Icma.az
close
up
RU
Xlordan zəhərlənmə hansı hallarda baş verir? Mütəxəsisdən AÇIQLAMA

Xlordan zəhərlənmə hansı hallarda baş verir? Mütəxəsisdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraqda 600-dən çox zəvvar xlordan zəhərlənib.

Bəs xlordan zəhərlənmə hansı hallarda baş verir?

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən qida eksperti İlkin Şirinov qeyd etdi ki, xlor zəhərli maddədir:

"Xlorla işləyərkən son dərəcə ehtiyatlı olmaq lazımdır. İstər məişətdə, istər digər istehsalat sahələrində, istər müxtəlif dezinfeksiya məqsədləri üçün xlordan istifadə zamanı diqqətli olmaq vacibdir. Bəzən xlorlama prosesi də deyirlər. Müxtəlif obyektlərdə, məişət və kənd təsərrüfatı məqsədləri üçün istifadə zamanı zəhərlənmə halları baş verə bilər. Xlor tərkibli kimyəvi vasitələrlə işləyərkən həmçinin son dərəcə ehtiyatlı olmaq lazımdır. Hovuz və su anbarlarında dezinfeksiya zamanı xlordan düzgün istifadə edilməli, ventilyasiyasız qapalı məkanlarda işlədilməməlidir. Qapalı və havasız mühitdə xlorlu təmizləyici vasitələrin istifadəsi xüsusi qazların yaranmasına səbəb olur və qapı-pəncərələrin bağlı qalması zəhərlənməyə gətirib çıxara bilər".

Onun sözlərinə görə, xlor qazının və ya buxarının havada olması insan üçün təhlükəlidir:

"Xlor tərkibli vasitələr turşularla qarışdıqda və ya isti su və qaynar buxarla təmas etdikdə xlorlu hava əmələ gəlir. Xlorlu hovuzların dezinfeksiyası zamanı da xlor havaya sızır və qapalı hovuzlarda bu daha çox müşahidə olunur. Belə məkanlarda ventilyasiya məsələsinə ciddi əməl olunmalıdır. Xlordan istifadənin düzgün olmaması hallarında zəhərlənmə nəticəsində gözlərdə, boğazda və burunda yanmalar, öskürək müşahidə oluna bilər. Xlorun isti mühitdə və ya turşularla qarışması sürətli qaz halına keçməyə səbəb olur ki, qapalı və havalandırmasız yerdə buxar toplanır və tənəffüs yollarına birbaşa təsir göstərir. Qapalı məkanlarda uzun müddət xlorlu su ilə yuyulma insanlarda zəhərlənmə riskini artırır və xlorlu maddə tənəffüs orqanlarına birbaşa təsir etdikdə zəhərlənmə riski daha da yüksəlir",- deyə müsahibimiz sonda qeyd etdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:366
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri