Icma.az
close
up
RU
Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər? AÇIQLAMA

Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər? AÇIQLAMA

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması barədə məlumat yayıb.

BAKU.WS xəbər verir ki, bundan sonra paytaxt və digər şəhərlərdəki gənclərə Səfərbərlik Xidmətindən zənglər gələrək rayon hərbi komissarlıqlarına yaxınlaşması istənilib.

Komissarlığa dəvət olunan gənclərin istisnasız olaraq təlimlərə cəlb edilməsi cəmiyyətdə bəzi narazılıqlar yaradıb. Belə ki, sosial şəbəkədə gedən müzakirələrdə bəzi gənclərin ailələrinə baxdıqları üçün təlimlərdə iştirak edə bilməsi qeyd olunub. Mövcud vəziyyətdə gənclərin hərbi təlimlərə məcburi cəlb olunması məsələsi müzakirə obyektinə çevrilib.

BAKU.WS mövzu ilə bağlı vəkil Vamiq Şükürova müraciət edib və gənclərin hərbi təlimlərdə iştirakdan imtina hüququnun olub-olmamasını aydınlaşdırıb. Vəkil bildirib ki, bəzi gənclər məcburi qaydada hərbi təlimlərə cəlb olunurlar və onlar bundan imtina edə bilməzlər:

"Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:

Birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

İkinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə".

Vəkil əlavə etdi ki, ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və bu son yaş hədlərinədək ehtiyatda olurlar:

"Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə 50 yaş;

Kiçik zabitlər - birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş;

Baş zabitlər: mayor və polkovnik-leytenantlar - birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; polkovniklər - birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60

Ali zabitlər - birinci dərəcə üzrə 60 yaş, üçüncü dərəcə üzrə 65 yaş.

Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.

Aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər:

Hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində; Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər; Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar; Qadın hərbi vəzifəlilər; Mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti; Dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla); Əyani təhsilalma forması üzrə - təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə - semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında); Hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Aprel 2025 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri