Icma.az
close
up
RU
Kimsəsiz qitədə insan izləri: Antarktidada tapılan kəllə bizə nə deyir?

Kimsəsiz qitədə insan izləri: Antarktidada tapılan kəllə bizə nə deyir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanlıq bu günə qədər Antarktikada daimi yaşayış məntəqəsi qurmayıb. Qitənin buzla örtülmüş, sərt təbiəti yalnız elmi tədqiqat stansiyaları vasitəsilə qısamüddətli qalmağa imkan verir. Lakin geoloji və paleontoloji məlumatlar Antarktikanın bir zamanlar tropik meşələrlə örtülü, bataqlıqlarla dolu və dinozavrların yaşadığı bir yer olduğunu göstərir.

Qaynarinfo xəbər verir ki, insanlar Afrikadan köç etməyə başladığı zaman qitə artıq soyuq, səhra və yaşamaq üçün əlverişsiz bir yerə çevrilmişdi. Buna baxmayaraq, bu o demək deyil ki, qitə tarix boyu tamamilə insanlardan uzaq qalıb. 

Maori əfsanələrində adı çəkilən Polineziyalı tədqiqatçı Hui Te Rangiqoranın 7-ci əsrdə "günəşin görünmədiyi, sisli və buzla örtülmüş" bir yerə çatdığı danışılır. Bu təsvirin Antarktikanın cənub sularına edilmiş mümkün səyahətə işarət etdiyi düşünülür. Lakin müasir qeydlər baxımından Antarktikanın ilk təsdiq edilən müşahidəsi 1820-ci ildə rus dənizçisi Faddey Bellinshauzenin tutduğu gəmi jurnalına əsaslanır.

Qitəyəaid ən təəccüblü kəşf isə əsrlər sonra, 1985-ci ildə Çilidən olan bir alimin qarşısına çıxıb.

7 yanvar 1985-ci il tarixində Çili Universitetinin Biologiya və Təbiət Elmləri Professoru Daniel Torres Navarro Antarktikanın Yámana sahilində dəniz tullantıları toplayarkən maraqlı bir şeyə rast gəldi: Kəllə sümüyünün bir hissəsi daşlı və qumlu çimərliyin içinə yarıya qədər basdırılmışdı.

"Yalnız pariyetal-oksipital nahiyə görünürdü. Alın və burun hissəsi qumun altında idi. Səthi mikro-yosunlar səbəbindən yaşıl rəng almışdı", deyə deyə Torres Navarro bildirib.

Qazıntıdan sonra iki üst çənə parçası və yaxşı qorunmuş bəzi dişlər çıxarılıb. Lakin iki ön kəsici diş tapılmadı və ətrafda aparılan tədqiqatlarda başqa bir qalıq tapılmayıb.

İlk analizlərdə kəllə sümüyünün gənc bir şəxsə, çox güman ki, qadına aid olduğu müəyyən edilib. Torres Navarro və komandası ərazidə tədqiqatlarına davam etdi və zamanla o cümlədən bir bud sümüyü də daxil olmaqla başqa sümük parçaları tapıb. Bu qalıqların sahil boyu səpələnmiş halda olduğu düşünülür.

Aparılan təhlillər bu gənc qadının çox güman ki, Çili mənşəli olduğunu və 1819–1825-ci illər arasında həyatını itirdiyini göstərir. Lakin bu tarixlər məlum olan ilk Antarktika ekspedisiyalarından da daha erkən bir dövrə işarə edir. Bu hal da ağıllara vacib bir sualı gətirir: Bu şəxs qitəyə necə çatıb?

Torres Navarronun fikrincə ən mümkün ssenarilərdən biri, qadının 19-cu əsrdə bölgəyə gələn dəniz şiri ovçuları qrupu ilə qitəyə çatmasıdır. Qrupdan ayrılmış və ya naməlum bir səbəblə orada qoyulmuş ola bilər. Digər bir ehtimal isə bu şəxsin gəmi səyahəti zamanı həyatını itirməsi və dövrün geniş yayılmış təcrübəsinə uyğun olaraq dənizə atılmasıdır. Cəsəd okean axınları və fırtınaların təsiri ilə Antarktika sahillərinə daşınmış, sonra isə təbiət tərəfindən səpələnmiş ola bilər.

Nə baş vermiş olursa olsun, bu günə qədər qitədə bu qadına aid qalıqlardan başqa heç bir insan skeletinə rast gəlinməyib. Bu da kəşfi həm istisna, həm də sirli edir.

Kəllə sümüyü və digər sümüklər təkcə arxeoloji tapıntı olmaqdan kənara çıxaraq, Antarktikanın insanlıq tarixindəki yerinə aid yeni suallar doğurur. Bu cür kəşflərin nadir olması Torres Navarro və komandasını illərlə eyni əraziyə qayıtmağa təşviq edib. Hələlik qalıqların mənbəyi tam müəyyən edilməsə də, tədqiqatçılar bu tapıntının Antarktika tarixinə dair hekayəni yenidən formalaşdıra biləcəyini düşünür.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri