Icma.az
close
up
RU
Şimali Kipr Türk Cümhuriyyəti prezidenti kim seçilsə, Türkiyənin strategiyalarına uyğun hərəkət etməlidir

Şimali Kipr Türk Cümhuriyyəti prezidenti kim seçilsə, Türkiyənin strategiyalarına uyğun hərəkət etməlidir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şimali Kipr Türk Cümhuriyyətində oktyabrın 19-u bazar günü keçiriləcək prezident seçkilərinin ilk turunda səs verəcək seçicilərin sayı 218 min 313 nəfər olaraq açıqlanıb. Hazırkı prezident Ersin Tatar seçkinin birinci turunda müstəqil namizəd kimi, ana müxalifətdə olan Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman isə partiyasının namizədi kimi qeydə alınıb. Prezident seçkilərinin ilk turunda Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil, Osman Zorba isə Kipr Sosialist Partiyasının namizədi kimi iştirak edəcək.

Seçkiyə sayılı günlər qalıb, səkkiz prezidentliyə namizədin təbliğat-təşviqat kampaniyası aparılır. Kipr türk xalqı 1974-cü il Sülh Əməliyyatından sonra 20 iyun 1976-cı ildə öz dövləti altında ilk prezident seçkilərini keçirib. Kipr türkləri 44 il ərzində iki dəfə Kipr Türk Federativ Dövlətinin Prezidentliyinə, səkkiz dəfə ŞKTC prezidentliyinə səs veriblər. ŞKTC xalqı 6-cı prezidentini seçmək üçün oktyabrın 19-da keçiriləcək prezident seçkilərində 9-cu dəfə seçkiyə gedəcək.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Kipr tarixinin çox hissəsində Türk adası olub.

Kərəm Qarabulud

“1974-cü ildəki ən son hərbi əməliyyat sübut etdi ki, Kiprdə türk varlığı əbədi olacaq və qalmalıdır. Odur ki, oktyabrın 19-da keçiriləcək seçkidə kim qalib gəlsə, Kiprin türk adası olması və bu adanın Türkiyənin ayrılmaz hissəsi olması faktını dəyişməyəcək. Diqqət kimin qazandığı və ya uduzduğu deyil, dünyanın gələcəkdə Kiprin varlığını qəbul etməsini və bəyənməsini təmin edəcək strategiyalara yönəlməlidir. “Annan” planı da nümayiş etdirdi ki, adada iki icmalı və inteqrasiya olunmuş dövlət qurmaq mümkün deyil. Ona görə də qalib gələn namizəd bu reallığı nəzərə almalı və Türkiyənin strategiyalarına uyğun hərəkət etməlidir”-deyə Kərəm Qarabulud qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri