Icma.az
close
up
RU
Ərdoğan: Kipr məsələsi Türkiyənin milli prioritetidir

Ərdoğan: Kipr məsələsi Türkiyənin milli prioritetidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 13 noyabr, AZƏRTAC

Ankaranın Kipr məsələsində mövqeyi bütün dövrlərdə son dərəcə aydın olub: adada ədalətli və davamlı sülhə gedən yol iki dövlətin tanınmasından keçir. Ziddiyyətlərin tənzimlənməsi yalnız Kiprin reallıqları nəzərə alınmaqla mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanla Ankarada 90 dəqiqəlik danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankaranın beynəlxalq arenada ŞKTR-nin hüquq və mənafelərinin təmin edilməsi üzrə siyasi və diplomatik səyləri davam edəcək.

“Kiprin qarant ölkəsi kimi Türkiyə çətinliklər və problemlər qarşısında Kipr türklərini tərk etməyəcək”, - deyə o, Kipr yunan icmasının məqsədini “Kipr türklərini adada milli azlığa çevirmək” kimi xarakterizə edərək əmin edib.

Türkiyə Prezidenti, həmçinin Avropa İttifaqının adanın yunan icmasını Aİ-yə qəbul etmək kimi səhv qərarını unutmamağa çağırıb və Kipr türklərinə verilən vədlərin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

ŞKTR lideri öz növbəsində Şərqi Aralıq dənizindəki problemlərin həlli yalnız danışıqlar yolu ilə mümkün olacağını bildirib.

O, həmçinin yunan Kiprin hakimiyyəti tərəfindən silah alışının aktiv şəkildə artırılmasına diqqət çəkib. “Adanın cənubunda silahların toplandığı bir dövrdə Türkiyənin Kiprdəki problemlərin tənzimlənməsi ilə bağlı mövqeyinin əhəmiyyəti xüsusilə vacib olaraq qalır”, - deyə ŞKTR-nin altıncı Prezidenti bildirib. T.Erhürman qeyd edib ki, Kipr ilə bağlı ziddiyyətlərin tənzimlənməməsi regionda sülhə mənfi təsir göstərir.

“Regionda Türkiyə və Kipr türklərinə qarşı saymamazlığa əsaslanan mövqe regiondakı problemlərin uzunmüddətli tənzimlənməsinə töhfə verə bilməz”, - deyə o vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri