“Kimisə qısqanıb gecələr yata bilməyim?”
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Xalq artisti Zülfiyyə Xanbabayeva qısqanclıq hissinin olmadığını bildirib.
Bu barədə sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb:
“Mən düşünürəm ki, hamımızın aramızda sağlam rəqabət var. Qısqanclıq başqa şeydir. Çünki hər kəsin öz yolu, öz dəst-xətti var. Qısqanclıq edib neynəyəcəm? Mən düşünürəm ki, qısqanclıq etsəm, özümə ziyan edərəm. Çünki qısqanclıq insanın həm xasiyyətinə, həm görünüşünə, həm də sağlamlığına mənfi təsir göstərir. Mən nəyə görə özümə mənfi təsir göstərəcək şey edim, kimisə qısqanım gecələr yata bilməyim? Həm də çatışmayan nəyim var ki, qısqanclıq edim? Özünə güvənən insan düşünürəm ki, o hissləri yox edə bilər. Ancaq rəqabət əlbəttə ki, var”. (Olay)
Baxış sayı:66
Bu xəbər 18 Oktyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















