Icma.az
close
up
RU
Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək

Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın futbolçulardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Monteneqro yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, hər iki komandanın bərabər gücə malik olduğunu düşünür:

“Fevralın 15-dən toplanış keçirik. Monteneqro ilə görüşə maksimum gücümüzlə hazırlaşırıq. Rəqibi çox yaxşı tanıyırıq. Əvvəlki seçmə mərhələlərdə onlarla bir neçə dəfə qarşılaşmışıq. Millətlər Liqası çərçivəsində üz-üzə gəldiyimiz son iki matçda Monteneqo üzərində qələbə qazanmışdıq. Ancaq bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq. Çünki rəqib futbolçularının həm fərdi, həm də kollektiv keyfiyyətləri yüksəkdi. Bərabər gücə malik komandalar üz-üzə gələcək. Bu səbəbdən hesab edirəm ki, şanslar yarı-yarıyadı. Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək”.


Baş məşqçi heyətdə bəzi itkilərin olduğunu sözlərinə əlavə edib:

“Təəssüf ki, itkilərimiz var. Aytac Şərifova klubunda zədələndiyi, Peritan Bozdağ isə Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə oyunda qırmızı vərəqə aldığı üçün dəvət edilməyib. Buna baxmayaraq, inanıram ki, heyətə cəlb olunan digər oyunçular bu boşluğu hiss etdirməyəcəklər”.


Siyasət Əsgərov ötən il Avropa çempionatının seçmə mərhələsində B Liqasında mübarizə aparmağın komandaya böyük təcrübə qazandırdığını söyləyib:

“Hər oyun bizə böyük təcrübə qazandırır. Bundan əvvəl B Liqasında çıxış etməyimiz komandamızın inkişafına təkan verdi. Çox güclü rəqiblərlə qarşılaşmışdıq. Məsələn, İsveçrə uzun müddət idi A Liqasında çıxış edirdi, yenidən ora qayıtdı. Macarıstan isə A Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirdi. Yəni A Liqası səviyyəsində olan komandalarla qarşılaşmışdıq. Bu da bizə çox şey verdi”.


Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Monteneqro oyunu saat 15.00-da başlayacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri