edəcək?

Evdar qadınları kim necə müəyyən edəcək?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək. 

İndiyə qədər işsiz şəxslər üçün ödənişləri dövlət qarşılayırdısa, 2026-cı ildən bəzi kateqoriyalar sığorta haqlarını özləri ödəməli olacaqlar. Qanuna təklif edilən dəyişikliklərə əsasən, əmək qabiliyyəti olduğu halda rəsmi gəlir göstərməyən şəxslər hər ay minimum əməkhaqqının 4 faizi həcmində – hazırkı hesablamaya görə 16 manat – icbari tibbi sığorta haqqı ödəyəcəklər. 

Bu, gəlirini qeyri-rəsmi əldə edən, lakin əmək münasibətlərində iştirak etməyən bütün vətəndaşlara şamil olunacaq. Dəyişikliklər sosial həssas qrupları əhatə etmir. Əsasən əlilliyi olan şəxslər, pensiyaçılar və uşaqlar ödənişdən azad olunacaqlar. 

Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. İcbari tibbi sığorta ilə bağlı yeni mexanizm və ödəniləcək məbləğ isə qarşıdakı günlərdə məlum olacaq. 

Maraqlıdır, evdar qadın statusunu müvafiq qurum necə müəyyən edir və yaxud vətəndaşın şəxsi gəliri olmadığı necə bilinəcək? Məsələn, evdə  bizneslə məşğul olan evdar qadını  digərlərindən necə fərqləndirmək mümkün olacaq?

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, hər işi olmayan insan işsiz hesab edilmir: 

“Hazırda tətbiq edilən qaydalara görə, işsiz vətəndaş gedib Məşğulluq İdarəsində iş üçün növbəyə dayanan şəxs hesab edilir. Yəni qeydiyyatda olan şəxs işsiz kimi qəbul edilir. İşi olmayan digər şəxslərin hamısı işsiz hesab edilmir. Evdar qadınlara hansı formada icbari sığorta tətbiq olunacağı müəyyən qədər müəmmalıdır.

Ancaq böyük ehtimal ki, himayəsində azyaşlı uşaq olan və həmin uşağın qayğısına qalan qadınlar evdar qadınlar hesab olunacaqlar. Yəqin ki, onlardan  işi olmaması ilə bağlı müəyyən sənəd tələb olunacaq.   Bu, o deməkdir ki, heç bir vergi orqanında qeydiyyatda olmamalıdırlar. Adları heç bir firmada, şirkətdə işçi kimi keçməməlidir. Böyük ehtimal ki, bu sənədlər onlardan tələb olunacaq”.

Hüuquqşünasın fikrincə, icra hakimiyyətinin müvafiq orqanı dedikdə, dövlət orqanının hər biri icra hakimiyyəti orqanı hesab edilir: 

“Nazirliyin tabeliyində olan idarələr hər biri icra hakimiyyətinin orqanı hesab edilir. Ola bilər ki, qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanı dedikdə, məhz şəhər, rayon icra hakimiyyətini deyil, Məşğulluq və digər idarələr nəzərdə tutulur.

Evdar qadınlar ilk növbədə işsiz kimi müraciət etməlidirlər və məşğulluq idarələri də ərizədə göstərdikləri bacarıqlara uyğun olaraq onlara iş təklifi irəli sürür.  Evdə fərdi işlə məşğul olanlar, məsələn, şirniyyat bişirmək, dərzilik və s. ilə məşğul olanları müəyyən etmək çətindir. 

Əslində həmin şəxslər evdə şirniyyat bişirib satmaq və yaxud dərziliklə məşğul olmaqla gəlir əldə edirlər. Gəlir əldə etdikləri təqdirdə qanunvericiliyə uyğun olaraq vergi orqanlarında qeydiyyatdan keçməli və müvafiq sənədləşdirmə aparılmalıdır. 

Onlara VÖEN verilməlidir ki, həmin şəxslər hər rübün sonunda hesabat verməlidirlər. Öz gəlirlərindən müəyyən qədər vergilər və digər tutulmaları ödəməlidirlər. Hazırda vergidən yayınan şəxslərin müəyyən edilməsi ilə bağlı vergi oqranları ətraflı araşdırmalar aparırlar. Məsələn, şəxsin adına kart var və bizdə daha çox kartdan-kartda ödəniş gündəmdədir.  

Şəxsin kartına hər ay kifayət qədər yüksək məbləğlərdə və yaxud müəyyən məbləğlərdə pul gəlirsə, vergi orqanının ixtiyarı var ki, həmin gəlirlərin mənbəyini müəyyən etsin. Həmin şəxsə şirniyyat satmaq müqabilində ödəniş həyata keçirildiyi müəyyən olunduğu təqdirdə vergi orqanının bu şəxsin müraciəti olmadığı halda onu vergi ödəyicisi kimi qeydiyyata almaq ixtiyarı var. 

Onun adına VÖEN verilir və ondan rüblük hesabatlar tələb olunur. Bu qaydalara riayət etməyən şəxslər cərimələnirlər. Əslində bu şəxslər gəlir əldə etdikdə və bu məlumatları vermədikdə qanunvericiliyi pozmuş olurlar.  

Fikrimcə, vergi orqanlarının apardığı ətraflı araşdırmalar da gələcəkdə  bu kimi halların qarşısını almaq məqsədi daşıyır. Ancaq həmin şəxs nağd şəkildə gəlr əldə edirsə, onu müəyyən etmək çətindir. 

Bununla bağlı kimlərinsə şikayəti, müraciəti olmalıdır ki, araşdırma aparılsın. Həmin şəxsin mütəmadi, daimi olaraq bu işlə məşğul olduğu müəyyən edilsin.  Ona görə də bunları müəyyən etmək icra hakimiyyəti orqanlarına kifayət qədər çətin olacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Evdar qadınlar Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri