Icma.az
close
up
RU
Kimyaçı, “vışibala”, qalmaqallı görüntüləri... qəssab olmaq istəyən Papanın təəccübləndirən həyat yolu

Kimyaçı, “vışibala”, qalmaqallı görüntüləri... qəssab olmaq istəyən Papanın təəccübləndirən həyat yolu

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Yeni dünyadan olan ilk pontifik, eləcə də Müqəddəs Taxtına keçən ilk yezuit olan 266-cı Papa Fransisk 89 yaşında dünyasını dəyişib.

Ölkə.Az xəbər verir ki, Fransisk təkcə katolik ölkələrində deyil, beynəlxalq siyasətdə də mühüm rol oynayan şəxs olub. Onun Ukrayna münaqişəsi ətrafında müzakirələrdə iştirakı xüsusilə nəzərə çarpıb.

Qəssab olmaq istəyən Xorxe Mario Berqoglio necə Papa Fransisk oldu... 

Əsl adı Xorxe Mario Berqoglio olan Papa Frensisk 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə mühacir italyan ailəsində dünyaya gəlib.

Pontifik dəmir yolu işçisi ailəsinin beş uşağından ən böyüyü olub. 

Bir zamanlar uşaqlıq xatirələri haqqında fikirlərini bölüşən Papa Fransisk deyib ki, atasının sözlərinə əsasən, qəssab olmaq istəyib və bu peşənin ailəni dolandırmağın ən yaxşı yolu olduğuna inanıb.

Qəssab olmaq istəyinin səbəbini soruşanda deyib: “Gör onun nə qədər pulu var”.

Lakin Xorxe Mario fərqli bir karyera seçib. Onun təbiət elmlərinə xüsusi marağı olub. Nəticədə italyan mühacirlərinin oğlu kimya mühəndisliyi diplomu alıb. 

Gənc kimyaçı tezliklə mənəvi xidmət yoluna qədəm qoyub. Xatirələrinə görə, bir yaz günü o, katolik kilsəsində xütbəyə gəlir və keşişin nitqindən çox ilhamlanır. Beləliklə, bir neçə il işlədikdən sonra, artıq yetkin olaraq seminariyaya daxil olur.

Mühafizəçi Papa Frensisk – Rusiya mediası bu yerdə “vışibala” sözündən istifadə edib

Maraqlıdır ki, seminariyada oxumazdan əvvəl Xorxe Mario Berqoglio bir neçə dəfə iş yerini dəyişməli olub. O, təkcə öz ixtisası üzrə - kimya laboratoriyasında deyil, həm də təmizlikçi kimi işləyib, hətta bir müddət gecə klubunda mühafizəçi kimi də çalışıb.

Üç il ərzində Berqoglio bir neçə Argentina seminariyasında, daha sonra Çilidə humanitar elmlər üzrə təhsil alıb və bu da ona Argentina Katolik kolleclərində ədəbiyyat, fəlsəfə və ilahiyyatdan dərs deməyə imkan verib.

1958-ci ildə Xorxe Mario Berqoglio yoxsulluq, iffət və itaətlə bağlı əbədi and içərək Yezuit ordeninə qoşulub.

1970 və 1980-ci illərdə Xorxe Mario Berqoglio Argentinanın Cezuit monastır ordenində müxtəlif vəzifələrdə çalışıb. O eyni zamanda İspaniya, Böyük Britaniya və Almaniyada yaşamalı olub.

Vaxt keçdikcə gələcək pontifik Buenos-Ayres arxiyepiskopluğunda getdikcə daha vacib vəzifələrdə çalışıb və 1998-ci ildə onun rəhbəri olub. 21-ci əsrin əvvəllərində Argentina arxiyepiskopu Vatikanın diqqətini çəkib.

Vatikanın diqqətini çəkən Frensisk - liderliyə gedən yol

2001-ci ildə Papa II İohann Pavel Berqoglionu kardinal rütbəsinə yüksəldib və sonra onu Roma Kuriyasında bir neçə inzibati vəzifəyə təyin edib.

2005-ci ildə II İohann Pavelin ölümündən sonra Xorxe Mario Berqoglio Müqəddəs Taxt-Taca namizəd kimi seçilib. Ancaq XVI Benedikt olan alman kardinalı Cozef Alois Ratsinger Papa olub.

Asket həyatı sürən keşiş

Bu illər ərzində Kardinal Berqoglio özünü nümunəvi bir katolik kimi göstərib. O, hər şeydən əvvəl şəxsi təvazökarlığı ilə tanınırdı. Berqoglio sadə bir həyat sürüb. O, kiçik bir mənzildə yaşayıb, ictimai nəqliyyatdan istifadə edib və yeməyini özü hazırlayıb.

2013-cü ildə XVI Benedikt Müqəddəs Taxt-Tacdan imtina etdikdən sonra onun yerinə Buenos-Ayres arxiyepiskopu Xorxe Mario Berqoglio seçilir.

Kardinal Berqoglio öz adını asketizm cərəyanına sadiqliyi ilə tanınan Müqəddəs Assisi Fransiskdən götürüb. 

Vatikanda Fransisk asket həyat tərzi sürməyə davam edib və bununla da seçdiyi adına layiq olmağı bacarıb. O, Apostol Sarayındakı geniş mənzillərdən imtina edib və Santa Marta qonaq evində üçotaqlı bir süitdə yaşayıb.

Papa ona görə dəbdəbəli əşyalardan da istifadə etməyib. O, qızıldan xaç və balıqçı üzüyü əvəzinə özü üçün köhnə monastır xaçından və gümüşdən üzükdən istifadə edib.

LGBT hərəkatına dəstək verən Papa Fransisk

Liberal münasibəti ilə daha çox diqqət çəkən Papa mühafizəkar kilsə xadimləri tərəfindən açıq şəkildə tənqid olunub. Liberal olduğundan da Fransiskin LGBT hərəkatına yanaşması dəyişib və onlara dəstək verib. Nəticədə Fransisk 2020-ci ildə LGBT-yə dəstək verib.

Pontifik bu qərarını “homoseksuallar da Allahın övladlarıdır və ailə qurmaq hüququna malikdir” arqumenti ilə izah edib. Papa hətta onlara xeyir-dua verilməsinə belə icazə verib.

Şiə liderlərindən olan Sistani ilə görüşən ilk Papa

Fransisk digər dinlərin nümayəndələri ilə də sıx əlaqələr qurub. O, 2021-ci ildə Papalıq tarixində ilk dəfə İraq şiələrinin ruhani lideri Ayətullah Əli Sistani ilə görüşüb. 

Beynəlxalq proseslərdə aktiv iştirak edən Papa

Sələfi II İohann Pavel kimi Fransisk də dünya siyasətində eyni dərəcədə əhəmiyyətli rol oynamağa çalışıb. Lakin son illərdə o, Ukrayna münaqişəsi ilə bağlı xüsusi mövqeyi ilə yadda qalıb. Digər Qərb liderlərindən fərqli olaraq, Fransisk döyüşlərin lap əvvəlindən NATO-nun Ukrayna böhranının inkişafındakı mənfi rolunu etiraf edib.

Nəhayət, pontifik daim Kiyev və Moskvaya vasitəçilik xidmətlərini təklif edib və sülhə nail olmaq üçün konkret addımlar atıb.

Yeni Dünyada doğulan ilk Roma Papası

Qeyd edək ki, argentinalı Xorxe Mario Berqoglio Yeni Dünyada (ABŞ, Okeaniya, Avstraliya və Cənubi Amerika nəzərdə tutulur) doğulan ilk Papadır.

Yenidən gündəm olan qalmaqallı görüntülər

88 yaşında vəfat edən katoliklərin ruhani lider qaradərili xristianlar və din xadimləri ilə keçmiş münasibəti yenidən gündəm mövzusuna çevrilib.

2020-ci ildə Papa Fransisk ondan öpmək istəyən rahibənin arzusunu bir şərtlə yerinə yetirib: “Dışləməyəcəyinə söz ver”.

Bundan öncə isə kardinallardan birinin Papa ilə görüşərkən onu öpməsinə icazə verməməsi kameralara düşüb. 

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Aprel 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri