Avstraliyada köpəkbalığı üçün ölüm fərmanı verildi
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər.
Hücumun qurbanı 63 yaşlı Qreq O'Nil olub. Hadisə sentyabrın 18-i Pertdən şimalda yerləşən məşhur Sorrento çimərliyinin yaxınlığında baş verib. Kişinin meyiti hələ də tapılmayıb.
Şahidlərin sözlərinə görə, O'Nil başqa bir kişi ilə birlikdə üzürdü və həmin şəxs həmin an sudan çıxmağı bacarıb. Köpəkbalığının axtarışları davam edir.
Bu, Qərbi Avstraliyada bir həftə ərzində ikinci köpəkbalığı hücumudur və ilin əvvəlindən bəri ştatda ölümlə nəticələnən üçüncü hadisədir.
Köpəkbalığının tutulması və öldürülməsi barədə qərar Qərbi Avstraliya üçün müstəsna tədbirdir. Ştatın balıqçılıq naziri Ceki Carvis bildirib ki, onun bildiyinə görə, təxminən 10 il ərzində ilk dəfədir ki, belə bir qərar qəbul edilir. Eyni zamanda, səlahiyyətlilər böyük ağ köpəkbalıqlarının mühafizə altında olduğunu vurğulayaraq, köpəkbalıqlarının kütləvi şəkildə məhv edilməsi ehtimalını istisna ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Sentyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















