Kipr prezidenti Türkiyənin Aİ nin müdafiə proqramında iştirakına icazə verməyəcəyinə söz verib
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kipr prezidenti Nikos Kristodoulides, ölkənin Türkiyənin Aİ-nin SAFE müdafiə proqramında iştirakına icazə verməyəcəyini bəyan edib. O, bu qərarını Avropa Şurasının rəhbəri Antonio Kosta ilə keçirdiyi mətbuat konfransında açıqlayıb. Cənab Kristodoulides vurğuladı ki, üçüncü ölkələrin bu cür proqramlarda iştirakı üçün Aİ-nin 27 üzvünün hamısının razılığı lazımdır.
“Biz üzv dövlətləri təhdid edən üçüncü ölkələri Avropa İttifaqının maliyyə və resursları ilə təmin edə bilmərik”, - Nikos Kristodulides bildirib.
Bundan əvvəl Avropa Komissiyasının nümayəndəsi Tomas Renier Türkiyənin SAFE proqramı müqavilələrində iştirak etmək üçün müraciət etdiyini bildirmişdi. Türkiyə Aİ-yə üzv olmaq üçün namizəd kimi texniki cəhətdən bu təşəbbüs çərçivəsində müdafiə sənayesi maliyyəsinə çıxış hüququna malik olsa da, bunun üçün bütün Aİ üzvlərinin razılığı lazımdır.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Sentyabr 2025 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















