Icma.az
close
up
RU
“Kino səyahətçiləri” Naxçıvana gəlmişdi...

“Kino səyahətçiləri” Naxçıvana gəlmişdi...

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

...Naxçıvana – qədim diyara gəlişimiz 1999-cu ilin sentyabr ayına təsadüf edirdi. İndi o günlərdən neçə illər keçsə də, heç nə yaddan çıxmayıb, unudulmayıb. Mömünə xatun türbəsinin önündə bir dəstə toy libaslı qız-gəlin vardı, sanki ulu nənələrinin ruhuna hesabat verirdilər. Azca aralıda Rusiya televiziyasının şərhçisi, “Kino səyahətçiləri klubu”nun məşhur aparıcısı, dünya şöhrətli tanınmış norveçli səyyah, etnoqraf və alim-antroloq Yuri Aleksandroviç Senkeviç dayanmışdı. O, Naxçıvanla bağlı film çəkdiyini bildirdi. Yol yoldaşımız, söz adamı, gömrük xidməti polkovniki Hacı İdris Cəfərov 1969-cu ildə Misir Ərəb Respublikasında onunla görüşdüyünü bildirəndə Yuri Senkeviç gülümsündü:

– Onda Norveç səyyahı Tur Heyerdalın komandasında “Ra” papirus qayığı ilə Atlantik okeanını üzməyə hazırlaşırdıq, 
– dedi.

– Siz heyətin həkimi idiniz, – Hacı ­İdris Cəfərov əlavə etdi.

– Tamamilə düzdür, – Yuri Senkeviç bildirdi.

Yuri Senkeviç 1981-ci ildə Bakıda ­olmağından böyük həvəslə danışdı. Qobustana qaya təsvirlərinə baxmağa gəlib­miş. Bakıya ikinci gəlişində isə Azərbaycanın dövlət başçısı İlham 
Əliyevin qəbulunda olacaqdı. Bu, 2011-ci ilin ­oktyabr ayında baş tutacaqdı. İndi isə 1999-cu il idi. 

Böyük yazıçı Cəlil Məmmədquluzadənin ev-muzeyində olduğumuzu biləndə Yuri Senkeviç gülümsündü.

– Cəlil Məmmədquluzadə dünya şöhrətli yazıçı-dramaturq, tanınmış jurnalist, ictimai xadimdir, – dedi. – Bir gün əvvəl mən də yazıçı-dramaturqun xatirə muzeyində olmuşam. Həyat və fəaliyyətini əks etdirən eksponatlara baxdım, olanları lentə aldıq.

Yuri Senkeviç azacıq sükutdan sonra sözünə davam edərək dedi:

– Nehrəm qədim kənddir, – Çaylaq. Qumqala, Əyribucaq yaşayış məntəqələri kəndin qədim məhəllələrindən hesab olunur. Ailələr artdıqca yeni məhəllələr yaranıb. – Norveçli səyyah sonra cibindən çıxartdığı kitabçadakı vərəqləri çevirdi, qeyd etdiyi digər məhəllələrin adını çəkdi. – Xəndək, Bağarası, Təzə məhəllələr sonra yaranıb. Maraqlıdır ki, hər məhəllənin öz ağsaqqalı var. Məni maraqlandıran, hətta təəccübləndirən o idi ki, kənddə birlik, yekdillik, böyük-kiçiklik var. Adamlarla görüş məndə xoş təəssürat oyatdı. Yaxşı cəhət burasıdır ki, kənddə ailə münaqişələrinə, xüsusilə, boşanma hallarına yol verilmir. Belə hallar yarananda ağsaqqallar qabağa çıxır, məsələni yoluna qoyurlar. 

Yuri Senkeviç Nehrəmlə bağlı sənədli film hazırlamaq fikrində olduğunu bildirdi.

Sonra xatirə olaraq Norveç səyyahı ilə şəkil çəkdirdik.

Yuri Senkeviçin 2003-cü ilin sentyabrında, 66 yaşında Moskvada ürək xəstəliyindən vəfat etdiyi xəbərini eşitdik.

Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri