Icma.az
close
up
RU
Kim deyir ki, bir günə heç nəyi dəyişmək olmur?

Kim deyir ki, bir günə heç nəyi dəyişmək olmur?

Icma.az bildirir, Qol.az portalına istinadən.

Milli komandada bir baş məşqçinin görə biləcəyi əsas üç iş var - mental hazırlıq, komandanın potensialına və rəqibə uyğun sistemin müəyyənləşdirilməsi, düzgün futbolçu seçimi. Ayxan Abbasov bunların hamısını ən doğru şəkildə gerçəkləşdirə bildi və Ukrayna ilə oyunda millimizə xal qazandırdı. 

Çoxdandır ki, milli üzvlərimizdə belə ruh görmürdük. Ukrayna ilə oyunda sanki ölüm-dirim savaşına çıxmış döyüşçülərə bənzəyirdi futbolçularımız. Meydanın hər qarışı uğrunda mübarizə aparan milli üzvləri xarakter göstərdilər. Ustalıq səviyyəsinə görə geri qaldığımız rəqibə məhz bu keyfiyyət hesabına çətinlik yarada bilərdik, bunu da etdik. Bir neçə gün əvvəl İslandiya ilə oyunda rüsvayçı məğlubiyyətdən sonra milli üzvlərində bu ruhu oyatmaq müşkül tapşırığa oxşayırdı. Amma məşqçi var ki, futbolçunun ruhuna girə bilir, onun hisslərini oyadır. Ayxan Abbasov məhz belə mütəxəssislərdəndir. Vaxt sıxsa da, demək olar ki, millinin əksər üzvləri ilə fərdi söhbətlər edib, xalqımız qarşısında rüsvayçı məğlubiyyətin ləkəsini təmizləməyin vacibliyini çatdıra bilib futbolçularımıza. 

Ayxan Abbasov klublarda oynatdığı ənənəvi üç mərkəz müdafiəçili sistemi millidə də tətbiq etdi. Əslində, Santuş da üç mərkəz müdafiəçisi ilə oynayırdı. Amma Abbasovun həm sistemi, həm də taktiki tapşırıqları portuqaliyalı mütəxəssisdən fərqli idi. Məsələn, Santuş İslandiya ilə oyunda yarımmüdafiənin mərkəzində üç futbolçuya yer vermişdi - İsmayıl İbrahimli, Emin Mahmudov və Səbuhi Abdullazadə. Ayxan Abbasov isə Ukraynaya qarşı eyni zonanı üç yox, iki nəfərə tapşırmışdı - Abdulla Xaybullayev və Emin Mahmudov. Ən maraqlısı odur ki, Abbasovun sistemində iki nəfərin effektiv etdiyini, İslandiyaya qarşı üç nəfərə edə bilmirdilər. Burada sistemin düzgün icrası, özəllikləri və s. məqamlarla yanaşı doğru futbolçu seçimi də qeyd olunmalıdır. Abdulla Xaybullayev həm işgüzarlığı, həm də dağıdıcılıq qabiliyyətinə görə həm İsmayıldan, həm də Səbuhidən daha üstün futbolçudur. "İkinci nömrə" ilə oynayan komandaya orta xətdə məhz beləsi daha gərəkdir. Ona görə də Xaybullayev-Mahmudov tandemi daha faydalı oldu. 

Bu özü də ritorik sualdır ki, Ayxan Abbasovun millidə oyun praktikası olmadan əsas heyətdə meydana buraxdığı Xaybullayevi Santuş niyə diqqətdən kənar qoymuşdu... Elə yalnız "iti gözünə" görə Ayxan Abbasova alqış düşür. Xaybullayev dünən meydanda ən yaxşılardan idi. Qazanılan xalda onun da haqqı çox idi. Ayxan Abbasovun daha bir doğru seçimi Anton Krivatsyuk idi. Rəhman Daşdəmirovla müqayisədə Anton təcrübəsinə və göstəricilərinə görə start heyətdə oynamalı futbolçudur. 

Və ən sonda, kim deyir ki, bir günə heç nəyi dəyişmək olmur?! Zatən, millidə hər məşqçinin vur-tut bir neçə günü olur. Sonra futbolçular dağılışır öz klublarına. Milli məşqçisi elə nə elədisə, bir neçə günə eləməlidir. Bir günə futbolçunun hazırlıq səviyyəsini qaldırmaq olmaz, bu doğrudur. Amma milli ruhu aşılamaq, düzgün oyunçu seçimi etmək, rəqibə uyğun sistem seçmək. Bunları daha yaxşı etmək üçün, bir mütəxəssisin millidə davamlı işləməsi şərtdir. Amma qısa zamanda belə, Ayxan Abbasov az iş görmədi. 

Emin Abbasov, sportal.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Sentyabr 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri