Icma.az
close
up
RU
Kim deyərdi ki, bir gün tək dərdim orada islanan saçlarım olacaq?!

Kim deyərdi ki, bir gün tək dərdim orada islanan saçlarım olacaq?!

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlk dəfədir ki, yol kənarına yerləşdirilən xəbərdarlıq lövhəsi diqqətimi çəkir. Çünki üzərində “müvəqqəti çətinliyə görə üzr istəyirik” yox, bu sözlər yazılıb: “Diqqət! Siz işğaldan azad olunmuş ərazilərə daxil olursunuz!” 

Nə vaxtsa hər hansı bir yol lövhəsinin məni həyəcanlandıracağını düşünməzdim.

Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Xankəndi Şəhər Gününə həsr olunmuş tədbir üçün Qarabağa yola düşmüşdük. Mənim üçün səfərin rahatlığı yolun bütün sirlərini pəncərənin o üzündən seyr etməkdir. Adətən qulaqlıqda mahnı qoyub birtərəfli yolu izləməyi sevsəm də, bu dəfə eyni hal olmadı. İşğaldan azad olunmuş ərazilərə ilk dəfə gedirdim. Əl barmaqlarımı istəksizcə şaqqıldadıb avtobusdakı sükutu pozuram. Hər kəs bir istiqamətdə diqqətlə yolu izləyir, mən isə tamam fərqli. Sağ tərəfdə əyləşdiyim pəncərə kənarından ətrafı müşahidə etmək kifayət etmədiyi üçün sol tərəfə boylanıram. Yollarda nəyisə gözdən qaçıraraq dilxor olmaq istəmirəm.  

Bakıdan Bərdəyədək olan yolun uzunluğunu hiss etməsəm də, Ağdamdan Xankəndiyə qədər olan 30-35 km məsafə məni səbirsizləndirirdi. Buraların həyəcanını dərindən hiss etmək üçün getdiyimiz hər qarış torpağın hansı şəhər, hansı kənd olduğunu öyrənməyə cəhd göstərirəm. Telefonumdakı “Map” proqramını bəlkə də bu qədər çox istifadə etməmişdim. 

Artıq Xocalıya daxil olmağa az qalıb. Qamətimi düz tutub, barmaqlarımı bir-birinə dolamışam. Elə bil, Qarabağa ilk gəlişin həyəcanı əllərimdə düyünlənib. Yollar boşdur, ərazidə gözlə görünən nəsə yoxdur. Ancaq hisslərim dolub-daşır...

Avtobusun şüşəsindən izlədiyim həmin o boş yolları bir anda qara fonda görürəm. 

İlahi, sanki 613 can (red. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmiş azərbaycanlı dinc sakinlərin ümumi sayı) hələ də oradadır, sanki pəncərədən mənə baxıb alınan qisasın sevinci ilə gülümsəyirlər…

Özümü toparlamağa çalışıram. Axı Xankəndi Şəhər günü ilk dəfə belə təntənəli keçiriləcək. Şəhərə daxil olduqda yelləncəkdən sallanan uşaqların gülüş səsi, barmaqlarımdakı düyünü açmağa kömək edir.

Sakitliyi ilə seçilən Xankəndi Qarabağ bölgəsinin inzibati mərkəzi və ən böyük şəhəridir. 

Komanda ilə hotelə yerləşdikdən sonra ətrafı gəzməyə can atıram. Şəhərdə qırmızı və boz tuf daşlarından tikilən bir kilsə diqqətimizi çəkir. Bu, “Surp Astvatsatsin” (Allahın Anası) erməni kilsəsidir.

Sözügedən kilsə 2006-cı ildə tikilib və Xankəndinin mərkəzi hissəsində, dairəvi yol yaxınlığında yerləşir. Bu tikili ikigünbəzli böyük kompleksdir. Kilsənin arxa tərəfinə keçdikdə içəridən gələn işıq marağımızı çəksə də, gecə qaraldığından ətraflı məlumat almaq imkanımız olmadı.

Ancaq sağ tərəfə döndükdə evlərdə yanan işıq haqqında geniş informasiyaya sahib idik. Bu işığı yandıran şəhidlərimiz idi…

Şəhərin ümumi görüntüsü içimizi isitmişdi. Elə hər üç eyvandan birində olan üçrəngli bayrağımız da…

Səhəri gün Qarabağ Universitetinə yollanırıq. 

Bizim bir zamanlar xəyalını qurduğumuz həmin universitet ötən ilin bu günündən etibarən 1154 tələbə, 6 fakültə, 27 ixtisasla ilk tədris ilinə başlayıb. Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir. 

Qeyri-sabit hava şəraiti bu şəhərin xarakteridir. Universitetin çıxışında yağışa düşürük. Kim deyərdi ki, bir gün tək dərdim Qarabağ Universitetinin önündə islanan saçlarım olacaq?

Xankəndini tələbə şəhəri adlandırmaq olar. Yolboyu qarşılaşdığım tələbələrin səssizliyi və məsumluğu şəhərə xüsusi gözəllik qatır. 

20 sentyabr - Şəhər Gününə özəl hazırlıqlar gedir. Mərkəzi meydanda bayram ab-havasını hiss etmək olur. Səhnədəki aparıcı “bir, bir” deyərək mikrofonu yoxlayır. Günəş şüaları üzümə vurur, gözümü qıyaraq ətrafı müşahidə edirəm. Zəfər Meydanının mərkəzində birdən həmin video yadıma düşdü. 8 noyabr 2023-cü ildə keçirilən hərbi parad…

2020-ci ilin Vətən müharibəsində əldə olunan zəfərin üçüncü ildönümünü qeyd etmək və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əziz tutmaq məqsədilə təşkil olunan həmin paradı redaksiyada canlı yayımda izləmişdik. İndi bu ərazidə bayram konsertində iştirak edirəm. 

Silsilə tədbirlər davam edir, mən isə daşın üzərində əyləşərək Xankəndini seyr etməkdən zövq alırdım. Fonda “Ey Vətən” mahnısı səslənir:

“Bir anamdan, bir də səndən

Bu dünyada, bu dünyada

Doya bilmirəm, doya bilmirəm

Ey vətən...”

Konsertin keçirildiyi yerdən bir az uzağa, həsrətində olduğumuz Xankəndinin sakit parkına çəkilib səfərin son saatlarının dadını çıxarıram. Bu uzun səfərin yorğunluğu canımızdan çıxmasa da, Xankəndi xatirələri doğmalığını hər zaman saxlayacaq.

Fidan Etibar




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri