Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda – Xankəndidə keçirilməsi özlüyündə rəmzi məna daşıyır. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu tədbir post-münaqişə dövrünün strateji mərhələsində suverenlik, iqtisadi inkişaf və diplomatik çeviklik kimi üç əsas amili önə çıxarmaqla yanaşı həm də İƏT Zirvəsi vasitəsilə Azərbaycan həqiqətlərinin bir daha dünyaya bəyan edilməsidir. Tarixi ədalətin bərpasından sonra ilk dəfə beynəlxalq səviyyəli Zirvə toplantısının Xankəndidə baş tutması ölkəmizin regionda artan təsirini və müəyyənedici güc statusunu bir daha təsdiqləyir; bununla dünyaya tarixi Azərbaycan şəhərinin siyasi, iqtisadi əhəmiyyətini göstərir.

Xankəndidə yeni müasir infrastrukturun qurulması, nəqliyyat və informasiya şəbəkələrinin bərpası və belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın “post-münaqişə” siyasətinin sistemli və ardıcıl olduğunu göstərir. Yaxın keçmişdə separatizmin baş qaldırdığı bu tarixi Azərbaycan şəhərində bu gün suverenlik, regional əməkdaşlıq və iqtisadi sabitlik bayrağı dalğalanır.

Diqqətçəkən mühüm məqamlardan biri də Ermənistan və ona havadarlıq edən xarici qüvvələrin 30 il ərzində minaladığı və “boz zona”ya çevirdikləri Qarabağın qısa zaman kəsiyində “yaşıl bölgə”yə çevrilməsidir. Yenidən həyata qaytarılan Qarabağ və Şərqi Zəngəzur dünyanın müasir çağırışlarına uyğun olaraq “yaşıl enerji” zonası elan edilib və bu istiqamətdə mühüm işlər həyata keçirilir. Bu, Azərbaycanın sülh təşəbbüslərinin yalnız sənədlər üzərində deyil, konkret addımlarla reallaşdırıldığının əyani təsdiqidir. Bu Sammit həllini gözləyən mühüm məqamlardan biri kimi Azərbaycanın yaşıl iqtisadiyyat modelinə keçidini gücləndirəcək, Xankəndi və bütövlükdə Qarabağın turizm potensialını artıracaq, yerli məşğulluğun artırılmasına mühüm töhfələr verəcək.

Zirvə görüşü çərçivəsində müzakirə edilən məsələlərin əsas qismi türk birliyinin möhkəmlənməsi istiqamətinə hədəflənən addımlardır. 1985-ci ildə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatında hazırda Azərbaycan, Türkiyə, İran və Pakistan ilə yanaşı Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan da təmsil olunur ki, bu da onun türk-islam birliyinin güclənməsini şərtləndirən təşkilat olduğunu göstərir.

Təşkilatın yaradılmasında məqsəd dayanıqlı iqtisadi inkişafa nail olmaq, ticarəti təşviq etmək, dünya iqtisadiyyatına inteqrasiya və bütün üzv dövlətlər üçün səmərəli nəqliyyat-logistika sistemini inkişaf etdirməkdən ibarət olub. Müstəqilliyini bərpa edən Azərbaycan təşkilata 1992-ci ildə qoşulub. Azərbaycanla yanaşı Mərkəzi Asiya respublikaları da yeni iqtisadi modelə keçidlə əlaqədar olaraq region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri genişləndirmək üçün təşkilata üzv olublar.
Azərbaycan İƏT-da həm geosiyasi, həm də iqtisadi baxımdan aparıcı dövlətlərdən biridir. Ölkəmizin irəli sürdüyü və beynəlxalq əhəmiyyətə malik olan layihələrdə təşkilata üzv dövlətlər həvəslə iştirak edirlər. Bakı İƏT-in 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında 9-cu və 12-ci Zirvə görüşlərinə uğurla ev sahibliyi edib. Həmin zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və davamlı inkişaf mövzularında vacib sənədlər qəbul olunub. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb.

Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq üçün önəmli platforma rolunu oynayır. Bu sammitdə müzakirə olunan infrastruktur layihələri, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat kimi mövzular Azərbaycanın təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir.

Təşkilata üzv olan türkdilli ölkələrin liderləri – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov bu Zirvə görüşünə qədər də Qarabağ və Şərqi Zəngəzurda səfərdə olublar. Qardaş türk ölkələri işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işlərinə də öz töhfələrini və dəstəklərini göstərməkdədirlər. İƏT-in Zirvə görüşü ərəfəsində ötən il təməli Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə qoyulan “Aykol Manas” məktəbinin açılışı da bu töhfələrdən biridir. Ötən müddət ərzində Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən məktəb və yaradıcılıq mərkəzi inşa edilərək istifadəyə verilib.
Bu sadalananlarla yanaşı, İƏT üzvü olan Türkiyə və Pakistanın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdikləri mühüm siyasi və mənəvi dəstəkləri İƏT-də birləşən ölkələrin həmrəyliyini, Azərbaycanın haqq işinə dəstək verdiklərini və müttəfiqlik münasibətləri sərgilədiklərini göstərir.

Bu baxımdan Xankəndidə keçirilmiş Zirvə görüşü regional inteqrasiyanın yeni mərhələsini stimullaşdırır və beynəlxalq siyasi arenada Azərbaycanın mövqeyini daha da gücləndirir. Azərbaycan bu gün bölgədə və regionda liderlik, təhlükəsizlik və əməkdaşlıq platforması kimi qəbul edilir.

Bütün bunlar Azərbaycanın qlobal mənada strateji aktora çevrilməsinin bariz nümunəsidir. Sammitdə Xəzər İqlim Bəyannaməsi, karbon ticarəti və “yaşıl enerji zonası” kimi təşəbbüslərin müzakirə olunması, investisiya axınının stimullaşdırılması, Qarabağ bölgəsinə olan marağın daha da artırılması, ticarət və logistika dəhlizlərinin genişlənməsi, Qarabağ bölgəsinin iqtisadi bərpası və İƏT ölkələrinin bu prosesə cəlbi, Azərbaycan məhsullarının İƏT ölkələrinə ixracı, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sahəsində gözlənilən razılaşmalar ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.

Zirvə çərçivəsində qəbul olunan sənədlər və liderlərin verdiyi mesajlar regionun iqtisadi gələcəyi ilə bağlı ümumi baxışın formalaşdığını göstərir və sübut edir ki, İƏT-in gələcək fəaliyyətində praktiki nəticələrə yönəlmiş əməkdaşlıq, iqtisadi inteqrasiya və ortaq maraqlar əsasında tərəfdaşlıq prioritetlərini formalaşdırır.

Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala malik İƏT-in bu Zirvə görüşü iqlim dəyişmələrinə həsr olunduğu üçün səsləndirilən bütün fikirlərin mərkəzində dayanıqlı inkişaf, ekoloji balansın qorunması və “yaşıl iqtisadiyyat”ın təşviqi dayanırdı. İqlim dəyişmələrinin yaratdığı qlobal təhlükələr fonunda İƏT-ə üzv ölkələrin məsələyə vahid mövqedən yanaşması onun ekoloji təhlükəsizlik baxımından da nə qədər vacib olduğunu nümayiş etdirdi. Zirvə çərçivəsində irəli sürülən təşəbbüslər – təmiz enerji texnologiyalarının tətbiqi, “yaşıl nəqliyyat” şəbəkələrinin yaradılması, tullantıların idarə olunması və su ehtiyatlarının səmərəli istifadəsi kimi məsələlər gələcəkdə bölgənin iqtisadi inkişaf modelinin formalaşmasına zəmin yaradır.

Bu o deməkdir ki, Xankəndi Zirvə görüşü həm iqlim çağırışlarına cavab vermək, həm də onları yeni iqtisadi fürsətə çevirmək yolunda strateji dönüş nöqtəsi kimi tarixi əhəmiyyət daşıyır. Xankəndidə birləşən İƏT ölkələri, əslində, təkcə bəyannamələrə imza atmadılar – onlar gələcək üçün ortaq iradə, güclü regional nizam və sabit inkişaf doktrinasına səs verdilər.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri