Kinematoqrafçılar İttifaqında sədr postuna yeni namizəd irəli sürüldü
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sədr postuna yeni namizəd irəli sürüb.
Bu barədə məlumat AKİ-nin sabah keçiriləcək konfransla bağlı yaydığı müraciətində yer alıb.
Qeyd olunub ki, AKİ-nin sədr postuna Xalq artisti Şəfiqə Məmmədova ilə yanaşı Xalq artisti Həmidə Məmməd qızı Ömərovanın namizədliyi irəli sürülüb.
Konfrans nümayəndələrinə ünvanlanan müraciətdə bildirilib ki, sədr seçkisi ilə bağlı alternativ namizədlər də olmalıdır və buna qətiyyən məhdudiyyət qoyulmamalıdır.
“AKİ sədrinin seçilməsi şəffaf, ən əsası, demokratik prinsiplər əsasında baş tutmalıdır. Alternativsiz keçirilən seçki ədalətli sayıla bilməz”, – deyə müraciətdə vurğulanıb.
Bu mövzuda digər xəbərlər:Kinematoqrafçılar İttifaqında gərginlik
17 Fevral 2026 19:13
Kinematoqrafçılar İttifaqında sədr seçkisinin tarixi məlum olub
28 Avqust 2026 15:31
Azərbaycan Kinematoqrafçılar İttifaqında fövqəladə iclas çağırıldı
27 İyul 2026 17:58
Kinematoqrafçılar İttifaqında qalmaqal Nə baş verir?
01 Avqust 2026 08:32
Kinematoqrafçılar İttifaqında gərginlik Katiblər bəyanat yaydılar
22 İyul 2026 10:45
Baxış sayı:131
Bu xəbər 10 Sentyabr 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















