Kino xadimləri fəxri ad və mükafatlar gözləyir: Kim qalib seçiləcək?
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
2 avqust Milli Kino günüdür.
Bu məqsədlə bəzi kino xadimlərinə fəxri ad və mükafatlar təqdim olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qurum kino işçilərinə fəxri adların verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə məktubla müraciət edib:
"Artıq Rasim Balayev müraciət edib. Amma bununla yanaşı ittifaqın öz mükafatı da var ki, bunlar da həmin günü kino işçilərinə təqdim ediləcək”.

Əli İsa Cabbarov Milli Kino mükafatının 2 min manat olduğunu xatırladıb:
"Azərbaycan kinosunda gedən tendensiyaları analiz edib rejissorlara, rəssamlara, operatorlara, bir sözlə, uğurlu naliyyətləri olan kino xadimlərinə mükafatlar verəcəyik. Bundan əlavə, Milli Kino mükafatının qalibi də elan olunacaq. Konkret filmlər üzrə də nominasiyalar təqdim olunacaq. Milli Kino mükafatı isə Azərbaycan kinosu qarşısında xidmətlərinə görə seçilən şəxsə veriləcək”.
Bahar Rüstəmli


