Icma.az
close
up
RU
Kimindir hürr küçələr: bizim, ya itlərin?

Kimindir hürr küçələr: bizim, ya itlərin?

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kimindir hürr küçələr: bizim, ya itlərin?

Ötən gün Xırdalanda yenə azyaşlı uşaq itlərin hücumuna məruz qalıb. Bu hal artıq uzun illərdir yaşanır,

körpə uşağa, məktəbliyə, qadınlara, qocalara hücum edərək yaralayan, hətta ölümünə səbəb olan küçə heyvanları bundan əvvəl də gündəm olub. Sahibsiz itlərin küçələrdən yığılması məsələsi isə nə vaxt gündəm olsa, heyvansevərlərin etiraz səsi də bir o qədər çox yüksəlir.

Hevan sığınacaqları işə yarayır?

Qeyd edək ki, 2019-cu ildə paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir. Burada itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verirlər. Həmin heyvanlar peyvəndlənir, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılır, yəni qısırlaşdırılır və hər bir it çiplə təmin olunur. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə buraxılırlar. Qayğı mərkəzinə müraciətlər üçün 1921 “Qaynar xətt” nömrəsi və 012-565-47-41 şəhər nömrəsi fəaliyyət göstərir.

Hazırda ölkəmiz küçələrdə yaşayan heyvanlarla bağlı iki yerə bölünüb. Bir tərəf sahibsiz küçə itlərinin dərhal küçələrdən toplanması və sığınacaqlara salınmasını tələb edir, digər tərəf isə qısırlaşdırılmasını və peyvənd edilməsini, yenidən küçələrə buraxılmasını. Heyvansevərlər küçə itlərinin toplanaraq sığınacaqlara göndərilməsinə qarşıdır. Onlar hesab edir ki, heyvan sığınacaqlarında heyvanlara yaxşı baxılmır. Hətta, bir çox heyvansevər, sığınacaqların “ölüm düşərgələri” olduğunu və orada heyvanlara iynə vurularaq öldürüldüyünü iddia edir.

İddia edilir ki, sığınacaqdakı heyvanlar çox çətin şərtlər altında həyatda qalmaq üçün mübarizə aparır. Heyvanların aclıqdan bir-birini diri-diri yemələrini, saylarının artdığı üçün işgəncə ilə öldürülmələrini iddia edən heyvansevərlər bildirir ki, bu həll yolu deyil, olmamalıdır. Maraqlıdır, hər gün bir uşağı parçalayan, ölümünə səbəb olan küçə itlərindən qurtulmağın təhlükəsiz həll yolu nədir?

Sterilizasiya çarədirmi?

Küçə heyvanları sterilizasiya olunmasa, yəni qısırlaşdırılmasa, cütləşmək dövrü gəldikdə aqressivləşirlər. Onlar sterilizasiya edildikdə daha itaətkar olurlar, aqressiyaları itir. Ev heyvanları saxlayan insanlar bunu asanlıqla müşahidə edə bilər. Üstəlik, erkək və dişi heyvanın mütəmadi cütləşməsi il ərzində sahibsiz küçə heyvanlarının çoxalmasına səbəb olur. Ona görə də bu istiqamətdə görüləcək ən birinci addım sahibsiz heyvanların sterilizasiya edilmələridir. Müntəzəm sterilizasiya zamanı statistik rəqəmlərə nəzər saldıqda bir neçə il ərzində küçələrdə yaşayan heyvanların sayının iki dəfə azalacağı, səkkiz il ərzində isə tamamilə yox olacağı görünür.

Lakin, heyvanların toplaşaraq insanlara hücum etməsinin, onların sterilizasiya olub-olmaması ilə heç bir əlaqəsi olmadığı da iddia olunur. Ümumiyyətlə, sterilizasiya hazırkı vəziyyətdə çarə deyil. Qısırlaşdırılmayan heyvanların daha aqressiv olması faktı həmçinin, ac heyvanlara da aiddir. Ac küçə itləri qrup halında gəzirlər, özləri bir ərazi müəyyənləşdirir və həmin əraziyə daxil olan yad təhlükələrə (insanlar da daxil olmaqla) hücum edir, onları ərazilərini ələ keçirmək istəyən işğalçı kimi görürlər. Heyvanlar (xüsusilə itlər) instinktlə hərəkət edən canlılardır. Qısırlaşdırma uzun müddətdə onların sayını azaldacağı üçün yalnız nəsilartırmalarına nəzarət baxımından faydalı olacaq. Lakin, vəziyyətin nəzarət altına alınması üçün küçədəki bütün itlərin hamısını sterilizasiya edib, 15-20 il gözləmək lazımdır ki, sayları azalsın. Qobuda baş verən sonuncu hadisəyə nəzərən deyə bilərik ki, bizim o qədər vaxtımız yoxdur.

İtlər niyə uşaqları hədəf alıb?

Hazırkı vəziyyətdə küçələrdəki itlər real təhlükə mənbəyidir və insanlara qarşı hədə ehtiva edir. İstənilən inkişaf etmiş ölkədə heyvan həyatı insan həyatından qiymətli deyil. Belə ölkələrdə küçələrdə sahibsiz heyvanları görmək olmur. Çünki bu heyvanların yeri, onların soyuqdan donub öldüyü, maşın altında qaldığı, xəstəliyə yoluxub öldüyü, insanlara hücum etdiyi küçələr deyil.

Əslində, heyvan hücumlarının bir çoxunun uşaqlara qarşı baş verməsinin səbəbləri var. Uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla, dəyənəklə vura və qısnaya bilirlər. Xüsusilə böyüklər tərəfindən heyvana mərhəmət hissi öyrədilməyən, küçə heyvanlarına zərər verməyin nələrə səbəb ola biləcəyi barədə məlumatlandırılmayan uşaqlar çoxdur. Heyvan müdafiəçiləri iddia edir ki, əgər uşağa sahibsiz heyvanlara sevgi ilə yanaşmaq öyrədilsə bu cür hallar baş verməz. Çünki fitrən heç bir heyvanda, insanlara qarşı nifrət və ya aqressiya yoxdur.

Heyvanlar, onlara göstərilən münasibətə uyğun reaksiya verir. Məsələn, daim küçədə zorakılıq görən və ya insanlar tərəfindən şiddətə məruz qalan bir itin, insanlara aqressiv reaksiya verməsi normaldır. Eləcə də, daim başı sığallanan, şəfqət görən itin insanlara qarşı yumşaq davrandığı iddia edilir. Lakin tarix və hadisələr, sahibini parçalayaraq yeyən itlərin olduğunu da göstərir. Heyvan müdafiəçiləri deyir ki, küçə itlərinə yaxınlaşmazdan əvvəl ona icazə verin sizi qoxulasın, ona sizi tanıması üçün imkan yaradın. Heyvanlar yemək yeyərkən onu narahat edə biləcək hərəkət olarsa aqressiv reaksiya verə, yaxınlaşan insana hücum edə bilərlər.

Onların evlərini əllərindən almışıq

İnsanlar şəhərləri, insanlara görə dizayn edib. Biz, küçələri, yolları, prospektləri özümüzə görə tikdik, onların təbii yaşayış yerlərini əllərindən aldıq. Təəssüf ki, küçədə yaşamaq uğrunda daim mübarizə gedir. Çünki, onların təbii yaşayış yerlərini dağıdaraq tikdiyimiz binalar, ucaltdığımız göydələnlər onların həyatını çox çətinləşdirdi. Küçələrdə yaşayan heyvanlar günlərinin çoxunu qida axtarışında keçirirlər, qidanı da insanların sıx məskunlaşdığı ərazilərdən tapa bildikləri üçün sürü halında yaşayış yerlərimizə gəlirlər. Olanlar da bundan sonra olur.

Bu dünya bütün canlıların, eləcə də küçə heyvanlarının evidir. Uyğun həll yollarını tətbiq etməklə küçələrdəki sahibsiz heyvanlarla dinc yaşamamız mümkündür. Sadəcə, onların sterilizasiya olunması və qida ilə təmin olunması bu həll yollarından ən vacibidir. Küçə itlərinin sterilizasiya olmasına etiraz edən heyvansevərlər də var. Onlar bunu, onların hüquqlarının məhdudlaşdırıması kimi qiymətləndirirlər. Lakin unutmaq lazım deyil ki, küçələrdə sahibsiz itlər çox ağır şəraitdə yaşayırlar, insanlar üçün təhlükə yaradırlar və həddən artıq çoxalırlar ki, bu da insanlardan əlavə digər heyvanlara (məsələn, pişiklərə və digər kiçik itlərə) ziyan vurur. Nə küçələr onlar üçün təhlükəsizdir, nə də onlar küçədə olanda biz əmin-amandayıq.

Yeri gəlmişkən, 28 sentyabr Ümumdünya Quduzluq Xəstəliyi ilə mübarizə günüdür. Quduzluq məməlilərdən, xüsusilə sahibsiz küçə itlərindən insanlara keçə bilən quduz virusunun yaratdığı xəstəlikdir. Mərkəzi sinir sisteminə təsir edir və 100% ölümcüldür. Lakin peyvəndlə bunun qarşısı tamamilə alına bilər.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri