Kino tarixini dəyişdirən üç dəqiqə: Mission: Impossible ın kult melodiyasının yaradıcısı vəfat etdi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mission: Impossible" (1966-73) serialının məşhur musiqisinin müəllifi Lalo Şifrin 93 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" jurnalı bəstəkarın oğluna istinadla məlumat yayıb.
Bildirilir ki, argentinaəsilli amerikalı bəstəkar pnevmoniyanın fəsadları nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Lalo Şifrin "Mission: Impossible" serialının musiqisini yaratmağın cəmi üç dəqiqəsini aldığını, özü də həmin melodiyanı serialın heç bir kadrını görmədən bəstələdiyini bildirmişdi.
Şifrin ümumilikdə 100-dən çox filmin və serialın musiqisini yazıb. Onun işləri arasında "Cool Hand Luke" (1967), "Enter the Dragon" (1973), "Planet of the Apes" (1974), həmçinin "Rush Hour" trilogiyası (1998, 2001, 2007) da yer alır.
Bəstəkar altı dəfə "Oskar" mükafatına namizəd olub və 2018-ci ildə kinoya görkəmli töhfəsinə görə fəxri "Oskar"la təltif edilib. O, həmçinin dörd dəfə "Qremmi" mükafatı qazanıb. 2016-cı ildə isə Los-Ancelesdəki Hollivud Şöhrət Xiyabanında adına ulduzla təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 İyun 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















