Icma.az
close
up
RU
Kimyaçı alimlər Altsheymer xəstəliyinə qarşı ikili inhibitorlar yaradıblar

Kimyaçı alimlər Altsheymer xəstəliyinə qarşı ikili inhibitorlar yaradıblar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutundan, Türkiyənin Atatürk, Bartin və digər universitetlərindən aparıcı alimlər Altsheimer xəstəliyinə qarşı yeni terapevtik yanaşma kimi güclü xolinesteraza inhibitorlarının yaradılması istiqamətində tədqiqat aparıblar.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, alimlər potensial inhibitorlar kimi aminspirtlərin yeni N-əvəzli tiourea törəmələrini əldə ediblər və onların potensial asetilxolinesteraza (AChE) və butirilxolinesteraza (BChE) inhibitorları kimi təsirlərini sistematik şəkildə qiymətləndiriblər. Bu birləşmələr üzrə “in vitro” ferment inhibisiya tədqiqatları göstərib ki, bütün törəmələr nanomolyar səviyyədə əhəmiyyətli xolinesteraza inhibitor aktivliyi nümayiş etdirir.

Kimyaçı alimlər təcrübi nəticələri əsaslandırmaq üçün AChE və BChE üzərində struktur əsaslı molekulyar dokinq tədqiqatları aparıblar. Dokinq nəticələrinin “in vitro” məlumatları ilə güclü uyğunluq təşkil etdiyi məlum olub. Quruluş-xassə əlaqəsinin təhlili göstərib ki, elektrodonor N-əvəzediciləri və molekulda aminospirt-tiourea qurluşu inhibitor potensialının artırılmasında əhəmiyyətli rol oynayır.

Bir-biri ilə əlaqələndirilmiş eksperimental və kompüter kimyəvi hesablama nəticələri yeni sintez olunan birləşmələrin perspektivli ikili AChE/BChE inhibitoru olduğunu təsdiq edib və bu araşdırmanın nəticələrində məlum olub ki, aminspirt əsaslı N-əvəzli tioureaların Altsheymer xəstəliyinə qarşı potensial dərman maddəsi ola bilər.

Əldə olunan mühüm nəticəyə dair məqalə “Web of Science” bazasında indekslənən impakt faktoru 1.6 olan “Letters in Drug Design & Discovery” jurnalında dərc edilib.

Yeni inhibitorların sintezi Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53) qalibi olan “Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və “in vitro” və “in vivo” təcrübələrində onların effektivliyinin öyrənilməsi” layihəsi çərçivəsində yerinə yetirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri