Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2023-cü ilin sentyrabrında keçirilən lokal xarakterli antiterror əməliyyatından öncə Qarabağda baş verən proseslərə nəzər salmalıyıq.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd antiterror əməliyyatında Ordumuzun şücaətindən danışarkən qeyd edib.
“Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini işğaldan azad etdi. Həmçinin kapitulyasiyaya imza atan Ermənistan 3 rayonu geri qaytardı.
Daha sonra qondarma rejimdəki silahlılar diviziya halında formalaşmağa başladı. Orada olan Rusiya sülhməramlıları isə açıq şəkildə erməniləri həm silahlandırır, həm də hərbi təlimlər keçirdilər. Ümumiyyətlə onların müdafiə qabiliyyətini artırmaq üçün demək olar ki, hər işi görürdülər. Azərbaycan Ordusu isə erməni silahlı qruplaşmalarını demək olar ki, daima nəzarət altında saxlayırdı. Azərbaycan qondarma rejimin qanunsuz silahlı qruplaşmalarının sülh yolu ilə silahı yerə qoymayacağını görürdü”, - ekspert bildirib.
O vurğulayıb ki, antiterror əməliyyatı ermənilərə daha baha başa gələ bilərdi:
“Sadəcə Ermənistan dövləti öz ərazisindən Azərbaycan ərazisinə qarşı hər hansı addım atmadı. Hesab edirəm ki, əgər addım atsaydı, Cənubi Qafqazda yeni bir münaqişə yaranacaqdı və yeni savaş artıq Ermənistan ərazisində olacaqdı.
Azərbaycan antiterror əməliyyatı ilə 100, hətta 200 illik problemi kökündən həll etdi. Hətta Azərbaycan Cümhuriyyətin dövründən qalmış problemi bitirdi və öz suverenliyini tamamilə bərpa etdi.
Azərbaycan Ordusunun həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatında göstərdiyi qəhrəmanlıq dünya hərb elmində tədris edilir. Ümumiyyətlə, bütün dünya müasir müharibənin əsasını Azərbaycan Ordusunun qoyduğunu qəbul edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Sentyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















