Icma.az
close
up
RU
Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir

Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir

Azərbaycanda kirayə müqaviləsi anlayışı artıq formalaşmaqdadır. Lakin bu növ müqavilədən praktiki istifadə edənlərin sayı olduqca azdır. Yaxın gələcəkdə kirayə müqaviləsinin icbari xarakter alması mümkündürmü?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, müqavilələr heç bir halda məcburi xaraker daşıya bilməz:

"Mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilə azadlığıdır. Müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan istənilən müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqdlər - mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki və yaxud daha çox tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. Mülki Məcəllədə nəzərdə tutulmuş "müqavilə" anlayışından belə başa düşürük ki, müqavilə heç bir halda məcburi xarakter daşıya bilməz və yaxud ona icbarilik mexanizmi tətbiq oluna bilməz. Müqavilə tərəflərin iradə ifadəsini əks etdirən ikitərəfli əqddir. Əgər bir razılaşmaya biz müqavilə deyiriksə, mütləq qaydada orada tərəflərin iradə ifadəsi öz əksini tapmalıdır".

Hüquqşünasın fikrincə, kirayə müqaviləsinin bağlanması hər iki tərəf üçün faydalıdır:

"Tərəflər arasında kirayə müqaviləsinin bağlanması, hər iki tərəfi gələcək problem, öhdəlik və məsuliyyətdən xilas edə bilər. Kirayə müqaviləsinin bağlanması tövsiyə olunandır və bu müqavilənin bağlanması üçün müəyyən təşviqat kampaniyaları, maarifləndirmə işləri aparmaq lazımdır. Bu həm dövlətin vergi siyasətinə uyğundur, həm də tərəflərin münasibətlərinin daha təminatlı şəkildə qorunması üçündür.

Kirayə müqaviləsi olmadığı halda, onların heç bir hüquqi təminatı olmur. Məsələn, kirayə verən iddia edə bilmir ki, evimi kirayəşinə 500 manata vermişdim, ancaq o ödənişi verməyib. Eyni zamanda, kirayə götürən də sübut edə bilmir ki, 3 ayın pulunu ödəmişəm, amma ev sahibi məni evdən çıxarır. Yəni hüquqi təminatsız olur. Kirayə müqaviləsinin bağlanması məsləhətdir, ancaq heç bir halda məcburi ola bilməz".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 19 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri