Kılıçdaroğlu “hesab soracağam” dedi, Özgür Özəl isə təcili qurultay tələb etdi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin ana müxalifət partiyası olan CHP-də rəhbərlik böhranı yeni mərhələyə qədəm qoyub. Eyni gündə ayrı-ayrı məkanlarda tərəfdarları qarşısında çıxış edən Kamal Kılıçdaroğlu və Özgür Özəl partiyanın gələcəyi ilə bağlı bir-birinə zidd mesajlar veriblər.
Məhkəmə qərarı ilə yenidən CHP sədrliyinə qaytarılan Kılıçdaroğlu 2,5 ildən sonra partiyanın Baş Qərargahına gələrək tərəfdarları qarşısında çıxış edib. O, partiyada baş verən proseslərin sadəcə rəhbərlik məsələsi olmadığını bildirib.
Kılıçdaroğlu: “Hesab soracağam”
Kılıçdaroğlu çıxışında qurultay prosesi ətrafında yaranan mübahisələrə toxunaraq bildirib:
“Mənim nə edəcəyim bəllidir. Hesab soracağam. Qurultay sandığını ən qısa zamanda partiya üzvlərinin qarşısına gətirəcəyəm. Təmiz, şəffaf və şübhələrdən uzaq qurultay keçirəcəyik”.
O, CHP-nin daxili demokratiyasının zədələndiyini iddia edərək, partiyanın nüfuzuna xələl gətirən şəxslərin məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Kılıçdaroğlu həmçinin çıxışında korrupsiya, rüşvət və partiya daxilindəki müxtəlif qanunsuzluqlarla bağlı sərt ittihamlar səsləndirib, bəzi şəxsləri CHP-nin tarixi irsinə zərbə vurmaqda günahlandırıb.
Özgür Özəl: “CHP təyin olunmuş sədr qəbul etməz”
Bu vaxt Ankaranın Güvənpark ərazisində tərəfdarları qarşısında çıxış edən Özgür Özəl isə partiyada dərhal yeni qurultayın keçirilməsini tələb edib.
Özəl bildirib:
“Biz məğlub olmağa öyrəşmiş CHP deyil, qalib gələn CHP-yik. Biz təyin olunmuş deyil, seçilmiş CHP-yik. CHP təyin olunmuş sədr qəbul etməz”.
O əlavə edib ki, qurultayın təxirə salınmasına heç kimin haqqı yoxdur:
“İstənilən nümayəndə heyəti ilə dərhal qurultay keçirilsin. CHP-nin sədrinin kim olacağına 2 milyon partiya üzvü qərar versin”.
Özəl həmçinin CHP sədrliyinə namizədlərin ümumpartiya səsverməsi ilə müəyyən edilməsini təklif edib.
Mansur Yavaş da Özəlin yanında göründü
Məlumata görə, Mansur Yavaş da Güvənparkda keçirilən tədbirdə iştirak edib və Özgür Özələ dəstək nümayiş etdirib.
CHP-də iki mərkəzli rəhbərlik görüntüsü
Beləliklə, eyni gündə biri CHP Baş Qərargahında, digəri isə Ankara İl Təşkilatının qarşısında keçirilən tədbirlər partiyadakı parçalanmanın nə qədər dərinləşdiyini ortaya qoyub. Hər iki tərəf qurultay tələb etsə də, CHP-nin gələcək rəhbərliyinin necə formalaşacağı və tərəflərin ortaq məxrəcə gəlib-gəlməyəcəyi hələ də açıq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 30 May 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















