Kilosu 40 manata satılan bu bitkinin faydaları açıqlandı
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Quzugöbəyi göbələyi Morchellaceae ailəsindən olan və təbiətdə yetişən, ləzzətli göbələk növüdür. Yazda meşədə yetişən bu göbələk yüksək protein, lif, vitamin və minerallarla zəngindir.
Pravda.az bildirir ki, yüksək qiymətə sahib olmasına baxmayaraq, dadlı yeməklərin təqdim edildiyi mətbəxlərdə geniş istifadə olunur. Quzugöbəyi, xüsusilə şorba, risotto və pasta kimi yeməklərdə istifadə edilir.
Çeşidləri:
Morchella esculenta: Ən çox rast gəlinən növ, dairəvi və bal pətəyi şəklindədir formasındadır.
Morchella deliciosa: Kiçik və aromatikdir.
Morchella conica: Konus formasında, daşlı torpaqlarda yetişir.
Faydaları:
İmmun sistemini gücləndirir: Antioksidanlar, vitaminlər və minerallar ilə zəngindir.
Həzmə kömək edir: Yüksək lif tərkibi ilə həzm sistemini dəstəkləyir.
Ürək sağlamlığına faydalıdır: Xolesterol səviyyəsini tənzimləyir və qan təzyiqini aşağı salır.
Sümük sağlamlığına müsbət təsir: D vitamini ilə zəngindir və kalsiumun udulmasını artırır.
Quzugöbəyi göbələyi həm də anti-inflamatuar xüsusiyyətlərə malikdir, bu səbəbdən ağrı və iltihabları azaltmağa kömək edir.
Qeyd: Türkiyədə kilosu 900 lirəyə (təxminən 40 manat) satılan bu nadir göbələk üçün insanlar səhərin ilk saatlarında dağlara axın edir.
Əminə Bayramova


