Rusiya Federal Gömrük Xidməti Azərbaycanla sertifikatların elektron mübadiləsini hazırlayır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva, 4 fevral, AZƏRTAC
Rusiya Federal Gömrük Xidməti elektron mənşə sertifikatları (“ST-1” forması) ilə bağlı Azərbaycanın səlahiyyətli orqanı ilə məlumat mübadiləsinə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu, iki ölkə hökumətləri arasında tarif güzəştlərinin alınması üçün istifadə edilən malların mənşə sertifikatlaşdırılması üzrə elektron sistemlərin qarşılıqlı istifadəsi haqqında protokolda nəzərdə tutulub. Yeni sistem orijinal kağız nüsxələrinin təqdim edilməsinə ehtiyac olmadan sertifikatların verilməsinə və onların düzgün doldurulmasına gömrük nəzarətini təmin etmək məqsədilə nəzərdə tutulub.
İnformasiya sistemləri arasında qarşılıqlı əlaqəyə hazırlıq çərçivəsində mal bəyannaməsinin 44-cü sütununun doldurulması qaydaları müəyyən edilib.
Elektron mübadilənin başlama tarixi haqqında məlumat əlavə olaraq dərc ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Fevral 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















