Tehrandan Ukraynadakı münaqişəyə baxış Kim qalib gələcək?
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
"ABŞ-da yeni administrasiyanın gəlişi ilə Qərbin Ukraynaya yardımı azalacaq".
Publika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
Onun fikrincə, Qərb ölkələri Ukraynanı siyasi məqsədləri üçün qurban verdilər və görünür, Rusiya münaqişədə qalib gələcək.
“Ukrayna və Rusiyaya gəlincə, qeyd etmək lazımdır ki, Qərb ölkələri öz rəqibləri ilə birbaşa qarşıdurmadan qaçmağa çalışırlar və buna görə də özlərinə ciddi zərər vurmamaq üçün müxtəlif ölkələrdəki insanları rəqiblərlə münaqişəyə sövq etməyə çalışırlar”, - deyə Vilayəti bildirib.
Bu fonda Britaniyanın “The Guardian” qəzeti yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini həll edərkən Avropa və Böyük Britaniya ilə danışıqlara müraciət edə bilər, çünki sonuncu Vaşinqtona “maraqlı nəsə” təklif edə bilər.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 Noyabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















