Icma.az
close
up
RU
Kimdir bizim filosofumuz? Rəvan Cavid yazır

Kimdir bizim filosofumuz? Rəvan Cavid yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəvan CAVİD

1806-cı ildə Napoleon Almaniyanın Jena şəhərini işğal etməyə gələndə Hegel "Tinin fəlsəfəsi"ni, Höte isə "Faust"u yazırdı. Hötenin Hegelə yazdığı məktublardan hər iki dahinin almanların gələcəyi üçün nə qədər qayğılı olduğunu oxuyuruq. Alman xalqının böyük mədəniyyəti sual altında idi. Napoleon döyüşlərinin nə ilə nəticələnəcəyi bilinmirdi. Xalqının genetik fəlsəfəsini araşdıran Hegeldən fərqli olaraq Höte pessimist idi. Bu pessimistlik "Faust"un bədii üslubuna, ondan sonra başlayan soyuqqanlı alman ədəbiyyatının gələcəyinə dair çox şey deyirdi. 1825-ci ildə Hegel Höteyə məktubunda ona dindar kimi tapındığını yazırdı. Amma nə olur-olsun, xalqın fəlsəfi kodlarını "Faust" kimi ağırtonnajlı kədərin içində axtarmamağı da məsləhət görürdü. Tarix və tarixin "ən qaraqabaq" filosofu Nitsşe Hegelin dediklərinin həqiqətə çevrildiyini göstərdi. Faciə və romantika arasında get-gəldə olan ədəbiyyat ironiya və tragikomediya sütunlarını qururdu. Günümüzün ədəbiyyatı Hötenin idealları və Hegelin analizlərinin iki yüz illik nəticələridir.

Almaniyanın keşməkeşli tarixində bu xalqı tərbiyə edəcək yazıçılarla filosoflar arasında həmişə bir bağlılıq olub. Alman ədəbiyyatı fəlsəfəyə, alman filosofları isə birbaşa ədəbiyyata təsir edə biliblər. Paris intibahı ilə alman metamorfozunun oxşar cəhəti bu idi: Ya xalqa kim olduğunu izah edəcəksən, ya da kim olduğuna inandıracaqsan.

Azərbaycanda bu missiya ədəbiyyat tarixinin başlanğıcından bu günə kimi ədəbiyyatçıların çiyninə düşür. Xalqın prinsipial kodlarını araşdıran filosoflarımız varsa da, onların adı, təəssüf ki, mənim qarşıma - yeni generasiyanın qarşısına çıxmayıb. Deməli, əgər bizim də tinimiz haqqında fikirlər varsa, əgər həqiqətən "Dədə Qorqud" dastanı bizim kim olduğumuzu izah edəcək yeganə mənbə deyilsə və bu mənbələrdən heç kimin xəbəri yoxdursa, mənim "milli və dini kimliyimizin yanında başqa bir "kimik?" sualına verəcəyimiz cavab yoxdur" deməyim problem deyil.

Cəlil Məmmədquluzadə fenomeni xalqın müəyyən mənada "kim olduğunu" göstərirdi. Təkcə hekayələri, yazıları yox, həm də "Molla Nəsrəddin" bumunun özü buna xidmət edirdi. Hətta bəzi məsələlərdə "Molla Nəsrəddin"in millət üçün tutduğu güzgü, məncə, "Dədə Qorqud"un güzgüsündən heç də az dəyərli deyil. Bu gün yaşadıqlarımız və mətbuatın gündəmindən düşməyən məişət manşetləri də iddiamı təsdiq edir. "Dədə Qorqud" metafizik təsir gücünə malikdirsə, "Molla Nəsrəddin" milli fəlsəfə yaratmaq yolunda daha konstruktivdir.

Sual yaranır ki, bu, doğrudan da vacibdirmi? Xalqın fəlsəfəsini tapmaq nəyi dəyişəcək? Bu sualın da cavabını Hegeldən Nitsşeyə qədər zaman intervalında almanların fikirlərinin deformasiyası aydınlaşdırır. Nitsşedən sonrakı alman xalqı isə fəlsəfi traktatların sayəsində hələ də ayaqda dura bilirdi.

Hegelin yaratdığı mütləq həqiqət anlayışını Nitsşe yerlə bir etmişdi. O, Hegeli fanatik bir teoloq kimi görürdü. Ona görə də, düşünürdü ki, Hegelin mütləq həqiqəti ilə kilsə həqiqətləri arasındakı bağ milli iradəni zəiflədir. Kilsənin təsiri altındakı zəif iradə inanclı Hötenin Hegelə təsiri idi və Nitsşe bu təsirə düşməmişdi. O, həqiqəti nəsnələrin üzərindən götürüb fərdlərin üzərinə atdı. Kamil insan anlayışı da buradan yarandı.

Qayıdaq özümüzə. Zəif iradə tərzi bizə Füzulinin geniş poeziya qübbəsi altında yaranan şeirdən yadigar qaldı. Hələ də poetik düşüncə tərzi həyata və onun ideallarına uduzmaqla məşğulkən nəsr təfəkkürü əcdadı Axundzadə kimi modern dünyanı daha yaxşı qavramağa kömək edir. Nitsşe ilə Hegel arasındakı anlaşılmazlıqla Füzuli-Axundzadə tərs qütbləri arasındakı mənəvi savaş eyni mahiyyəti daşıyır, əslində.

Bu mənada "Allah, Allah" deyib düşmənlə davaya gedən oğuzlarla poçtun qabağında dayanan nökərin eyni genetikanı daşıdığını aydınlaşdırmaq lazımdır. Fəlsəfəmizin birinci problemi "Azərbaycanlı kimdir?" sualına cavab axtarmamaqdır. Bu sualın cavabı ilə başlayır bütün xalqların intibahı. Bu sualın cavabı ədəbiyyatı da, mətbuatı da, ictimai dünyagörüşünü də, sosial axını da pessimist ideallardan təmizləyir.

Fəlsəfə ilə ədəbiyyat arasındakı fərq təsvir və izah fərqidir. Milli kimliklərin təsviri ilə yanaşı, onların izahı mütləqdir. Bu izah inkişaf və mədəni dirçəlişə kömək edir. Ola bilər, fəlsəfə bir elm deyil və funksionallığı sənət qədər kütləviləşmir, amma kütləviləşə bilən hər şeyə təsir edəcək gücdədir. Fəlsəfənin üstünlüyü sənətin daha ciddi problemlərlə məşğul olmasına səbəb yaradır. Mirzə Cəlilin filosofu özü idi, elə Axundzadənin də. Füzulinin filosofu Allah idi, Nizaminin filosofu İnsan və bütün bəşəri dəyərlər. Dədə Qorqudun filosofu yox idi. Sovet dövrü ədəbiyyatının filosofu Marks idi. Ondan sonrakı ədəbiyyatın filosofu isə sosrealizmin pafoslu iddiaları. Ədəbiyyatımıza yön verəcək bir filosofun adını çəkməkdə çətinlik çəkiriksə, bizim üçün fəlsəfi və ədəbi intibah hələ görünən deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri