Icma.az
close
up
RU
Kimlər insan alverinin qurbanı olur? Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...

Kimlər insan alverinin qurbanı olur? Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən il 206 insan alveri cinayəti qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında bildirilir.

Məlumata görə, 206 insan alveri cinayətinin 78,1 faizi cinsi istismar (161), 21,4 faizi (44) insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, 0,5 faizi (1) isə məcburi əmək halında həyata keçirilib. Bundan başqa, sosial şəbəkələr vasitəsilə qurbana çevrilən insanlar var. İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə, 2005-2024-cü illərdə insan alverinə görə 552 qadın, 98 kişi məsuliyyətə cəlb edilib.

Ümumilikdə 2023-cü illə müqayisədə insan alveri 2 fakt çoxalıb. Bundan əlavə, insan alverinin sürətlə yayılmasında sosial şəbəkələrin rolu da danılmazdır. Belə ki, ölkəmizdə insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 teleqram, tiktok və instaqram kanalı bağlanıb.

İnsan alverinin qurbanına çevrilməmək üçün nələrə diqqət edilməlidir?

İlahə Dadaşova: İnsan alverinə qarşı atılan addımlar müvəqqəti deyil, davamlı olmalıdır

Mövzu ilə bağlı klinik-psixoloq İlahə Dadaşova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, insan alverinin qurbanı əsasən qadınlar və uşaqlar olur. Növbəti sırada isə yeniyetmələr gəlir.

Onun sözlərinə görə, müəyyən qruplar var ki, pedofil şəxslər üçün bu alveri təşkil edirlər:

“Xarici ölkələrlə müqayisədə ölkəmizdə uşaq alveri azdır. Lakin buna baxmayaraq, məsələni yenə də gözardı etmək olmaz. İnsan alveri ilə məşğul olan şəxslər və qruplar yeniyetmələri daha çox emosional yaş dövrlərində aldada bilirlər. Xüsusən də 20 yaş dövrü təcrübənin az olduğu dövrdür. Bu dönəmdə qadınları asanlıqla qurbana çevirmək olur".

Mövcud vəziyyətdə insan alverinə qarşı aparılan mübarizəni qənaətbəxş hesab etməyən psixoloq bildirir ki, insan alverinə qarşı atılan addımlar müvəqqəti deyil, davamlı olmalıdır.

"Unutmaq olmaz ki, bu alverlə məşğul olan şəbəkələr daima fəaliyyətdədirlər. Ona görə dəvətəndaşların maarifləndirilməsi yüksək səviyyədə olmalıdır. Biz mütəmadi olaraq məktəblərdə narkotiklərlə mübarizəyə dair tədbirlərə qoşuluruq. Bu, çox yaxşı haldır. Məktəblərdə insan alveri ilə bağlı tədbirlər də sıx şəkildə keçirilməlidir. Yeniyetmələr nə qədər maarriflənərsə, insan alverinin qurbanı ola bilməzlər. Bu, insan alveri ilə məşğul olan şəbəkələri də çətin vəziyyətə salar".

İ.Dadaşova qeyd edib ki, insan alveri qurbanlarına çevrilənlər öncə hüquq-mühafizə orqanlarına, həmin orqanların qaynar xəttinə, bundan başqa səfirlik və konsulluqlara, Qeyri-Hökumət Təşkilatlarına, Beynəlxalq təşkilatlara, dini qurumlara, tibb müəssisələrinə məlumat verə bilərlər.

Elvin Abbasov: Artıq insan alveri yalnız fiziki mühitlə məhdudlaşmır

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ən diqqətçəkən məqam bu cinayətlərin getdikcə internet üzərindən daha çox həyata keçirilməsidir. Bu o deməkdir ki, artıq insan alveri yalnız fiziki mühitlə məhdudlaşmır, rəqəmsal platformalar da təhlükəli məkana çevrilib.

Onun sözlərinə görə, dövlət tərəfindən insan alverinə qarşı hüquqi və institusional tədbirlər mövcuddur. Hüquqi yardımlar, qurbanların sığınacaqlarla təmin olunması, həmçinin maarifləndirmə işləri bu istiqamətdə əsas mexanizmlər hesab olunur. Lakin rəqəmsallaşan mühitdə bu cinayət növünün formaları da dəyişir və getdikcə daha da mürəkkəbləşir:

"Artıq sosial şəbəkələr, tanışlıq platformaları, saxta vakansiyalar və xaricdə iş vədləri insan alverçilərinin yeni üsullarına çevrilir. Belə bir şəraitdə ənənəvi müdafiə və xəbərdarlıq mexanizmləri yetərli olmaya bilər. Texnoloji monitorinq sistemləri, risk analizləri və süni intellekt əsaslı təhlükə detektorları kimi qabaqlayıcı yanaşmalar tətbiq olunmadan bu təhdidin qarşısını almaq çətindir”.

Müsahibimiz bildirib ki, əslində maarifləndirmə prosesi məktəb yaşından başlamalı və davamlı olmalıdır. Rəqəmsal savadlılıq təhsili, ailədaxili nəzarət və təhlükəli onlayn davranışların tanınması vacibdir. Jurnalistlər, KİV və sosial media vasitəsilə potensial fırıldaq sxemləri, şübhəli elanlar və manipulyativ şəxslər barədə ictimaiyyəti məlumatlandırmaq da bu prosesin mühüm hissəsidir. Burada təkcə hüquq-mühafizə orqanları deyil, vətəndaş cəmiyyəti, təhsil sistemi və texnoloji platformalar da birgə fəaliyyət göstərməlidir.

Onun fikrincə, sosial şəbəkələrdə insan alveri riskindən qorunmaq üçün bir sıra əsas davranış qaydalarına əməl edilməlidir. Şəxsi məlumatların paylaşılmaması, tanımadığınız şəxslərlə ehtiyatlı ünsiyyət, hər hansı iş və ya sponsorluq təkliflərini ciddi şəkildə yoxlamaq vacibdir. Əlavə olaraq, zərərli linklər, saxta formalar və ya məlumatsız klikləmə halları şəxsi məlumatların ələ keçirilməsinə səbəb ola bilər. Yeniyetmələr üçün isə açıq ünsiyyət və nəzarət əsas qoruyucu amildir.

"Nəticə etibarilə, insan alveri artıq təkcə sosial deyil, həm də kibermühit problemi olaraq cəmiyyətin qarşısında dayanır. Bu problemin effektiv həlli yalnız hüquqi çərçivə ilə deyil, texnologiya, təhsil və ictimai davranışlar sahəsində sistemli əməkdaşlıqla mümkündür. Ortaya düşən bu təhlükəyə qarşı yalnız ortaq məsuliyyət və məlumatlılıqla davamlı müqavimət göstərmək olar", - deyə Elvin Abbasov qeyd edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri