Icma.az
close
up
RU
Kirayə mənzillər də bahalaşacaq: vergilərlə bağlı dəyişiklik vəziyyəti qəlizləşdirib

Kirayə mənzillər də bahalaşacaq: vergilərlə bağlı dəyişiklik vəziyyəti qəlizləşdirib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kirayə bazarında qiymətlərin bahalaşacağı gözlənilir. Bu, təkcə mənzillərin qiymətinin bahalaşması ilə əlaqəli deyil. Ekspertlər daha çox vergi qanunvericiliyinə son dəyişikliklərdən çıxış edərək, kirayə qiymətlərində 5-10 faiz bahalaşma proqnozlaşdırırlar.

Dekabrda Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kirayədən əldə olunan gəlirlərdən vergi 14 faizdən 10 faizə endirildi. Əmlakını kirayə verən şəxs 10 faiz vergi ödəməli, vergi uçotuna alınıb, bəyannamə verməlidir.

Kirayə gəlirindən ödənilən vergi 14 faizdən 10 faizə endirildiyi halda, niyə kirayə bazarında qiymətlərin əksinə, bahalaşması proqnozlaşdırılır?

Əmlak məsələləri üzrə ekspert Şahin Hüseynov bunu Bizimyol.info xəbər portalına belə izah edib: “Əvvəl vergi 14 faiz olsa da, o vergini ödəyənlərin sayı çox az idi. Evini kirayə verənlərin uzağı 10-20 faizi rəsmi müqavilə bağlayıb, vergi ödəyirdi. Müqavilə bağlayanların əksəriyyəti evini əcnəbilərə kirayə verənlər olurdu. Çünki Azərbaycanda yaşayış icazə almaq üçün onlara bu cür rəsmi sənədlər lazım olur. Elə şəxslər də var ki, onların kirayə haqqını iş yerləri ödəyir. Bu adamlar da rəsmi müqavilə bağlamaqda maraqlı olurlar. Əsasən bu kateqoriyadan olan adamlarla müqavilə bağlanırdı. İndi isə vəziyyət fərqlidir. Vergi 4 dərəcə azaldılsa da, müqaviləsiz olan kirayə mənzilləri vergiyə cəlb etmək üçün inzibati metodlar işə salınacaq. Belə olan halda, vergi ödəmək məcburiyyətində qalan mənzil sahibi qiyməti qaldıracaq”.

Başqa sözlə, ekspertlər verginin kirayə qiymətlərinin üzərinə gələcəyini proqnozlaşdırır.

Şahin Hüseynov hesab edir ki, mənzil sahibləri cərimə və sanksiyalardan çəkinərək, müqavilə bağlayacaqlar. Onun sözlərinə görə, artıq bu istiqamətdə aktivlik müşahidə olunur: “Bir sıra mənzil sahibləri müqavilə bağlayırlar, rəsmiləşdirirlər. Gələcəkdə cərimələnmək istəmirlər. Son vaxtlar telekanallarda bu istiqamətdə təbliğat gedir, hiss olunur ki, bu məsələnin üstünə düşüblər”.

Ekspert əlavə edib ki, əvvəlki dövrlərlə müqayisədə hazırda kirayə bazarında mənzil azdır. Onun sözlərinə görə, bunun da iki mümkün səbəbi ola bilər: “Ya kirayə mənzillərə tələbat həddindən artıq çoxdur, ya da insanlar şərtlərin dəyişməsindən sonra mənzillərini kirayə vermək istəmirlər. Nəticədə kirayə mənzil bazarında qıtlıq yaranıb. Tələbin təklifdən çox olması da qiymətin bahalaşmasına gətirib çıxarır”.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see251

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see205

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see179

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see157

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see142

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri