Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

“Kinoteatr istirahət üçün sonuncu seçimdir” Tamaşaçıya ünvanlanan giley

“Kinoteatr istirahət üçün sonuncu seçimdir” Tamaşaçıya ünvanlanan giley

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Məsələnin mahiyyətinə varmadan, “Nə üçün filmlər qazanc gətirmir” sualının cavabı tamaşaçı azlığıdır. Azərbaycanda, xüsusən də Bakıda olan kinoteatr oturacaqlarını belə tamaşaçı ilə doldurmaq olmur. Bu baxımdan da yerli filmlərimiz gəlir əldə etməkdə çətinlik çəkir. Pandemiyadan sonra bu sahənin dirçəlməsi çox uzun sürür. Məhz pandemiya dövründə onlayn platformaların yaranması və sürətlə inkişaf etməsi tamaşaçıları kinoteatrdan ciddi şəkildə uzaqlaşdırdı”.

Bunu “Yeni Sabah”a prodüser, rejissor Fehruz Şamıyev deyib.

Onun sözlərinə görə, Bakı tamaşaçısı kinoteatra getməyə ərinir: Marqarita pizza

“Müasir dövrdə hər bir tamaşaçı aylıq müəyyən abunə ilə demək olar ki, ən son filmləri öz evində izləmək imkanı əldə edir. Bu baxımdan, kinoteatr tamaşaçısını itirməkdədir. Bu problem bütün dünyada var və davam edir.

COVID-dən əvvəlki illərdə Azərbaycan tamaşaçısı daha çox yerli filmlərə üstünlük verirdi və hətta bir neçə film öz büdcəsindən 4 dəfə artıq gəlir gətirmişdi. Bakı tamaşaçısı kinoteatra getməyə ərinir. O, istirahəti, əyləncəni başqa məkanlarda axtarır. Regionlarda isə kinoteatr salonları demək olar ki, olmadığı üçün onların hər hansı vəsait ödəyib filmə baxmağa getməsi barədə hələlik real statistika yoxdur. Region tamaşaçısı filmə baxmaq istəyir, amma bunu hansı məbləğ qarşılığında edə bilər, bu sual altındadır.

Azərbaycanda bu istiqamətdə platformalar var və onlar müəyyən işlər görürlər. Bu məsələdə əsas problem tamaşaçının zövqü və təqdim olunan məhsulla bağlıdır. Yerli platformalar ancaq Azərbaycan istehsalı olan filmləri təqdim edir. Çünki xarici filmləri başqa xarici platformalar təqdim edir və bizim onlayn platformaların onları nümayiş etdirməsi mürəkkəb məsələdir. Bunun üçün bizim platformalar istehsalçıya pul ödəməli, həmin filmi satın almalıdır. Bizdə isə hələ bu mümkün deyil.

İkinci tərəfdən, yerli platformalar özlərini inkişaf etdirməklə məşğuldurlar. Üstəlik, bu sahəyə ciddi yatırım etmək lazımdır ki, təqdim olunan filmləri hər kəs evində oturub izləyə bilsin. Amma xarici platformalarla rəqabətdə çox uduzuruq”.

Rejissor qeyd edib ki, kinoteatrları özəl şirkətlər idarə etməlidir:

“Həm maliyyə, həm də dil baryeri var. Məsələn, azərbaycanlı sadə tamaşaçı Türkiyə platformalarını rahatlıqla izləyir. Çünki həmin dili anlayır. Digər bir qism isə rusdilli platformalardan yararlanır. Bu baxımdan da Azərbaycan dilində olan məhsulun alıcısı müəyyən qədər azalır.

Dövlətin kinoteatr şəbəkəsi yaratmasına ehtiyac yoxdur. Bu, özəl sektorun işidir və özəl sektor bu sahəyə yatırım edib vəsait qazanmaq istəyir. Bu da anlaşılandır. Kinoteatrlar özəl şirkətlər tərəfindən idarə olunmalıdır. Dövlət sadəcə bu sahəyə dəstək göstərə bilər. Məsələn, yerli filmlərin rəqabətədavamlılığını artırmaq üçün müəyyən subsidiyalar təklif edə bilər. Yerli filmlərin bilet qiymətini aşağı salmaq üçün kinoteatrlara müəyyən dəstək göstərə bilər və s. Yəni qarşılıqlı razılaşma əsasında yerli filmlərin biletləri xarici filmlərə nisbətən daha ucuz ola bilər. Üstəlik, xarici filmlərdən gələn vəsaitlə milli filmlərin istehsalına müəyyən qədər dəstək göstərmək olar.

Bu məsələ müxtəlif illərdə qaldırılsa da, hələlik özəl sektorla bir razılıq əldə olunmayıb. Amma Bakıda yerləşən kinoteatrlar şəbəkəsi mütəmadi olaraq dövlət tərəfindən istehsal olunan filmlərin nümayişində iştirak edir. Klassik filmlərimizin yubileyləri və ya son illərdə istehsal olunan filmlərin nümayişi ilə bağlı müəyyən layihələr həyata keçirilib. Problemin kökündə tamaşaçını kinoteatra qaytarmaq dayanır”.

F.Şamıyev bildirib ki, Azərbaycanda tamaşaçı kinoteatrı istirahət üçün sonuncu seçimlərdən biri hesab edir:

“Digər türkdilli respublikalarla müqayisədə kinoteatra daha az gedirik. Məsələn, son illərin statistikasına baxdıqda, 20 milyon əhalisi olan Qazaxıstan kinodan daha çox vəsait əldə edib, nəinki 40 milyon əhalisi olan Özbəkistan. Azərbaycan tamaşaçısı, xüsusən də Bakı tamaşaçısı kinoteatrı yəqin ki, istirahət üçün sonuncu yerlərdən birində təsəvvür edir. Bu da həm film istehsalına, həm də kinoteatrlardan gələn gəlirə təsir edir.

O ki qaldı bu boşluqların necə aradan qaldırılmasına, bu, qısa vaxt ərzində əldə olunacaq nəticə deyil. Bunun üçün maraqlı reklam vasitələri tapılmalı və təhsil müəssisələrində şagirdlərin kinoteatra, muzeyə və digər mədəniyyət mərkəzlərinə getməsi bir ənənəyə çevrilməlidir”.

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri