Kirayə mənzil layihəsi niyə effektli olmadı?
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Satmaq öhdəliyi ilə kirayə modelinin işləməsi üçün dövlət və ya müvafiq maliyyə institutu əvvəlcədən mənzilləri əldə etməli, yaxud onların tikintisini maliyyələşdirməlidir. Sonra həmin mənzillər vətəndaşlara uzunmüddətli müqavilələrlə təqdim olunur. Bu, adi kirayə proqramından fərqlidir. Dövlət yalnız mənzilin istifadəsini təmin etmir, eyni zamanda onun gələcəkdə mülkiyyətə keçməsini nəzərdə tutan maliyyə öhdəliyi götürür".
Newscenter.az xəbər verir ki, bunları əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli kirayə mənzil layihəsinin effektivliyindən danışarkən səsləndirib. O deyib ki, burada əsas problem kapitalın dövriyyəsidir:
"Mənzilin alınması üçün vəsait bu gün tələb olunur, vətəndaşdan daxilolmalar isə uzun illər ərzində, bəzən 15–25 il müddətində əldə edilir. Əgər proqramın maliyyə mənbələri məhduddursa, mənzillərin sayı da məhdud qalacaq. Bir neçə yüz və ya bir neçə min ailənin mənzil əldə etməsi sosial baxımdan əhəmiyyətlidir, lakin bu nəticə geniş mənzil əlçatanlığı problemini həll etmək üçün kifayət etməyə bilər".
Ekspert hesab edir ki, buna görə proqramın effektivliyini yalnız təqdim edilmiş mənzillərin sayı ilə deyil, onun davamlı şəkildə neçə ailəni mənzil sahibi edə bilməsi, yeni mənzillər üçün maliyyə resurslarını nə qədər sürətlə dövriyyəyə qaytara bilməsi və büdcədən nə qədər əlavə dəstək tələb etməsi ilə qiymətləndirmək lazımdır.
Fərid Cəfərli qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondunun rəsmi şərtlərinə əsasən, kirayəçi müqavilə bağlanarkən aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir:
"Məsələn, aylıq ödəniş 600 manatdırsa, ilkin olaraq 7 200 manat tələb olunur. Aylıq ödəniş 800 manat olduqda isə bu məbləğ 9 600 manata çatır.
Bu məbləğ adi ipoteka üçün tələb oluna bilən ilkin ödənişdən aşağı ola bilər. Lakin aşağı gəlirli, kirayədə yaşayan və ailə xərcləri yüksək olan vətəndaş üçün belə bir vəsaiti toplamaq yenə də çətindir.
Burada paradoks yaranır: mənzilə ən çox ehtiyacı olan ailələrin bir qismi məhz ilkin vəsait toplaya bilmədiklərinə görə proqramdan yararlana bilmirlər".
Ekspert hesab edir ki, gələcəkdə sosial həssaslığı yüksək olan ailələr üçün ilkin ödənişin hissələrə bölünməsi, müəyyən şərtlərlə dövlət zəmanəti və ya ünvanlı subsidiya mexanizmləri araşdırıla bilər:
"Lakin bu dəstək büdcə xərcləri və proqramın maliyyə dayanıqlığı hesablanmaqla həyata keçirilməlidir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Kirayə mənzil layihəsi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
24 Oktyabr 2025 16:38
Mingəçevirdə kirayə mənzil qıtlığı
06 Sentyabr 2025 14:09
Bakıda kirayə mənzil böhranı
03 İyun 2026 17:16
Kirayə mənzil axtaranların NƏZƏRİNƏ
18 İyul 2026 13:31
“Kirayə mənzil” kimlərə verilir?
07 Oktyabr 2026 11:21
Baxış sayı:84
Bu xəbər 09 Oktyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















