Kimdən sərt xəbərdarlıq: İran istəsə, bir raketlə İsraili yox edərik
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Şimali Koreya lideri Kim Çen In İsrail və ABŞ-nin hücumuna məruz qalan İrana dəstək verib.
"Cebheinfo.az" xəbər verir ki, İranın tələb edəcəyi təqdirdə dəstək olaraq onlara raket göndərə biləcəklərini qeyd edən Kim Çen In "Onları (İsraili) yox etmək üçün tək bir raket kifayətdir", - deyib.
Şimali Koreya İsrail və ABŞ-nin İrana hücumlarına qarşı çıxmış və bu hücumları "qeyri-qanuni təcavüz" və "suveren hüquqların pozulması" kimi qiymətləndirmişdi.
Açıqlamada Şimali Koreyanın sözügedən hücumları pislədiyi bildirilərək, ABŞ-nin İrana qarşı uzun müddətdir davam edən təhdidlərindən sonra bu vəziyyətin "proqnozlaşdırılan" olduğu vurğulanıb.
Bu hücumların “ABŞ-nin hegemon xarakterinin bir nəticəsi” olaraq xarakterizə edildiyi bəyanatda “Heç bir şəkildə bəraət qazandırıla bilməyən ABŞ-İsrail hücumları heç bir şəraitdə qəbul edilə bilməz”, - deyilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:157
Bu xəbər 03 Mart 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















