Icma.az
close
up
RU
Müəyyən şəxslər var ki, sanki boksun inkişafını istəmir Ramil Məmmədzadə

Müəyyən şəxslər var ki, sanki boksun inkişafını istəmir Ramil Məmmədzadə

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Hələ keçmiş SSRİ dönəmində Azərbaycanda idmana böyük maraq olub. Ölkənin demək olar ki, hər yerində idmanın müxtəlif növləri ilə bağlı məktəblər, klublar yaradılıb. Müstəqillik illərində isə idman sahəsində müəyyən axsamalar olsa da, sonradan bu sahənin inkişafına ciddi önəm verilib. 

Fanat.Az Bədən Tərbiyəsi və İdman Günündə boks üzrə məşqçi, idman ustası Ramil Məmmədzadə ilə Azərbaycanın idmanının bu günü haqqında söhbətləşib.

- Ramil bəy, bu gün Azərbaycanda idman sahəsində vəziyyəti ümumi olaraq necə qiymətləndirmək olar?

- Əvvəla, onu qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsinə diqqət və qayğısı nəticəsində bu sahə özünün yüksək inkişaf dövrünə qədəm qoyub. Məhz İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın adı beynəlxalq yarışlarda yüksək tribunalardan daha çox eşidilməyə başlanıb. Doğrudur, Azərbaycan idmana hər zaman böyük diqqət olub. Amma etiraf edilməlidir ki, Prezident İlham Əliyevin bu sahəyə daha ciddi yanaşması idmanın inkişafında mühüm rol oynayıb. 

- Hazırda idman sahəsində hansısa nöqsanlar görürsünüzmü?

- Təbii ki, iş olan yerdə nöqsan da olur. Amma bütövlükdə Azərbaycan idmanı haqqında tənqidi danışa bilmərəm. İdmanın müxtəlif növləri var və əgər bütövlükdə idmandakı nöqsanlardan danışacağıqsa, o zaman gərək digər növlər barədə də bilgili olasan. Bilmədən danışmaq əlbəttə ki, doğru olmaz. Mən boksçuyam, boks üzrə məşqçiyəm və yalnız bu barədə danışa bilmərəm. 

- O zaman sualı belə qoyaq: Azərbaycan boksunda hansı nöqsanlar var?

- Əvvəla, onu deyim ki, Azərbaycan boksu keşməkeşli bir tarix yaşayıb. Boksun tənəzzül və inkişaf dövrü olub. Maliyyə naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçildikdən sonra irəliyə doğru müəyyən addımlar atılıb. Boks üçün zallar açılıb, boksa marağı olanların sayı artıb. Amma təbii ki, nöqsanlar da var.

- Söhbət hansı nöqsanlardan gedir?

- Nöqsanlar müəyyən şəxslərin özfəaliyyətindən doğur. Yəni, bu nöqsanlara görə yalnız Azərbaycan Boks Federasiyasının rəhbərliyini tənqid etmək doğru deyil. Bu sahədə müəyyən şəxslər var ki, sanki Azərbaycanda boksun inkişafını istəmir. Yaxşı boksçular müxtəlif üsullarla ruhdan salınır, məşqçilər uzaqlaşdırılır və sair.

- Bəlkə bir qədər konkret və açıq danışasınız...

- Məsələn, bu yaxınlarda gənclər arasında Azərbaycan çempionatı keçirildi. Yəqin ki, mətbuatdan da izlədiniz narazılıqları. Haqsız qələbələr, qələbəyə layiq boksçuların uduzdurulması və s. barədə çox danışıldı. İstənilən idman növündə bir idmançının qələbəsinin oğurlanması onun üçün dəhşətli bir hadisədir. Bu idmançının prisxoloji olaraq sarsıdılmasıdır. Belə bir idmançı əlbəttə yüksək nailiyyətlər verə bilməz. Digər tərəfdən, idmançı, xüsusilə boksçu robot deyil. Onlara məşqi az qala hərbi xidmət qaydaları ilə keçmək olmaz. Boksçu müəyyən mənada sərbəst olmalıdır. Boksçunun daxili azadlığı qorunmalıdır. Məhz bu halda boksçunun özgüvəni yerində olur. Özgüvəni olmayan, qulağı komanda eşitməyə hazır olan boksçu yüksək nəticə göstərə bilməz. Digər tərəfdən, boksa, ümumiyyətlə, idmana qazanc yeri kimi baxmaq, yarışa pul qazanmaq üçün çıxmaq doğru deyil. İdman yarışları yalnız pul üçün keçirilmir. İdman yarışları həm də hər hansı bir idmançının məşğul olduğu idman növünün gözəlliklərini nümayiş etdirmək üçündür. Məsələnin bu tərəfi daha əhəmiyyətlidir. 

Dövlətin idman siyasətində yaxşı idmançılara, məşqçilərə böyük diqqət yetirilir. Amma bu gün müəyyən adamlar dövlətin idman siyasətinə az qala xəyanət edirlər.

- Bayaq məşqçilərin müəyyən üsullarla boksdan uzaqlaşdırılmasını qeyd etdiniz...

- Burada söhbət daha doğrusu laqeydlikdən gedir. Məsələn, özümlə bağlı deyim. Mən öz vəsaitim hesabıma məşqlər keçirəm. Yəni, məşqlər özəl zalda olur. Şəhid övladı olduğum üçün şəhid övladlarından pul almıram. Həmçinin imkanı olmayan, amma yaxşı boksçu ola biləcək uşaqlara da güzəştlər edirəm. Minbir çətinliklə Azərbaycan boksu üçün nələrsə etməyə çalışıram. Bir neçə dəfə zal üçün müraciət etmişəm. Düşündüm ki, heç olmasa icarə pulundan necə deyərlər, canım qurtarsın. Amma nəticə yoxdur. Hətta bununla bağlı Gənclər və İdman Nazirliyinə də müraciət etmişəm. 

- Nazirlik heç bir reaksiya verməyib?

- Zəng elədirlər, federasiya ilə danışacaqlarını bildirdilər. Amma hələ ki, nəticə yoxdur. 

- Ramil müəllim, bu gün sizin üçün ikiqat bayramdır. Həm Bədən Tərbiyəsi və İdman Günüdür, həm də doğum gününüzdür. 37 yaşınız olur, bir boksçu üçün qocalığın başladığını söyləmək olarmı?

- Məşqçi kimi əlbəttə yox. Amma təbii ki, rinq üçün bir qədər qocalmışıq. Doğrudur, məndən də yaşlı boksçular var ki, rinqdə döyüşürlər. Amma mən hesab edirəm ki, hazırda məşqçi kimi fəaliyyət göstərməyim daha uyğundur. Təbii ki, imkan versələr...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri