Peskov: Putin və Tramp arasında yeni telefon danışığı hələlik planlaşdırılmır
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni telefon danışığı hələlik planlaşdırılmır.
Sherg.az xəbər verir ki, Peskov jurnalistlərlə söhbətində iki lider arasında yeni danışıqların nəzərdə tutulub-tutulmadığı ilə bağlı suala “Xeyr, hələlik belə bir plan yoxdur” cavabını verib.
Bundan əvvəl Putin və Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammitində görüşə biləcəkləri barədə məlumat yayılmışdı. Görüşdə Çin Prezidenti Si Cinpinin də iştirak edə biləcəyi bildirilir. Lakin liderlərin görüşü hələ rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, yayılan məlumatda Putin və Tramp arasında əvvəlki danışıqlardan sonra humanitar əməliyyatla bağlı razılaşma əldə olunduğu qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Oktyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















