Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Kirayə haqları üzrə gəlir vergisinin azaldılması nəyi dəyişəcək?

Kirayə haqları üzrə gəlir vergisinin azaldılması nəyi dəyişəcək?

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisi 14 faizdən 10 faizə endirilir. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb. Yeni yanaşma fiziki şəxslərin vergi yükünün azaldılması, eləcə də kirayə bazarının stimullaşdırılması məqsədi daşıyır.

Dünyanın bir çox ölkələrində dövlət tərəfindən kirayə gəlirləri üçün aşağı və sabit vergi dərəcəsi tətbiq olunur. Məsələn, qonşu Gürcüstanda kirayə gəlirlərinə sabit 5 faiz vergi tətbiq edir. Polşada 8,55 faiz, Kanadada əmlakla bağlı bütün xərclər çıxıla bildiyi üçün vergi yükü əksər hallarda çox aşağı olur. Böyük Britaniyada xidmət haqqı, təmir, kommersiya xərcləri çıxıldıqdan sonra yalnız qalıq məbləğ vergiyə cəlb olunur.

Polşada fiziki şəxslərin icarə gəlirlərinə 8,55 faiz sadələşdirilmiş dərəcə tətbiq edildikdən sonra qeyri-rəsmi icarə müqavilələrinin payı 30 faizdən çox azalıb. Estoniyada bu siyasət nəticəsində kirayə gəlirlərinin 70 faizdən çoxu rəsmi uçota düşüb. Litvada və Macarıstanda isə oxşar vergi stimulları icarə bazarının şəffaflığını və dövlət büdcəsinə daxilolmaları əhəmiyyətli dərəcədə artırıb.

Şərtlər nə kirayə verənə, nə də mənzil kirayələyənə sərf edirdi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyir ki, əvvəlki 14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək idi. Qazancından 14 faiz vergi ödəmək insanlara sərf etmədiyi üçün çoxları mənzillərini gizli yollarla kirayə verib vergidən yayınırdılar: "Kirayəhaqları üzrə gəlir vergisi, 14 faiz ümumi kirayə haqqına əlavə olunduqda ciddi fərq yaranırdı. Məsələn, bir mənzil 600 manata kirayə verilirsə və mülkiyyətçi 14 faiz vergi tələb edirsə, bu, təxminən 84 manat edirdi. Bu zaman qiymət fərqi tərəflər arasında razılaşmanı pozurdu. Çünki şərtlər nə kirayə verənə, nə də mənzil kirayələyənə sərf edirdi. Vəziyyətdən çıxış yolu kimi tərəflər qeyri-rəsmi razılaşma yolu ilə razılığa gəlirdilər. Fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsi bu kimi müəyyən qədər qarşısını alacaq. Eyni zamanda bu, həm icarəçini, həm də icarə verəni rəsmi şəkildə müqavilə bağlamağa müəyyən qədər təşviq edə bilər".

Yüksək vergilər vergidən yayınma riskini artırır

Vüqar Orucun sözlərinə görə, hazırda evlərini kirayə verənlərin təxminən 80 faizə yaxını vergidən yayınır. Kirayə bazarında xeyli hissə qeyri-rəsmi fəaliyyət göstərdiyinə görə, vergi yükünün azalması daha çox mənzil sahibinin müqaviləni rəsmiləşdirməsinə stimul verə bilər: "Vergidən yayınma halları bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Münasibətlər rəsmi qaydada tənzimlənmir və tərəflər öz hüquqlarını səmərəli şəkildə müdafiə edə bilmirlər. Məsələn, gələcəkdə hər hansı problem yarandıqda, ortada notarial qaydada təsdiqlənmiş müqavilə olmadığından hüquqi əsas yox olur. İndiki halda tərəflər yalnız "qeyri-rəsmi", hüquqi əsası olmayan müqavilə bağlayırlar ki, bu da hüquqi qüvvəyə malik olmayan sənəddir. Belə müqavilələr çox vaxt vergidən yayınmaq məqsədilə tərtib olunur. Guya burada ödəniş məbləği, əşyalı və ya əşyasız olması göstərilir, amma bunlar formal xarakter daşıyır. Nəticədə kirayəçi və kirayəverən öz hüquqlarını tələb edə bilmirlər. Bu vergi müəyyən dərəcədə rəsmi qeydiyyatı artıracaq, amma tam şəkildə yox. Faizlərin bir qədər daha aşağı salınması məqsədəuyğundur və bu, vergi öhdəliyinə əməletmə vərdişini gücləndirə bilər. Vergi dəyişiklikləri əsasən insanların ödəmə imkanlarını nəzərə almalı, faizləri aşağı səviyyədə saxlamalı, eyni zamanda geniş kütləyə tətbiq edilməlidir. Yüksək vergilər isə vergidən yayınma riskini artırır, kölgə iqtisadiyyatının inkişafına zəmin yaradır".

Bu dəyişiklik kirayə qiymətlərinin artmasına deyil, əksinə, sabit qalmasına və ya rəqabət səbəbilə cüzi azalmasına səbəb ola bilər. Çünki faiz dərəcəsinin aşağı endirilməsi ev sahibinin xalis qazancını artırır. Artıq vergi yükünü kirayəçi üzərinə yükləmək ehtiyacı azalır: "Gəlir vergisinin azalması kiçik mülkiyyət sahiblərinin sosial yükünü yüngülləşdirir. Eyni zamanda, vətəndaşların vergi öhdəliklərini könüllü yerinə yetirməsinin stimullaşdırılmasına səbəb olur".

Vergidən yayınmanın cəriməsi

Qeyd edək ki, kirayə müqaviləsi bağlanarkən bu barədə vergi orqanlarına məlumat verilməməsi İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən vergidən yayınma kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır. Bu maddəyə görə, az miqdarda - yəni 50 min manatdan yuxarı olmayan məbləğdə vergilərin və ya sığorta haqlarının ödənilməsindən yayınma halında, şəxsə vergidən yayınmış məbləğin 30 faizindən 70 faizinədək cərimə tətbiq edilir. Kirayə gəliri bəyan edilmədikdə və dövlət büdcəsinə ödənilməli vergi tutulmadıqda, həmin məbləğin üçdəbiri ilə təxminən üçdə ikisi arasında maliyyə sanksiyası tətbiq oluna bilər.

Bu addım büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, fiziki şəxslər üçün kirayəhaqları üzrə gəlir vergisi 14 faizdən 10 faizə endirilməsi vergidən yayınma hallarının qarşısınını almaq məqsədi daşıyır: "Məlum olduğu kimi, kirayə haqlarından büdcəyə daxilolmaların həcmi çox azdır. Xüsusən də nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Bu kontekstdən gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsində məqsəd dövlət büdcəsinə həmin mənbədən daha çox vəsaitin daxil olmasına nail olmaqdan ibarətdir. Nəticə etibarilə digər ölkələrin də təcrübəsi göstərir ki, kirayə vergiləri bütövlükdə gəlir vergilərində vergi növlərindən biridir. Ona görə də bu istiqamətdə şəffaflıq, kirayə müqavilələrinin sayının artırılması əsas səbəblərdəndir. 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil, 10 faiz vergi ödəyəcəklər. Kirayə vergisinin azaldılması müsbət haldır. Bununla belə, kirayə müqavilələrinin rəsmilləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var".

Millət vəkilinin dediyinə görə, kirayə sektorunda vergi dərəcələrinin aşağı olması kirayə müqavilələrinə marağı artırır. Bu da həmin mənbədən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan verir: "Hesab edirəm ki, kirayə üzrə gəlir vergisi dərəcələrinin azaldılması təqdirəlayiqdir. Gözlənilir ki, bu addım həmin sahədə kirayə müqavilələrinin sayının artmasına və büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq".

Vergi ödəyicilərinin rəsmi leqallaşmaya meyli artacaq

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, 10 faizlik dərəcə bu istiqamətdə könüllü bəyanetmə motivasiyasını artıracaq və vergi ödəyicilərinin rəsmi leqallaşmaya meylini gücləndirəcək: "Fiziki şəxslər vergidən yayınmaq üçün öz aralarında qeyri-formal münasibət yaradaraq rəsmiləşdirilmə aparılmadan, vergi bəyan etmədən kirayə müqaviləsi bağlayırdılar. Artıq hökumət də bu sahədə nəzarəti artıracaq. Burada əsas məqsəd kirayə müqavilələrinin rəsmiləşdirilməsini təmin etmək, vergidən yayınma hallarının qarşısını almaqdır. Təbii ki, bütün bunlar kirayə bazarında şəffaflığın artırılması, vergi yığımının stimullaşdırılması ilə nəticələnəcək. Bugünə kimi, fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin 14 faiz olması səbəbindən qeyri-rəsmi fəaliyyətə meyilli olmayacaq, rəsmi müqavilələr bağlamaqla həm öz hüquqlarını qoruyacaq, həm də gəlirlərini legitim əsasda əldə edəcəklər. Bu, mülki münasibətlərdə hüquqi müəyyənliyi gücləndirəcək və uzunmüddətli icarə əlaqələrinin sabitliyini təmin edəcək. Həmçinin kirayəçilər üçün də dəyişiklik bazarda qiymət sabitliyinə müsbət təsir edəcək. Bu baxımdan qiymət artımı tempinin zəifləməsi və bazar likvidliyinin yüksəlməsi mümkündür".

Kirayə bazarında şəffaflaşmaya 2026-cı ildə start veriləcək

İqtisadçının sözlərinə əsasən,  vergi faizinin aşağı endirilməsi daşınmaz əmlak bazarında gəlirlərin leqallaşmasına gətirib çıxaracaq. Vətəndaşlar artıq kirayə mənzillərindən qazandıqları gəlirləri də rəsmi gəlir kimi göstərə biləcəklər: "Vergi yükünün azaldılması ilə bağlı hökumətin həyata keçirdiyi proqressiv tədbirlər 2026-cı ildə qiymətlərə həlledici təsir etməyəcək. Yalnız şəffaflaşmadan sonra verginin bazara təsiri haqqında danışmaq olar. Çünki kirayə bazarında şəffaflaşmaya 2026-cı ildə start veriləcək. Bir çox vətəndaş vergidən yayındığına görə, faktiki olaraq bu, ya əmlak bazarında kirayə qiymətlərinin bahalaşması hesabına, ya da kirayə verənlərin gəlirlərinin azalması hesabına kompensasiya oluna bilər. Bu, həm də kirayə bazarında formalaşan tələb-təkliflə əlaqədar məsələlərdən asılı olacaq. Hazırda kirayədən gələn gəlirin ümumi kirayə bazarının neçə faizini təşkil etdiyinə dair rəsmi məlumatlar olmadığına, həmçinin atılacaq addımların bu bazara necə təsir edəcəyinə dair proqnozlar mövcud olmadığına görə kirayə vergisinin optimallaşdırılmasının bazara təsiri haqqında danışmaq hələ tezdir".

Əmlak eksperti Ramin Osmanlı hesab edir ki, fiziki şəxslər üçün kirayə gəlirlərindən tutulan verginin 14 faizdən 10 faizə endirilməsi müqavilələrin sayında nəzərəçarpacaq dərəcədə artıma səbəb olmayacaq. Müəyyən nisbi artımlar müşahidə ediləcək. Amma bu, ciddi və davamlı artım səviyyəsinə çatmayacaq. 14 faiz ilə 10 faiz arasındakı fərq çox böyük olmadığından, kirayə qiymətlərinə ciddi təsir gözlənilmir. Bu rəqəm 2-4 faiz endirilsə, ciddi dəyişikliklər nəzərə çarpar".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri