Kirkorov çağırıldığı konsertə qatılmadı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Xalq artisti Filipp Kirkorovun yanıq xəsarəti ilə bağlı müalicəsi əvvəlcədən planlaşdırıldığından daha çox vaxt apara bilər. Bu səbəbdən məşhur müğənni bəstəkar Davit Tuxmanovun 85 illiyinə həsr olunmuş konsertdə iştirak edə bilməyib.
Axar.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Kirkorovun nümayəndəsi Yekaterina Uspenskaya məlumat verib.
"Hazırda müalicə intensiv şəkildə davam edir. Lakin görünür, bərpa müddəti əvvəl düşündüyümüzdən daha uzun çəkəcək", - deyə o bildirib.
Uspenskaya qeyd edib ki, Kirkorovun səhnəyə çıxmamasına səbəb məhz aprel ayında Sankt-Peterburqda verdiyi konsert zamanı aldığı yanıq xəsarətidir. O, həmçinin mediaya müraciət edərək, yayılan şayiələrə inanmamağa və müğənniyə "qeyri-rəsmi diaqnozlar" qoymamağa çağırıb.
Qeyd edək ki, daha əvvəl də bildirildiyi kimi, sənətçi hazırda həkimlərin nəzarəti altında planlı müalicə prosedurlarından keçir.
Baxış sayı:68
Bu xəbər 29 May 2025 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















