Kirayədə yaşayırmış, borcları varmış: Məşhur futbolçunun dayısı oğlunun ölümünün TƏFƏRRÜATI
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğlu, 37 yaşlı Sabit Ağayevin ölümünün təfərrüatları məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, hadisə zamanı evdə tək olub.
“Sabit bir müddət əvvəl valideynləri ilə yoldaşı arasında yaranan mübahisələr səbəbilə kirayə ev tutaraq öz ailəsi ilə ayrı yaşamağa başlayıb. Mərhum dünən axşam saatlarında Tala kəndinə gələrək intihar edib. Hadisə zamanı yoldaşı evdə olmayıb. Bir azyaşlı körpəsi var. Sabitgil ailədə 2 uşaqdırlar. Bir bacısı var. Nənəsi vaxtı ilə Tala kənd məktəbində ibtidai sinif müəllimi işləyib”, - mərhumun yaxınları bildirib.
Başqa bir iddiaya görə, mərhumun borcları çox imiş və ödəyə bilmirmiş. Ona görə də özünə qəsd edib.
Xatırladaq ki, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yarımçıq tikilidən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanıb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
O, futbolçu Mahir Əmrəlinin dayısı oğludur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 01 Noyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















