Icma.az
close
up
RU
Kim onlara ixtiyar verib ki, bizim obyektlərin fotolarını çəksinlər? Deputat

Kim onlara ixtiyar verib ki, bizim obyektlərin fotolarını çəksinlər? Deputat

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar Avropa İttifaqının (Aİ) “missiyası” Azərbaycan sərhədində müşahidələr aparır. Bir neçədə dəfə onların Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi qeydə alınıb. 

Deputat Aydın Mirzəzadə "Unikal"a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistanda yerləşən missiyasının vəzifəsi indiyə qədər Azərbaycan, o cümlədən dünyaya aydın deyil. Onun sözlərinə görə, Azərbaycan onların orada uzun müddət yerləşməsinə razılıq verməyib:

"Bir ölkə ərazisindən hansısa üçüncü tərəfin daim digər ölkəni müşahidə etməsi diplomatik hörmətsizlikdir. Son dövrlər açıq-aşkar Ermənistandan Azərbaycan ərazisinin foto və videolarının çəkilməsi diplomatik qalmaqaldır. Bu, yolverilməz hərəkətdir. Ermənistanla şərti sərhəd zonasında Azərbaycanın hərbi hissələri, texnikası və strateji qurğuları yerləşir. Onların fotolarının Ermənistan ərazisində Avropa İttifaqı nümayəndələri tərəfindən çəkilməsi onların fəaliyyətinə böyük kölgə salır. Bunlar hansı məqsədlə, nədən ötrü çəkilir? Kim onlara ixtiyar verib ki, bizim obyektlərin fotolarını çəksinlər? Eyni zamanda, onların Azərbaycanla şərti sərhəd xəttinə paralel avtomobillə ora-bura hərəkət etməsinə nə ad vermək olar? Həmin missiyanın Ermənistanda yerləşməsinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına hər hansı təsiri yoxdur. Bu gün Azərbaycan və Ermənistan münasibətləri vasitəçi olmadan özləri həll edirlər. Vaxtaşırı baş nazirin müavinləri görüşürlər. Bu yaxınlarda əsir və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi ilə bağlı hər iki ölkənin komissiya üzvləri görüşüblər. Bu, çox həssas məsələdir. Minlərlə ailə öz yaxınlarının taleyi ilə maraqlanırlar. Bu məsələlər həll edilir, digərləri də həll olunacaq. İmkan düşdükcə ölkə liderləri beynəlxalq tədbirin platformasında görüşür və müəyyən məsələlər barəsində razılığa gəlirlər.

A.Mirzəzadə qeyd edib ki, "missiya"nın fəaliyyəti münasibətlərin normallaşmasına mənfi təsir edir: "Bu, Ermənistandakı anti-Azərbaycan qüvvələrinin qızışmasına, onların yenə də Azərbaycana qarşı revanşist əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olur. Həmin missiya fəaliyyəti barəsində özünə hesabat verirmi? Hesab edirəm ki, bu məsələ ciddi şəkildə Avropa Birliyi rəhbərliyi qarşısında qaldırılmalıdır. Onlardan bu missiyanın geri çağırılması, fəaliyyətinin dayandırılması tələb edilməlidir. Görünən odur ki, Avropa Birliyinin müəyyən dairələri yalançı sülhpərvərlik əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Əvəzində isə sülhü ləngidirlər. Müharibədən yeni çıxmış iki ölkə arasında sülhün yaranmasına maneçilik törədirlər. Onların etdiklərinin nə sülhə, nə diplomatiyaya, nə də beynəlxalq hüquqa heç bir aidiyyəti yoxdur. Yəqin ki, bu məsələ Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılacaq".

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri