Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbul mərkəzli “The Clique Artworks” incəsənət platforması tərəfindən hazırlanan “Seni Gördüğüm Yerden – From Where I See You” sərgisi “Canopy Istanbul Taksim”də sənətsevərlərə təqdim olunub.
Kulis.az xəbər verir ki, Kuratorluğunu Efe Korkut Kurtun, köməkçi kuratorluğunu isə İlayda Yılmazın icra etdiyi sərgidə rəssamlar Melike Tabur və Sevde Küçükün əsərləri yer alır.
Psixoanalitik Jak Lakanın baxış nəzəriyyəsindən ilhamlanan sərgi iki hissədən ibarətdir: “Fame Frames” məşhur simaların və pop-mədəniyyət ikonalarının portretlərini vintaj çərçivələrdə akril boya texnikası ilə yenidən şərh edir, ilk dəfə nümayiş olunan “Uncut Frames” isə kino tarixinin yaddaqalan səhnələrini çərçivə sərhədlərini aşan detallarla təqdim edir.
Otelin giriş dəhlizindən başlayaraq müxtəlif istirahət guşələrinə yayılan əsərlər ziyarətçilərə film çəkiliş meydançasında gəzirmiş kimi təəssürat yaradır.
Qeyd edək ki, sərgi 14 yanvar 2027-ci il tarixinədək ödənişsiz ziyarət oluna bilər.
Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq Şanxay biennalesi: Musiqi, moda və pop mədəniyyət bir yerdə Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















