Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

KİNO: təqdiri də, tənqidi də baxsaq edərik...

KİNO: təqdiri də, tənqidi də baxsaq edərik...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Necə ki, oxuduğumuz onlarla, yüzlərlə kitab bizi kamilləşdirir, həyatın sirrini-sözünü, düzgün seçimi, düzgün qərar verməyi, yaxşını pisdən ayırmağı, hansı addımın doğru, hansının yanlış olduğunu öyrədirdi, eləcə də baxdığımız onlarla film də həyatımızda eyni funksiyada idi.

Elə ki, 1990-cı illər arxada qaldı, qarşıdakı illərdə həyatımıza yavaş-yavaş internet, smartfon telefonlar daxil oldu, biz də yavaş-yavaş kinoteatrlardan, klublardan uzaqlaşmağa başladıq. Evlərimizə doğru geri çəkildik. Ta o evlərdən çıxıb film izləmək üçün yol getmədik, buna vaxt ayırmadıq. Başladıq internetdən, telefonlardan film izləməyə. Lakin bu, kinoteatrlarda geniş ekranlarda izlədiyimiz filmlər keyfiyyətdə oldumu? Xeyr, olmadı. Həm də öz kinomuz getdi, yerinə dünyanın hər yerindən olan filmlər gəldi.

***

Yeni dünyamıza yeni filmlər qədəm qoydu. Teleseriallar yarandı. Aylarla, illərlə bitməyən seriallar. Həmin seriallar artıq neçə-neçə onilliklərdir ki, bizləri özünə bağlayıb. Biz olmuşuq həmin serialların aludəsi, bəzi hallarda isə xəstəsi. Onlarla mövsümə başlayıb, onlarla mövsümü tamamlayırıq. Dikilirik televizorların qarşısına, saatlarla mentalitetimizə, adət-ənənələrimizə, həyat tərzimizə uyğun olmayan serialları izləmək üçün.

Daha sonra yeni-yeni film proqramları ortaya çıxdı. Başladıq həmin proqramlar vasitəsilə filmlər izləməyə. Baxdıq ki, bu filmlər biz baxdığımız filmlərdən çox fərqlidir. Bu filmlərdə dəhşətlər, vəhşətlər gördük, söyüşlər eşitdik. Bir canlının həyatına qıyıb, əsla narahat olmayan insanları gördük. Həyatımıza, cəmiyyətimizə heç uyğun olmayan mənzərələrlə qarşılaşdıq. Bir vaxtlar ailəliklə film seyr etdiyimiz təqdirdə, bunun artıq əsla mümkün olmadığını dərk etdik. Nəticədə uşaqları bizimlə birlikdə film seyr etməkdən uzaqlaşdırdıq. Belə olanda isə uşaqlarımız daha dəhşətli filmlər izləməyə başladılar. İnternet klublarında dava-dalaş, vuruşma, ölüm, dəhşət və vəhşət dolu filmlər təqdim olundu övladlarımıza. Uşaqlarımız da həmin filmləri izləmək üçün min bir həvəslə internet klublara yollandılar. Aludəçiyə çevrildilər. Biz də uşaqları evlərimizə yığmaq üçün gedib həmin filmlərin diskini alıb evə gətirdik və gözümüzün qarşısında “baxın”,- dedik. Ta demədik ki, bu uşaq nəyə baxır, niyə baxır?..

***

Yeni dünyamızda əslində nə uşaqlarımız, nə də özümüz yaşadığımız həyata uyğun olmayan filmlərə baxmağa başladıq. Öz ölkəmizin istehsal etdiyi filmlər artıq evlərimizdən, telefonlarımızdan uzaq düşdü. Hə, nə olar, adam tək öz filmlərinə baxmaz ki, xarici filmlərə də baxmaq, oxuduğumuz kitablardakı kimi dünya ölkələri ilə də tanış olmaq gərəkdir. Lakin biz bu gərəklilərdən çox gərəksizlərə qapımızı açdıq. Ayağımız kinoteatrlardan kəsildi. Evimizdə oturub dünyanın bütün ölkələrinin filmlərini izləməyə başladıq. Valideyn bir tərəfdə, uşaq bir tərəfdə... Bir də başımızı qaldırıb ətrafa, dünənə baxanda itirdiklərimizin çox olduğunu gördük. Lakin artıq çox gec idi.

İndi nümunə üçün gedib məktəblərimizdə bir sorğu keçirsək, sual etsək ki, kim axırıncı dəfə hansı Azərbaycan filmini izləyib, bu suala neçə şagird və hansı şəkildə cavab verəcək, bu, aydındır. Bu gün yetişməkdə olan gənc nəslin əksəriyyəti filmlərimizi seyr etməyib. Adlarını da bilmirlər. Bəzi intellektual yarışmalar var ki, orada filmlərimizdən göstərilən bir parçanın hansı filmə aid olduğunu iştirakçıların heç biri bilmir. Bu, o deməkdir ki, artıq gənc nəsil filmlərimizdən xəbərsizdir. O qədər gözəl ənənələr, adətlər, mental və ailə dəyərlərini özündə yaşadan filmlərdən çox uzaqdadırlar.

Bütün bunlar üçün isə onlar deyil, biz günahkarıq. Onların böyükləri-ata-anaları olan bizlər. Çünki biz vaxt ayırıb uşaqlarımızla birlikdə bu filmləri izləməmişik. Bunun əvəzinə tanış olmadığımız adətlər çərçivəsinə uyğun film disklərini alıb uşaqlarımıza verib onların bu filmləri izləməsinə səbəb olmuşuq. Sabahısı gün tərbiyələrində bir problem ortaya çıxanda isə, “bu uşaq gedib kimə oxşadı?”, “bu nə üçün belə hərəkət edir?”,- deyə onları tənbeh eləməyə başlayırıq. Ancaq düşünmək istəmirik ki, övladımıza nə etmişiksə, özümüz etmişik.

Beləliklə, internetdən düzgün yararlana bilməməyimiz, kinoteatrlardan ayağımızı kəsməyimiz, evimizdən filmlərimizi uzaqlaşdırmağımız qarşımızda yeni bir dövr açır. Bu dövrdə itmiş adət-ənənələrimiz, cəmiyyətimizə xas olmayan əlamətlər, uzun illərdən bəri xalqın qoruyub saxladığı dəyərlərdən başqa hər şey görünür. Düşünəndə isə deyə biləcəyimiz tək bir söz var: təəssüf.

***

Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynamış, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşatmışdır. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.

Biz bu gün Azərbaycan kinosunu hansı dərəcədə seyr edirik? Bəli, yetişməyimizdə, formalaşmağımızda böyük əhəmiyyətə malik olan kinolarımızı illər öncədən artıq arxivlərə atmışıq. Heç ölkəmizin telekanalları da əvvəlki illərdəki qədər filmlərimizə yer ayırmırlar. İndi telekanallarımızada hind, türk, rus və sair film günləri mövcuddur ki, həmin günlərin məlum saatlarında həmin filmləri seyr etmək olar.

***

Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsəri də var idi.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də isə Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

“Azərbaycanfilm”də indiyədək 2000-dən çox müxtəlif növ və janrda film istehsal olunub. Onlardan “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

***

Beynəlxalq Kino günündə yenə də kinodan, filmlərdən danışmağı özümə borc bildim. Xüsusilə də öz kino və filmlərimizdən. Çünki insan ən birinci öz incəsənətinin incə məqamlarına yiyələnməli, sonra dünya incəsənət nümunələrini həyatına daxil etməlidir.

Belə isə çoxlarının həyatından çıxardığı, adını unutduğu filmləri xatırlamasını arzulayaq. Gənc nəslə bir-birindən dəyərli filmlərimizə baxmasını, dünən nə olduğunu öyrənməsini diləyək.

Müasir dövrdə də çəkilən gözəl filmlərimiz var. Onları hər kəsin izləməsini arzulayaq. İzləyək ki, onlar arasında yaxşıları təqdir, pisləri tənqid edək. Beləliklə, rejissorlarımız da insanların zövqünün nə tələb etdiyini öyrənmiş olsunlar.

Biz baxmasaq, kim qiymət verəcək onlara? Bəzən milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə xələl gətirən filmlər də çəkilir. Baxaq ki, onlar haqqında öz sözümüzü deyə bilək. Qoymayaq dəyərlərimizə xələl gətirilsin.

Beləliklə, bəlkə kinoya gedək, film izləyək? Bunu hər birimiz evimizdə də edə bilərik. Çünki bugünkü texniki imkanlar buna imkan verir. Taki, istəyək, film izləmək istəyək!

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:326
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri