Icma.az
close
up
RU
Kim daha çox zərər görə bilər?

Kim daha çox zərər görə bilər?

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Rusiyanın ticari sanksiya təhdidləri Azərbaycan üçün risklər yaratmır

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev bir neçə gün əvvəl Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyinə dair bəyanatla çıxış edib. Bildirib ki, Rusiya ticari qadağalarla və ya proteksionist addımlarla Azərbaycandan gələn malları gömrük qapılarında dondura bilər. Qurulevin bu fikirləri sözsüz ki, rəsmi dövlət mövqeyi hesab oluna bilməz və iki dövlət arasında ticarət mübadiləsinin dayandırılması barədə konkret qərar və ya təklif yoxdur. Ancaq bununla belə, rusiyalı deputatın bu şovinit düşüncəsi normal qonşuluq münasibətlərinə və ticari əməkdaşlığa zərər verə biləcək tendensiya kimi xarakterizə olunmalıdır və Rusiyanın hansısa gömrük strukturu əməkdaşında sərhəd-keçid məntəqələrində Azərbaycan mallarının ixracının süni olaraq yubadılmasına rəvac verərdi.

Bütün bunlara rəğmən, Qurulevin bu “təklifi” gerçəyə çevriləcəyi halda zərərlərin daha çox öz ölkəsinə səmtlənəcəyini də istisna etmək olmaz. Onun “Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək” kimi fikirləri, əslində, əks istiqamətdə daha çox hiss oluna bilər.

Statistika nə deyir?

Qeyd edək ki, bu məsələyə Milli Məclisin deputatı Vüqar Bayramov ilk olaraq münasibət bildirərək vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında ticari mübadilələrin pozulmasından uduzan tərəf Rusiya olacaq. Deputanın açıqlamasına görə 2024-cü ildə Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox rusiyalı iş adamları ziyan görəcəklər.

Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Bu isə o deməkdir ki, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çoxu Rusiyadan kənar ölkələrə yönəlib. Yəni reallıq heç də rusiyalı deputatın qeyd etdiyi kimi deyil.

Onu da əlavə edək ki, mövcud tendensiya, yəni ticarət balansında Rusiyanın daha çox qazanc əldə etməsi 2025-ci ilin birinci yarısında da müşahidə olunub. Cari ilin ilk altı ayında Azərbaycan və Rusiya arasında əmtəə mübadiləsinin həcmi 2,5 milyard dollar olub. Onun 590 milyon dolları Azərbaycanın ixracı, 1,9 milyard dolları isə idxalın payına düşür. Yəni cəmi əmtəə dövriyyəsinin dörddə biri Azərbaycanın payına düşür, qalan üç misli və ya 75 faizi Rusiyanın payında qalır. Bu, ona dəlalət edir ki, cəmi ticarət portfelində malın 25 faizlik gəlir əmsalı bizimdir, qalan 75 faizi Rusiyanın.

Rusiyaya ixrac azalır, Türkiyə və Avropa regionuna artır

Rəqəmlər bir daha təsdiqləyir ki, ticari əmaəliyyatlarda qazanc edən tərəf Rusiyadır. Ona görə də, Rusiyanın Azərbaycandan gələn idxalı qadağan edəcəyi halda itirən bu ölkə olacaq.

Sual oluna bilər ki, bu tendensiya Azərbaycan ixrac potensialının azalmasına və ya ixracının məhdudlaşmasına səbəb ola bilərmi?

2024-cü ildə Azərbaycanın cəmi ixracının həcmi 26,5 milyard dollar olub. Onun 1,7 milyard dolları Rusiyaya ixrac olunub. Bu, ümumi ixrac portfelində 6 faiz deməkdir. 2025-ci ilin yanvar-iyun aylarında isə ixracımız 12,9 milyard dollar təşkil edib. İxracın 590 milyon dolları Rusiyanın payına düşür. Bu, cəmi ixracın 4,4 faizidir. Yəni, Azərbaycanın ixracı diversifikasiya etməsi sayəsində son bir ildə Rusiyaya ixrac 2 faizə yaxın azalıb və Azərbaycan həmin malları digər qeyri-ənənəvi bazarlara yönəltməklə ixracdakıl itkini tam kompensasiya edib.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın Rusiyaya ixracı əsas etibarilə qeyri-neft məhsullarıdır və qeyri-neft ixracının böyük bir qismi kənd təsərrüfatı məhsullarıdır. Rusiya həmin məhsulların satışı üçün əsas ticarət qapısı olsa da, son illərdə milli ixracın şaxələndirilməsi, yeni bazarlar və ixrac evlərinin yaradılması digər ölkələrdə aqrar malların satışının da artmasına səbəb olmaqdadır. Ələxsus da Türkiyə və Avropa bazarlarında aqrar-sənaye məhsullarının ixracında dinamikanın yüksəlməsi müşayiət olunmaqdadır.

Məsələn, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,8 milyard dollar təşkil edib. Qeyri-neft ixracının 30 faizi Rusiyanın payına düşüb. Belə ki, ilk altı ayda Rusiya Federasiyasına 586 milyon dollar, Türkiyəyə 287 milyon dollar, Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar, Ukraynaya isə 95,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Digər ixrac malları Avropa, Asiya və digər ölkələrin bazar payında yer alır. Bu statistika da təsdiqləyir ki, Rusiyanın kənd təsərrüfatı və qeyri-neft mallarında əvvəlki yüksək payı ilbəil azalır. Bir neçə il əvvəl həmin məhsulların cəmi ixracında Rusiyanın payı 50-60 faizə bərabər idisə, hazırda bu rəqəm 2 dəfə azalaraq 30 faizə düşüb. Türkiyənin payı isə əvvəllər 10 faiz idisə, hazırda 15-17 faizə yüksəlib.

İxracın yeni ünvanları - Asiya, Avropa, Yaxın Şərq və Körfəz regionu

Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, MDB-dən başqa, digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycanın ixrac strategiyasının əsas konsepti qeyri-neft məhsullarının, o cümlədən aqrar və aqrar-sənaye mallarının ənənəvi bazarlardan digər coğrafiyalara istiqamətləndirmək, Asiya, Avropa, Yaxın Şərq və Körfəz regionuna yönəltməkdir. Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı son illərdə bu şaxələndirmə fəaliyyətində ön planda yer alır. Malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. “Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib.

İxracatçılar üçün asan qapı - Ticarət Evləri

Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət Evləri 2017-ci ildən yaradılmaqdadır. Azərbaycan ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir.

Ticarət Evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının  potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət Evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.

Eləcə də Körfəz ölkəlıəri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib. Eyni zamanda, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması və Ticarət Evləri ilə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər də yeni ixrac bazarlarının təşkilində mühüm rol oynmaqdadır. 

Həmçinin, son illərdə Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri arasında aqrar sahədə səmərəli əməkdaşlıq artır. Yeni təşəbbüslərə əsasən, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı birgə addımlar atılır.

Beləliklə, ixracın şaxələndirilməsi sayəsində Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarları formalaşacaq və ixracatçılar üçün daha əlverişli ticari imkanlar formalaşacaq.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see337

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see273

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see257

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see207

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see190

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see185

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see183

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see179

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see178

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see173

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see173

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see168

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see165

Novxanıda hotel yanır

19 May 2026 19:10see164

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see163

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see160

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see151

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see149

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see147

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri