Icma.az
close
up
RU
Kino şirkəti Batmobil avtomobili istehsal edir

Kino şirkəti Batmobil avtomobili istehsal edir

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Hollivudun məşhur aktyor və rejissoru Kristofer Nolanın "Qaranlıq Cəngavəri" haqqında filmlərinə baxanlar avtomobil dünyasında yeni ixtiranın necə real olduğunu görəcəklər.
Reyting.az
-ın məlumatına görə, ABŞ-nın "Warner Bros. Studio" kino şirkəti və "Wayne Enterprises", "Action Vehicle" ilə birlikdə Tumbler Batmobilini reallığa çevirib. Filmin baş qəhrəmanının gəzdiyi avtomobilin dəqiq surəti artıq hazırdır.
525 at gücünə malik olan bu maşın təkcə dizaynı ilə deyil, həm də öz mükəmməlliyi ilə hər kəsi heyran qoyur.
İstehsalçıların dediyinə görə, tamamilə yeni avtomobil olan "Batmobile Chevrolet Camaro" "Powertrain" markalı 6,2 litrlik həcmdə "LS3" mühərriki ilə təchiz edilib. Maşın xarici dəri karbon lifindən, həmçinin təbəqə metaldan və davamlı Kevlardan hazırlanır. Filmdən real dünyaya gəlmiş fantastik avtomobilin içərisində müasir kondisioner, "GPS" və beş nöqtəli təhlükəsizlik kəmərləri quraşdırılıb.
Batmobil adlanan bu avtomobili 10 ədəd istehsal olunacaq. Hər bir avtomobil öz müəllif hüquqlarını qoruyan studiyadan orijinallıq sertifikatı alacaq. Bildirilir ki, əslində bu avtomobil adi yollarda sürülmək üçün nəzərdə tutulmayıb. Şərtə görə, bu maşın yalnız şəxsi mülkiyyətdə, yəni müəyyən bir ərazidə istifadə edilə bilər.
Mütəxəssislərin fikrincə, hətta belə şərtin özü də çox nəzərəçarpacaq dərəcədə bir mənfi göstəricidir, çünki bu şərt insanlar arasında ayrı-seçkilik yaradacaq. Lakin çox güman ki, bu 10 Batmobil avtomobili də super qəhrəmanın zəngin pərəstişkarları üçün kolleksiya əşyalarına çevriləcək.
"10 ədəd Wayne Enterprises Tumbler"-in məhdud buraxılışı, tam funksional ikonik Batmobillər yalnız xüsusi dəvətlə satılır. Bu kolleksiya Tumbler Batmobilləri rəsmi olaraq "Warner Bros." kino şirkəti və sırf həvəskar avtomobil kolleksiyaçıları üçün satışa təqdim olunacaq", - deyə super qəhrəman maşınının istehsalına təhkim olunmuş şəxslər bildiriblər.
Batmobilin qiyməti 2,99 milyon dollardır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri