Icma.az
close
up
RU
Kino sənətində yaşanan rejissor ömrü

Kino sənətində yaşanan rejissor ömrü

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan kino sənətinə daxil olan ən gözəl filmlərin yaradıcısı Rasim Ocaqov bu sahədə böyük izlər salmış, milli kinomuzun formalaşmasında, özünəməxsus dəsti-xəttinin müəyyənləşdirilməsində rol oynamışdır. Hər kəsin sevə-sevə izlədiyi "İstintaq", "Ad günü", "Təhminə", "Bağlı qapı", "Otel otağı" və digər filmlərin rejissoru olan Rasim Ocaqov çəkdiyi hər bir nümunədə milli dəyərləri ön planda verərək, haqqın, ədalətin müdafiəçisi olan qəhrəmanlarının simasında vətənpərvərlik hisslərini - vətənə, xalqa xidməti ifadə edib, hər bir obrazın dolğun və təbii alınmasında aktyorun bacarıqlarının üzə çıxarılması istiqamətində tələbkarlığı irəli sürmüşdür. Bu, onun sənətkarlıq xüsusiyyətlərindən irəli gələn amillərdən biridir ki, Rasim Ocaqov, məhz bitkin xarakterləri çəkdiyi film üçün bunu əsas götürüb, onu tamaşaçısına bir İNSAN kimi təqdim edirdi. Təbii ki, bu ifadənin arxasında çox məfhumlar dayanır. İnsana məxsus olan ali hisslərə Rasim Ocaqovun filmlərində rast gəlinir və bu nümunələrdə insan özünü axtarıb tapmağa çalışır. Daxilində yatan hissləri saf-çürük etməyə, məqsəd və məramının kimə və nəyə xidmət etdiyini üzə çıxarmağa cəhd göstərir. Bu hal rejissorun qəhrəmanlarının vasitəsi ilə insanları düşündürməyə vadar etməsindən irəli gəlir. Rasim Ocaqov həqiqətən elə böyük sənətkarlar sırasındadır ki, onun çəkdiyi filmlərdəki ideal qəhrəmanlar cəmiyyətdə insanların ölçü vahidinə çevrilib. Bu baxımdan ki, həm rejissorun sənətkarlıq xüsusiyyətləri, həm filmlərin ideya məzmunu, həm də filmlərdə rol almış aktyorların istedadı tamaşaçını aliliyə səsləyir. Hər şeydə yüksəklik axtaran bu insan ömrünün sonuna qədər rejissor olaraq çəkdiyi filmlərlə yaşamış, onların Azərbaycan kinosu tarixinə həkk olunmasına nail olmuşdur. Bu gün adını böyük ehtiramla çəkdiyimiz respublikanın xalq artisti Rasim Ocaqovun anım günüdür. Tarixin bu günü-11 iyul tarixində böyük sənətkar cismani olaraq dünyadan köç etmiş, yaratdığı sənət nümunələri ilə xalqın yaddaşında, kino sənəti tarixində özünəməxsus bir salnamə yaratmışdır. Bu salnamə onun yaradıcılıq dünyası ilə zəngindir. Rasim Ocaqov Azərbaycanın bir çox sənətkarları ilə çəkiliş meydançasında olmuş və maraqlı obrazların yaradıcısına çevrilmişdir.

"ÇƏKİLİŞ MEYDANÇALARINDA KAMERA MƏNİM ÜÇÜN YOXA ÇEVRİLİRDİ"

Müasirləri olan sətətkarların Rasim Ocaqovla bağlı xatirələrə zəngindir. Azərbaycan Dövlət Mükafatları laureatı, xalq artisti, professor Şəfiqə Məmmədova onunla bağlı xatirələərindən danışarkən bildirib ki, Rasim Ocaqovun çəkdiyi "Ad günü", "İstintaq" filmlərində, çəkiliş meydançalarında olmuş, sənətkarlıq və insani xüsusiyyətlərini daha dərindən dərk etmişdir. "Qeyd etdiyim filmlərə qədər Azərbaycan kinosunda "Qaraca qız", "Bizim Cəbiş müəllim", "Dədə Qorqud" kimi filmlərdə çəkilmiş, kifayət qədər şöhrət qazanmışdım. Onu da deyim ki, teatr sahəsində fəaliyyətim də xüsusilə geniş idi. Teatr aktyoru kimi geniş bir repertuara malik idim. Rasim Ocaqov ilk dəfə məni rejissoru olduğu "Tütək səsi" filminə dəvət etsə də, nədənsə orada çəkilmək mənə nəsib olmadı. Onunla ilk işim çəkdiyi "Ad günü" filmində olmuşdu. Həmin filmdə yaratdığım obraza görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Onun rejissoru olduğu ikinci çəkildiyim film - "İstintaq"da yaratdığım obraza görə isə SSRİ Dövlət mükafatı laureatı adını qazanmışam. Rasim Ocaqovla mənim fəaliyyətim çox uğurlu alınmışdır. Mən sənət aləmində bir aktyor kimi azadlığı onun çəkdiyi filmlərdə tapa bilmişdim. Sanki çəkiliş meydançalarında kamera mənim üçün yoxa çevrilirdi. Bu azadlığı, sərbəstliyi sənət aləmində tapmağımı Rasim Ocaqovun böyük peşəkarlığa malik olması ilə əlaqələndirirəm. Onu mən özümə həm dost, həm də ustad kimi qəbul edirəm. Rasim Ocaqov Azərbaycan kino sənətinə daha da böyük nümunələr bəxş edə bilərdi. O, ömrünün son gününə, son nəfəsinədək bu sahədə çalışmaq, yaratmaq arzusunda idi. Çox böyük rejissor olan Rasim Ocaqov sənət dünyasında özünü tapdığına görə, hər zaman xoşbəxt olduğunu səmimi etiraf edərdi. Mən çox fəxr edirəm ki, belə bir sənətkarın yaratdığı filmlərdə əsas rolların yaradıcısına çevrilmişəm. Aktyor seçiminə gəlincə deyim ki, olduqca zövqlü olan rejissor rol həvalə edəcəyi şəxsdə istədiklərini görə bilməsəydi qəhrəmanın həyatını həmin sənətkara tapşırmazdı".

KİNONUN GƏLƏCƏYİNİ DÜŞÜNƏN REJİSSOR

Rasim Ocaqov nəinki Azərbaycanda tanınmış rejissor idi, eləcə də, SSRİ miqyasında böyük sənətkar kimi özünü təsdiqləmişdi. Azərbaycan kino sənətinin rejissorları sırasında birincilərindəndir. Rasim Ocaqov istedadlı sənətkar olmaqla yanaşı, olduqca gözəl insan, maraqlı həmsöhbət olub. Həyatını kinosuz təsəvvür etməyən sənətkar daim axtarışda idi. Daim yaratmaq, yeni filmlərə quruluş vermək Rasim Ocaqovun amalı idi. Kinosuz yaşaya bilməsə də, ona son illərdə təqdim olunan ssenariləri qəbul etmir, kinonun gələcəyini düşünürdü.

Qeyd edək ki, Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. Ötən əsrin 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.

YARATDIĞI FİLMLƏRLƏ ƏBƏDİLİYƏ QOVUŞDU

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

Müasirlərinin sözlərinə görə, çəkiliş meydançalarında Rasim Ocaqov hər bir səhnəyə diqqət yetirir, aktyorun hərəkətlərinə həssaslıqla yanaşır, onda olan gücü bütövlükdə yaratdığı obraza verməyi tələb edirdi. Böyük sənətkar R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Dünyasını dəyişməsindən illər ötsə də, yaratdığı filmləri yaşayır.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see465

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see439

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see329

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see302

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see277

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see235

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see222

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see220

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see216

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see211

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see194

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see193

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see191

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see191

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see185

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see185

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see181

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see177

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see164

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri