Icma.az
close
up
RU
Trampın “dəli rəqibi” ölkənin siyasi sistemini dəyişir: Keçmiş SSRİ ni dağıdan ABŞ “kommunizm kabusu”na sürüklənir

Trampın “dəli rəqibi” ölkənin siyasi sistemini dəyişir: Keçmiş SSRİ ni dağıdan ABŞ “kommunizm kabusu”na sürüklənir

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağ Ev amerikalı solçuların əlinə keçərsə, bu, yalnız ABŞ-ın daxili siyasətinə deyil, onun qlobal mövqeyinə də birbaşa təsir göstərəcək... Çünki yeni nəsil siyasətçilər artıq ABŞ-ın hegemon xarici siyasətinə deyil, məhz onun “qlobal ədalət” gündəminə üstünlük verirlər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbə verir ki, ABŞ-da yeni siyasi eranın başlanmaqda olduğu müşahidə edilir. Belə ki, ABŞ prezidenti Donald Tramp q1obal məkanda qətiyyətli və prinsipial siyasi lider kimi davranmağa çalışsa da, Ağ Ev sahibinin nüfuzu sürətlə aşağı düşməyə başlayıb. Hər halda, onun “sülhpərvər və iqtisadiyyatçı prezident” imici indi ABŞ cəmiyyətində adekvat diqqətdən çox-çox uzaqdır. Əksinə, hazırda Tramp administrasiyasına qarşı ABŞ cəmiyyətində kütləvi etiraz dalğası güclənməkdə davam edir. Və bu, növbəti prezident seçkilərində Ağ Ev sahibinin təmsil etdiyi respublikaçılar düşərgəsinin olduqca ciddi siyasi problemlər ilə üzləşəcəyini təxmin etməyə imkan verir.

Onu da qeyd etmək laızmdır ki, ABŞ-ın hakimiyyətdə olan Respublikaçılar Partiyasının ilk ciddi siyasi itkiləri artıq indidən ortaya çıxmağa başlayıb. Belə ki, Nyu-York merini müəyyən edən seçkilər onlar üçün böyük iflasla nəticələnib. Ona görə də, həmin seçkilərin yekun nəticələri yalnız bu nəhəng şəhər səviyyəsində deyil, əskinə, ümumilikdə ABŞ-da seçici səslərinin hansı tərəfə yönəlməkdə olması konteksində dəyərləndirilir. Belə hesab olunur ki, Nyu-Yorkda mer seçkiləri məhz ABŞ siyasətində yeni mərhələnin başlanğıcınin ən real əlamətidir. Çünki Uqanda əsilli müsəlman və sosialist Zoxran Mamdaninin 50,4 faiz səslə qalib gələrək, Nyu-Yorkun ilk müsəlman və qeyri-ənənəvi siyasi düşərgəyə bağlı meri olması ABŞ-ın siyasi-ideoloji xəritəsində dərin dəyişikliklərin birbaşa xəbərdarlıq mesajıdır.

Təbii ki, üçüncü siyasi qütbün (respublikaçıların və demokratların yeni rəqiblərinin) bu qələbəsi bir tərəfdən, ABŞ cəmiyyətində artan sosial bərabərlik və mədəni müxtəliflik tələblərinin açıq ifadəsidir. Digər tərəfdən isə prezident Donald Trampın hakimiyyəti dövründə güclənmiş populist-mühafizəkar tendensiyalara qarşı artan intellektual və siyasi müqavimətin göstəricisidir. Üstəlik, prezident Donald Trampın Nyu-Yorkun yeni lideri Zoxran Mamdanini “dəli kommunist” adlandırması və onu bu nəhəng şəhərə ayrılan federal vəsaitlərin məhdudlaşdırılacağı ilə hədələməsi bu iki siyasətçi arasındakı qarşıdurmanın emosional və siyasi-ideoloji dərinliyini açıq şəkildə göstərmiş oldu.

Maraqlıdır ki, 2016-cı ildən üzü bəri ABŞ-ın siyasət məkanına “Trampizm” anlayışı birmınalı şəkildə damğa vurub. Bu fenomen yalnız bir şəxsin populist ritorikası deyil, həm də dərin sosial narazılıqların və milli kimlik anlayışı üzrə parçalanmanın siyasi forması kimi meydana çıxmışdı. Çünki prezident Donald Tramp həmin dövrdən başlayaraq, “köhnə Amerikanın” – ağdərili işçi sinfinin, xristian-mühafizəkar təbəqənin və sistemdən uzaqlaşdırılmış bölgələrin səsini təmsil edirdi.

Ancaq “Reuters” və “İpsos”un 2025-ci ilin noyabrında keçirdiyi son ictimai sorğuları onu göstərir ki, prezident Donald Trampdan narazı olan ABŞ vətəndaşlarının səviyyəsi artıq 57 faizə çatıb. Bu, həm iqtisadi qeyri-müəyyənliklərin, həm də Tramp administrasiyasının dərin qütbləşdirici siyasətinin nəticəsi hesab olunur. Ən önəm məqam isə odur ki, Ağ Ev sahibi Donald Trampın 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı tərəddüdlərinin davam etməsi “Tramp dövrü”nün siyasi enerjisinin artıq tükənməyə başladığını da göstərir.

Məsələ ondadır ki, Ağ Ev sahibi vaxtaşırı ona ünvanlanan növbəti prezident seçkiləri ilə bağlı suallara cavab verməkdən mümkün qədər yayınmağa üstünlük verir. Hətta son vaxtlar prezident Donald Tramp bundan sonra seçkilərə qatılmağa həvəsli olmadığının dolayısı mesajları ilə də diqqəti çəkməyə başlayıb. Belə ki, Ağ Ev sahibi bir müddət öncə özünün ehtimal olunan varislərinə yönəlik açıqlama da verib. ABŞ lideri bildirib ki, vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio onun siyasi mirasını “institusionallaşdırılmış populizm” formatında davam etdirmək niyyətindədirlər. Yəni, Ağ Ev sahibi dolayısı ilə eyham vurur ki, vaxtilə özünün əsasını qoyduğu “Trampizm” tamamilə yox olmayacaq, ancaq onun kəskin xarakteri daha sistemli və ideoloji çərçivələrə salınacaq.

Halbuki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin və dövlət katibi Marko Rubionun “Trampizm” siyasi xəttini yeni çərçivələrdə davam etdirmək şansı tamamilə gündəmdən çıxa da bilər. Çünki son vaxtlar ABŞ cəmiyyətində yeni solçu siyasi-ideoloji cərəyanın populyarlıq qazanmaqda olduğu müşahidə edilir. Hər halda, bu cərəyanı təmsil edən Zoxran Mamdaninin siyasi qalibiyyəti “proqressiv sol” ideologiyanın artıq şəhər səviyyəsindən milli diskursa keçidini təmin edir. Onun siyasi kimliyi – müsəlman, miqrant mənşəli və sosialist ideologiyalı bir siyasətçi kimi ABŞ-da uzun illər dominant mövqedə olan “liberal-mühafizəkar” dualizminin sərhədlərini aşır.

Maraqlıdır ki, Zoxran Mamdaninin siyasi dünyagörüşünə görə, ABŞ-da “Trampizmi” məğlub etmək yalnız bir dövlət liderini hakimiyyət elitasından “devirmək” demək deyil. Yəni bu, daha çox onun hakimiyyətini mümkün edən struktur şərtləri – sosial bərabərsizliyi, irqçiliyi, və iqtisadi qeyri-ədaləti ortadan qaldırmaq deməkdir. O, bu barədə danışarkən, Tramp administrasiyasının təzyiqlərindən çəkinməyərək, “bir despotu dəhşətə gətirəcək ən doğru yol ona hakimiyyəti verən ictinai-siyasi şəraiti məhv etməkdir” deməklə, əslində, Ağ Ev sahibinə amansız siyasi mübarizə vəd edib.

Təbii ki, bu yanaşma tərzi ABŞ-da son illərdə yüksələrək, inkişaf edən demokratik sosializm cərəyanının ideoloji xəttinə tamamilə uyğun gəlir. Bu cərəyan senator Berni Sanders və Aleksandriya Okasio-Kortez kimi siyasi-ictimai fiqurların təşəbbüsü ilə formalaşmış iqlim ədaləti, səhiyyə islahatları və qazanc bərabərsizliyinə qarşı mübarizəni prioritetləşdirən siyasi xəttdir. Zoxran Mamdani isə böyük ehtimalla bu siyasi xəttin yeni nəsil nümayəndəsi kimi, onun şəhər miqyasında praktik transformasiyasını birbaşa həyata keçirməyə çalışacaq.

Onu da qeyd etmək lazımdır ki, əslində, Nyu-York tarixən liberal ideyaların “siyasi laboratoriyası” olub. Nyu-Yorkda 2025-ci ilin mer seçkiləri isə bu funksiyanı artıq yeni mərhələyə daşımış oldu. Böyük ehtimalla Nyu-Yorkun Mamdani administrasiyası sosial bərabərlik, kirayə nəzarəti, kommunal xidmətlərin dövlət nəzarətinə qaytarılması və yaşıl iqtisadi keçid kimi sahələrdə “solçu eksperimentlərə” başlamağa çalışacaq.

Ancaq bu modelin uğuru yalnız yerli idarəetmə ilə deyil, həm də milli kontekstdə onun necə qəbul ediləcəyi ilə bağlıdır. Prezident Donald Tramp və respublikaçı siyasi düşərgə artıq bu istiqamətdə atılacaq “kommunistləşmə təhlükəsi” kimi təqdim etməyə cəhd göstərir. Bu, ABŞ siyasətində 1950-ci illərin “McCarthy dövrü”nü xatırladan yeni siyasi-ideoloji qarşıdurma potensialını yaradır. Nəticə etibarilə, Nyu-York bu gün “post-Tramp Amerikası”nın hansı istiqamətdə inkişaf edəcəyinin ilkin test meydanına çevrilməyə başlamış kimi görünür. Yəni, sosial-demokratik modelin uğuru və ya uğursuzluğu ABŞ-ın siyasi gələcəyini formalaşdıra biləcək əsas faktor ola bilər.

Belə anlaşılır ki, prezident Donald Tramp və Zoxran Mamdani arasındakı mövcud ziddiyyət, əslində, indi iki fərqli Amerika vizyonunun qarşıdurması deməkdir. Yəni bir tərəfdə milli iqtisadi proteksionizm və ənənəvi dəyərləri önə çəkən mühafizəkar populist Amerika anlayışı, digər tərəfdə isə qlobalizm, sosial ədalət və inklüziv siyasət yönümlü yeni solçu Amerika dayanıb. Halbuki, Trampizmin zəifləməsi bu qarşıdurmanı sona çatdırmır, əksinə, onun formasını dəyişib yeniləyir, populizmin yerini isə indi “proqressiv sol”un yüksəlişi tutur. Əgər, Zoxran Mamdani kimi solçu siyasi fiqurlar şəhər səviyyəsində uğurlu sosial transformasiya modeli qura bilsələr, ABŞ yaxın onillikdə daha bərabərlikçi, sosial-demokratik və multikultural bir siyasi sistemə doğru yönələ bilər.

Digər tərəfdən, bu proses yalnız ABŞ-ın daxili siyasətinə deyil, onun qlobal mövqeyinə də birbaşa təsir edəcək. Çünki yeni nəsil siyasətçilər artıq ABŞ-ın hegemon xarici siyasətinə deyil, onun “qlobal ədalət” gündəminə üstünlük verirlər. Beləliklə, Zoxran Mamdaninin siyasi qələbəsi yalnız Nyu-Yorkun deyil, həm də bütövlükdə Amerikanın gələcək siyasi kimliyinin yenidən formalaşmasının başlanğıcı da ola bilər. Və bu halda, ABŞ-da ənənəvi iki partiyalılıq siyasi sisteminin dəyişməsi, həm respublikaçıların, həm də onların dəyişməz rəqibi olan demokratların hegemonluq dövrünün sona çatmasının da qaçılmaz reallığa çevrilmə ehtimalı qətiyyən istisna deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see221

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see219

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see215

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see194

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see143

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see141

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see131

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see127

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see125

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see123

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see122

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see122

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri