Icma.az
close
up
RU
Kim Çen In süni intellekt texnologiyasına malik yeni dronları tərifləyib

Kim Çen In süni intellekt texnologiyasına malik yeni dronları tərifləyib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Şimali Koreya lideri Kim Çen In sınaqlar zamanı süni intellekt texnologiyalarından istifadə edən dronları dəyərləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Kim Çen In martın 25-26-da Pilotsuz Uçuş Aparatları Assosiasiyası, "axtarış və elektron müharibə tədqiqat qrupu"nun işinə nəzarət edib. O, birliyin tabeliyində olan müəssisələr tərəfindən hazırlanıb istehsal olunan müxtəlif yeni növ kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları və kamikadze təyyarələri ilə tanış olub, onların sınaqdan keçirilməsini müşahidə edib.

"Sınaqlar quruda və dənizdə müxtəlif strateji obyektləri və düşmənin hərəkətlərini izləməyə, müşahidə etməyə imkan verən axtarış funksiyası ilə ən son strateji kəşfiyyat pilotsuz təyyarəsinin innovativ xüsusiyyətlərini təsdiqləyib. Müxtəlif taktiki hücum tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş kamikadze pilotsuz təyyarələrin hədəfi vurma qabiliyyəti də tam nümayiş etdirilib", - deyə KCNA xəbər verir.

“Yoldaş Kim Çen In xarakteristikaları təkmilləşdirilən strateji kəşfiyyat PUA-larının və yeni süni intellekt texnologiyalarını özündə birləşdirən kamikadze pilotsuz təyyarələrin hərbi effektivliyini və strateji dəyərini yüksək qiymətləndirib”, - deyə mesajda qeyd edilir.

KXDR lideri Pilotsuz Uçuş Aparatları Assosiasiyasının planlarını dəstəkləyib və istehsal gücünü artırmağa razılaşıb. "Müasir silahlı qüvvələrin qurulmasında ən böyük əhəmiyyət pilotsuz silahlar və süni intellekt texnologiyaları sahələrinə verilməlidir", - deyə Kim Çen In bildirib. Onun fikrincə, obyektiv dəyişikliklər “hərbi nəzəriyyələrin və hərbi təhsilin bir çox aspektlərinin yenilənməsini” tələb edir.

Dövlət İşləri Sədri müasir müharibənin “ağıllı, ən müasir silahlar arasında qarşıdurma” ilə xarakterizə olunduğunu diqqətə çatdırıb və bu cür döyüş əməliyyatlarına hazırlaşmaqda Pilotsuz Uçan Aparatlar Assosiasiyası ilə “Axtarış və elektron müharibə üzrə tədqiqat qrupu”nun rolunu qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Mart 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see280

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see153

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see149

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see145

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see129

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see129

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see123

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri