Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Survivor dan qazancı məlum oldu

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

ABŞ İranla bağlı bu suala cavab vermədi

Millimiz Türkiyədə təlim məşq toplanışına start verdi

“Kimsə üçün Everestə qalxmaq çətindirsə, mənim üçün də öz sevgimi tapmaq çətindir” Elmira Aslanova

“Kimsə üçün Everestə qalxmaq çətindirsə, mənim üçün də öz sevgimi tapmaq çətindir” Elmira Aslanova

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Everesti fəth edən ilk azərbaycanlı qadın

Bu müddət əvvəl, ad günümdə bir neçə qurumun etdiyi Altıağac Milli Təbiət Qoruğunda təşkil etdiyi hikingə – piyada yürüşünə qoşuldum və yürüşdə mən başa düşsəm də məndən alpinist çıxmaz, tədbir məndə xoş təəsürat oyatdı. Biləndə ki, mənimlə birlikdə yürüşdə dünyanın ən hündür zirvəsi olan Everest zirvəsinə (8848 metr) qalxan ilk Azərbaycanlı xanım Elmira Aslanova da  iştirak edir, ikiqat sevindim.

Söhbət əsnasında ondan müsahibə götürmək istəyimi bildirdim və ən yüksək zirvəni fəth etsə də çox sadə xanım və maraqlı müsahib olan Elmira  xanım təkliflimlə məmnuniyyətlə razılaşdı.

Qısa arayış:

Elmira Aslanova 1982-ci il, 3 iyunda Gədəbəydə anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Ukraynanın Luqansk vilayətinə köçüb. V.N.Karazin adına Xarkov Milli Universitetini (2000–2005) bitirib, İngilis, alman dilləri üzrə filoloq, tərcüməçi, həmçinin ingilis dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. Alpinizmə 2018-ci ildən Nepalda Torong-La (5416 m) aşırımından keçməklə – trekking yürüşü ilə başlayıb. Alpinizmlə məşğul olmazdan əvvəl Xarkovda turizm şirkətinin rəhbəri olub.

2023-cü ilin 19 may tarixində dünyanın ən hündür dağ zirvəsini – Everesti fəth edib.

Fəth etdiyi əsas yüksəkliklər:

– Kailas dağı, Dolma La aşırımı (Çin, 05.2018) — 5600 m

– Ağrı dağı (Türkiyə, 10.2020) — 5165 m

– Kazbek (Gürcüstan, 07.2021) — 5033 m

– Kilimancaro (Tanzaniya, 11.2021) — 5895m

– San-Fransisko (Çili, 01.2023) — 6018 m

– Ojos-del-Salado (Çili, 01.2023) — 6893 m

– Akonkagua (Argentina, 02.2023) — 6960.8m

– Everest (Çin–Nepal, 19.05.2023) — 8848.86 m

– Bazardüzü (Azərbaycan, 31.07.2023) — 4466 m

– Şahdağ (Azərbaycan, 17.09.2023) — 4243m

Tribunainfo.az Elmira Aslanova ilə müsahibəni təqdim edir.

– Elmira  xanım, bu sualı bəlkə də sizə çox veriblər, amma yenə də verim ; “Ən yüksək zirvəni fəth edən” olmaq nə deməkdir, insan nə hisslər keçirir?

– Mən ən yüksək zirvədə olanda hələ harada olduğumu və nə etdiyimi tam dərk etmirdim. İnsan bunu tədricən dərk edir. Amma ümumi götürülsə, Everestə qalxmaqdan nə hiss etdiyimi desəm, bu, ən mümkünsüz arzumu belə reallaşdıra biləcəyimi anlamaq idi. Mən başa düşdüm ki, bizim hər birimiz daxilində hansı potensialın olduğunu yarıya qədər belə bilmir. Everest sayəsində mən özümü daha yaxından tanıdım və içimdə nə qədər güc olduğunu gördüm. Və indi 19 may, Everestə qalxdığım gün, doğum günüm kimi mənim üçün şəxsi bayramdır, hansını ki, mən hər il qeyd edirəm.

– Sağlam qalmaq üçün, zirvələri fəth etmək üçün necə qidalanmaq lazımdır, ümumiyyətlə alpinistin qida rasionu necədir?

– Mən ümumilikdə düzgün qidalanmağa çalışıram. Əksər hallarda çalışıram zülal, yağ və karbohidratları hesablayım. Amma bu, hər zaman alınmır. Xüsusilə Bakıda olanda hansısa qidalanma qaydalarına əməl etmək çox çətindir. Burada daim qohumların evinə qonaq gedirəm və onlar məni həmişə sevinclə Azərbaycan mətbəxinin yeməklərini yedirdirlər.Təbii ki, bundan imtina etmək mənim üçün çətin olur. Bizim mətbəximiz çox dadlıdır və sevdiyim ev qutablarından və kətədən imtina etmək mənim üçün heç də asan deyil.

– Çox adam Everesti fəth etməyinizə görə sizə heyranlığını bilidirir. Amma paxıllıq edənlər də az olmaz. Çünki həmişə kimsə uğur qazananda onun uğuruna pis olanlar da olur…

– Təəssüf ki, bu həqiqətdir. Amma, əlbəttə ki, mənə dəstək olan və gözəl münasibət bəsləyən insanlar daha çoxdur. Əvvəllər mənə qarşı deyilən neqativ fikirləri və münasibətləri ümumiyyətlə qəbul etmək mənim üçün çox çətin idi. Amma hansısa anda başa düşdüm  ki, bu, ictimaiyyət qarşısında olmağın bir hissəsidir. Hətta az tanınmış olsan belə, sənə paxıllıq edən insanlar mütləq tapılacaq. Və bu zaman artıq fərq etmir ki, sən kimsən və nə edirsən. Bu məşhur olmağın ayrılmaz bir hissəsidir.

İndi mən bunu Everestə aparan yola bənzədirəm. Əgər sən Everestə gedirsənsə, bilməlisən ki, yolda ölən insanlar olacaq. Bu, o yolun bir hissəsidir. Bu, ağırdır, amma dəyişilməz bir reallıqdır. Sadəcə bunu qəbul etmək lazımdır.

View this post on Instagram

A post shared by Elmira Aslanova | TRAVELER & MOUNTAINEER (@elmiraaslanova__)

– Sizin də yaxşı tanıdığınız, bələdçiniz olduğu tanınmış ukraynalı alpinist və buz dırmanışçısı  Valentin Sipavin müsahibələrinin birində bildirir ki, Everest artıq industrial dağa çevrilb, brenddir və “Everest” filmi nə qədər inandırıcı çəklsə də artıq dağlara ovaxtı kimi çıxmırlar. Və indi daha təhlükəsizdir, komfortludur, çünki avadanlıqlar, paltarlar, texnka yaxşıya doğru dəyişib. Bununla belə deyir ki, Everest yenə də Everestdir, hündürlüyü 1 metr də azalmayıb,yenə soyuqdur, yenə oksigen çoxalmayıb orda…

– İndi Everestə və digər dağlara qalxmaq məsələsində bir bölgü var: kommersiya və peşəkar alpinistlik. Təbii ki, bu, hazırlıq və çətinlik baxımından fərqli səviyyədir. Və alpinistlərin aləmində bunu hamı bilir. Amma mənim fikrim belədir: əgər bu gün adi bir insan , uşaq yaşlarından alpinizmlə məşğul olmaq imkanı olmayan biri  öz arzusunu gerçəkləşdirə, Everestə gedə, bu gözəlliyi televizorda yox, öz gözü ilə görə bilirsə, bu möhtəşəmdir.

Və Everest hələ də hər kəs üçün əlçatan deyil və burada sənin nə qədər oksigen ehtiyatın olmağın və ya nə qədər peşəkar hazırlaşmağın heç də həmişə rol oynamır. Mən inanıram ki, həm də dağın bir enerjisi var. Hər bir insanın da öz yolu . İnanıram ki, çox şey bizdən asılıdır, amma hər şey yox. Və mən “Dağ özü qərar verir – səni qəbul etsin, ya yox” sözlərinə inanıram. Amma eyni zamanda bunu mən ilahi bir şeylə əlaqələndirirəm. İnanıram ki, əgər bu sənin yolundursa – Allah mütləq sənə zirvəyə  çıxmağa kömək edəcək.

-Ümumiyyətlə bildiyimə görə Everestdən qat-qat çətin, 8000  minlik , 7000 minlik və hətta daha kiçik, amma daha təhlükəli zirvələr var.

-Bəli, bu, həqiqətən də belədir. Şəxsən mən məhz Everestin gücünü və enerjisini hiss etmək istəyirdim.

– Aydındır ki, alpinistin fiziki hazırlığı yüksək səviyyədə olmalıdır. Siz yaxşı fiziki formanızı saxlamaq üçün nə edirsiniz? Alpinistin əlbət xüsusi məşqləri var?

– Məşqlər həyatın bir hissəsi olmalıdır. Mütləq şəkildə kardio və güc məşqləri olmalıdır. Mən qaçıram, idman zalına gedirəm. Dağa qalxan insanlar üçün trenajor-eskalatorda məşq etmək çox faydalıdır. Və mən krossfitə (qarışıq, intensiv və müxtəlif hərəkətlərdən ibarət məşq növü) çox böyük həvəs göstərirəm .

– Everestə çıxmaq bildiyimə görə sizə 60 min dollara başa gəlib və sizə qardaşınız sponsorluq edib. Ümumiyyətlə alpinizm bahalı bir idman növüdür?

-Bəli, alpinizm bahalı bir məşğuliyyətdir. Xüsusilə də söhbət hündür dağlardan gedirsə.

 -Düşünürmüsünüz ki, nə vaxtsa fikirləriniz dəyişə bilər və dağlar sizə ora qalxmaq qədər artıq maraqlı olmasın?

-Mən dağları çox sevirəm və həmişə dağlara getmək istəyirəm. Məni dayandıra biləcək yeganə şey – analıqdır. Mən balaca övladımı qoyub, uzun müddət hündür dağlara gedə bilmərəm, xüsusilə də orada həlak olmaq və geri dönməmək ehtimalını anlayaraq.

– Siz ailəli deyilsiz bildyimə görə. Nəyə görə? Bir də nə vaxtsa istədiyiniz bir insana görə, sevgiyə görə dağlara çıxmaqdan vaz keçərsiz?

– Məndə belə bir vəziyyət olmuşdu ki, gələcək həyat yoldaşı kimi düşündüyüm bir insan mənə şərt qoymuşdu – dağlara getməyəcəyəm. Bu, hələ Everestdən əvvəl idi. Elə bir an oldu ki, düşündüm: bəlkə də doğrudan da dayanmaq lazımdır, axı mən də ailə və uşaqlar istəyirəm. Amma sonra anladım ki, bu düşüncə məni içdən sındırır. Əgər bir insan səni sevir və hörmət edirsə, səni sındırmaz və özünə uyğunlaşdırmağa çalışmaz. O, sənin hobbilərinə, sənə vacib olan şeylərə hörmətlə yanaşar.

Mən ailə qurmağı çox istəyirəm və inanıram ki, bir gün elə bir insanla qarşılaşacağam ki, o, məni dəstəkləyəcək və uğurlarıma sevinəcək, məni sadəcə özünə uyğun bir insana çevirmək istəməyəcək. Ümumiyyətlə başa düşdüm ki, həyatda ən vacib şeylərdən biri – dünyaya sənin kimi baxan, dəyərləri və baxışları sənə yaxın olan bir insanla qarşılaşmaqdır. İnanıram ki, mən belə bir insanla mütləq rastlaşacam.

– Himalay dağlarına, ümumiyyətlə böyük zirvələrə çıxmaq artıq demək olar ki, biznesə çevrilib. Özü də təhlükəli … Dünya üzrə dağçılıq və alpinist fəaliyyəti zamanı illik ölüm sayı 120-150 nəfər arasındadır…

– Mən öz fikrimi deyəcəyəm. Mənim üçün dağlar – həmişə özümə aparan bir yoldur, bu mənəvi bir yoldur. Bu, dağın gücünü, saflığını və enerjisini hiss etmək imkanıdır. Məhz bu yerlərdə mən çoxsaylı suallarıma cavablar tapıram. Və bu cavabları nə kitablarda, nə filmlərdə, nə də başqa insanların fikirlərində tapmıram. Bu cavablar mənim içimdən gəlir. Mənim üçün dağlar – həm fiziki, həm də daxili olaraq özünü tanıma məkanıdır.

 – Dünyada bu qədər qlobal problemlər, haqsızlıq,  kasıbçılıq, hətta bir çox yerlərdə aclıq hökm sürə-sürə  adrernalin üçün, insanın özünə nəsə sübut etmək üçün və ya şöhrət üçün dağlara çıxmaq üçün bu qədər pullar sərf edilməsinə necə baxırsınız?

-Məncə, bu hər bir insanın öz yoludur. Amma insanlar çox vaxt hər şeyi səthi şəkildə qiymətləndirirlər. Mən çoxlu sayda insan tanıyıram ki, həm dağlara gedirlər, həm də ehtiyacı olanlara kömək edirlər, sadəcə bunu reklam etmirlər. Çox vaxt insan çox işləyir, yaxşı qazanc əldə edir və başqalarına kömək edir, amma eyni zamanda öz enerjisini bərpa edə biləcəyi bir hobbiyə ehtiyacı olur. Bu, həm onu, həm də ətrafındakı insanları ruhlandırır.

 -Məşhur neyrolinqvist Tatyana Çerniqovskaya  qeyd edir ki, həyatda əsas məqsəddir. İnsanın məqsədi olanda o hər bir çətinliklərə dözür, bədən güclənir.

-Razıyam. Məqsədim olmayan dövrlərdə özümü çox pis hiss edirəm. Məqsədim olan kimi həyat mənim üçün dərhal başqa cür olur. Və məqsəd nə qədər böyükdürsə, bir o qədər yaxşıdır.

– Everesti  fəth edən ilk azərbaycanlı alpinist İsrafil Aşurlu  zirvəyə çatmağı hədəfləsə də, 2 il əvvəl həyatını risqə ataraq zirvəsini tərk edib.

Pakistanın yüksək Nanqa Parbat dağlıq ərazisində  8 126 metr yüksəklikdəki dağa qalxmaq istəyən, qar korluğu səbəbindən köməksiz vəziyyətdə 7 300 metr  yüksəklikdə qalmış yerli alpinist Asif Bhattiyə kömək edib, onu düşərgəyə çatdırıb. Halbuki  İsrafil Aşurlı ilə birlikdə olan italyan alpinistlər onları qoyub baza düşərgəsinə qayıdıblar.

Ümumiyyətlə dağlarda psixoloji, fiziki keyfiyyətlərdən başqa qeyd olunan yüksək mənəvi addımlara çox rast gəlinir, yoxsa əsas zirvədir?

– Əminliklə deyə bilərəm ki, İsrafil müəllimin bu addımı böyük hörmət və ehtiram doğurur. Amma eyni zamanda başa düşürəm ki, belə şəraitdə kiminsə kömək edib-etməməsinə görə onu mühakimə etmək olmaz. Başqasına kömək etmək və onu dağdan aşağı endirmək üçün də böyük güc lazımdır. Əlbəttə, insan həmin vəziyyətdə olmayanda, ümumi mənzərəni bilməyəndə insanlıq haqqında danışmaq və mühakimə etmək asandır.

Şəxsən mən xoşbəxtəm ki, dağlarda həmişə ətrafımda məni dəstəkləyən və mənə kömək edən insanlar olub. Xüsusilə Everestə qalxdığım zaman. Mən xəstə idim və tez-tez qetmək mənim üçün çox çətin olurdu. Amma komandadakı yoldaşlarım məni heç vaxt tək buraxmırdılar, daim yanımda olurdular. Mən onlara buna görə çox minnətdaram.

– İnsan hansısa böyük arzu ilə yaşayır və həmin arzu həyata keçəndə bəzən artıq soyuyur, uzaqlaşa bilir və bəlkə də heyifslənə bilər ki, arzusu həyata keçib. Siz indi hansı arzu ilə yaşayırsınız?

-Mən «Everest» arzumu çox sevirəm. Bu arzu reallaşsa da, heç vaxt ona qarşı bir boşluq hiss etməyəcəyəm. Mən onu «brilyant arzum» adlandırıram. Hazırda başqa arzularım da var, amma başa düşdüm ki, onlarla bölüşmək istəmirəm.

– Dağlardan qayıdanda yerdəki çətinliklər, məişət problemləri sizə necə gəlir? Hansını həll etmək daha çətindir; yerdəki, yoxsa yüksəklikdəkiləri?

– Bu, Everestdən sonra məndə yaranan ən böyük anlayışlardan biri oldu. Anladım ki, əslində bizim çox az sayda həqiqi və ciddi problemimiz var. Əksər hallarda bunlar sadəcə hansısa məsələlərdir, detallar və nüanslardır ki, onları sadəcə həll etmək lazımdır. Amma biz bunları elə çətin və dəhşətli qəbul edirik ki, sanki böyük problemlərdir. Biz sadəcə hər şeyi problem adlandırmağa və sonra da bunun üçün əziyyət çəkməyə öyrəşmişik. Halbuki əslində çox vaxt bizdə problem olmur, sadəcə adi həyati situasiyaları olur ki, onların öhdəsindən gəlmək mümkündür.

– Mən sualları hazırlayarkən ChatGPT-yə sizinlə müsahibə alacağımı dedim və soruşdum ki, nə sual vermək istəyirdi. Bir sual da ChatGPT-dən:

-Elmira xanım, siz Everest zirvəsinə qalxaraq bir çoxlarının xəyal etdiyi, amma cəsarət etmədiyi bir şeyi etdiniz. Bəs indi həyatınızda hansı zirvə sizi daha çox düşündürür – bu dəfə dağın yox, daxili, mənəvi bir zirvə varmı ki, ona çatmaq istəyirsiniz?

– Daha əvvəl də qeyd etdiyim bir arzum var – öz insanımla qarşılaşmaq. Mən çox istəyirəm  ki, ailə qurum, övlad sahibi olum. Kiminsə üçün Everestə qalxmaq çətindirsə, mənim üçün də öz sevgimi tapmaq çətindir.

– Milli alpinizmin vəziyyətini necə dəyərləndirirsiniz. Sizcə alpinizim bizə lazımdırsa, onun inkşafı üçün nə etmək lazımdır?

-Mən çox sayda güclü insan və potensial olaraq güclü idmançı və alpinist görürəm. Alpinizm hazırda inkişaf mərhələsindədir. Və mən burada böyük bir potensial görürəm.

-Yerdə olarkən evi yığışdırmaq, xörək bişirmək və nə bişirmək sizlikdirdirmi?

Ümumiyyətlə sizcə Azərbaycan qadını necə olmalıdır, yoxsa belə bir şey yoxdur?

-Müasir qadın bu gün çox şey bacarır. Bəli, evdə həm yemək bişirirəm, həm də yığışdırıram. Amma çox təəssüf edirəm ki, biz hələ də bütün bunları birinci yerə qoyuruq və hətta sizin Azərbaycan qadını ilə bağlı sualınızda da ön plana təmizlik və yemək bişirmək çıxır.

Mənim üçün Azərbaycan qadını – bu, nəcib bir qadındır, müdrik, səmimi, mənəviyyatlı, zərif, özünü tapmış və xoşbəxt bir insandır. Bu, kişiyə sadəcə tamamlayıcı yox, onun bəzəyi olan, enerjisi, gücü və özünə yetərliliyi ilə insanı heyran edən, nur saçan bir qadındır.

Bütün bunlar isə o zaman mümkündür ki, qadına hörmət olunur və onu sındırmırlar.

-Xoşbəxt olmaq üçün dağa-daşa çıxmaq lazımdır?

-Bu, dəqiq cavabı olmayan fəlsəfi bir sualdır. Hər kəsin xoşbəxtlik üçün öz resepti və öz yolu var.

– Hər bir insanın həyatda yaşamağının bir mənası, müəyyən mənada missiyası olmalıdır. Siz öz missiyanızı nədə görürsünüz?

-Bu, hələ tam cavab tapa bilmədiyim bir sualdır. Bununla bağlı mənim bəzi hisslərim, fikirlərim var. Amma yenə də bunu özümə saxlamaq və paylaşmamaq istəyirəm.

-Dağlara mahnı qoşulur, dağlarda gizlənirlər, dağlarda insanlardan uzaq yaşayırlar… Bəlkə sizdə təkliyi sevirsiz ona görə dağa çıxırsız?

– Mən insanları sevirəm, amma eyni zamanda təkliyi də çox sevirəm və buna ehtiyacım var. Dağları da buna görə sevirəm. Hətta dağlara qrupla getsən belə, bir növ tək qalırsan. Bu, öz daxili səsini eşitmək imkanıdır.

-Hal-hazırda hansı zirvələri fəth etməyi planınızda var?

– Mən indi “7 Zirvə” proqramını həyata keçirmək istəyirəm – yəni dünyanın bütün qitələrinin ən yüksək zirvələrinə qalxmaq.

– Alpinist tənbəl ola bilər?

– Mən tam razıyam ki, tənbəllik çox zaman marağın olmamasının göstəricisidir. Bu, hər kəsə aiddir. Əgər insan hansısa bir ideya, məşğuliyyət və ya hobbi ilə “yanırsa”, o, mütləq buna zaman və güc tapacaq.

Mən Everestə hazırlaşanda heç vaxt səhər qaçışını buraxmırdım. Harada olmağımdan və havanın necə olmasından asılı olmayaraq. Mən bir neçə ay İsveçdə yaşadım. Qış idi, çox soyuq olurdu. Səhər saat 6-da qalxmalı idim ki, qaçım. Amma orada hava saat 9-da açılırdı. Buna baxmayaraq, bir dəfə də olsun qaçışı buraxmadım, çünki Everest arzusu məni içdən isidirdi.

Əgər ümumiyyətlə tənbəllikdən danışsaq, düşünürəm ki, adi həyatda bu hər bir insana xasdır. Hətta bəzən tənbəllik etmək də lazımdır. Amma mən bunu adətən “şüurlu tənbəllik günləri” adlandırıram. Sadəcə özümə emosional və fiziki olaraq dincəlmək üçün vaxt verirəm.

-Alpiniz olmaq istəyənlərə nə tövsiyyə edərdiniz?

– Mən tövsiyə edərdim ki, ilk cəhddə nəsə alınmırsa, sadəcə təslim olmamaq lazımdır. Əgər ürəkdən istəyirsiniz, amma dərhal alınmırsa, bu, o demək deyil ki, bu yol sizə aid deyil. Bu, sadəcə daha yaxşı hazırlaşmaq lazım olduğunu göstərə bilər. Bu o deməkdir ki, hər şeyin öz zamanı var. Və bu o deməkdir ki, biz üzərimizə düşəni etməli və eyni zamanda Allaha güvənməliyik

-Müsahibəyə görə təşəkkür edirəm.

-Sizə də təşəkkür edirəm.

Söhbətləşdi: İmran Kərimli

View this post on Instagram

A post shared by Elmira Aslanova | TRAVELER & MOUNTAINEER (@elmiraaslanova__)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see255

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see204

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see174

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see157

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see138

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see130

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see124

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see124

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see123

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see123

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

17 İyun 2025 21:26see122

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see122

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see119

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see118

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see115

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

17 İyun 2025 20:38see115

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

17 İyun 2025 18:51see115

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see114

ABŞ İranla bağlı bu suala cavab vermədi

17 İyun 2025 23:22see113

Millimiz Türkiyədə təlim məşq toplanışına start verdi

17 İyun 2025 18:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri