Icma.az
close
up
RU
Kirpik gənəsi xəstəliyi nədir? Xəbərdar olun ki, qorunasınız!

Kirpik gənəsi xəstəliyi nədir? Xəbərdar olun ki, qorunasınız!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Demodekoz adlanan bu xəstəliyə yaz-yay aylarında daha tez-tez rast gəlinir.

Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.

Demodekoz zamanı insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür.

Oftalmoloq  Leyla Hüseynzadə Bizimyol.info saytına bildirib ki, demodekoz tək üz dərisində deyil, başin tüklü nahiyəsində, kirpiklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kirpiklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə “tökülən qum” hissiyatı əmələ gəlir.

“Kirpik demodekozu gözlərdə yorğunluq, qaşınma, şişkinlik, göz qapağı kənarlarının qızarması, kirpiklərin, qaşların tökülməsi, kəpəklənməsi, kirpiklərin bir-birinə yapışmasi kimi əlamətlərlə özünü göstərir. Gənələrin hərəkəti axşamlar daha aktiv olduğundan, qaşınma axşamlar daha çox qeyd olunur.Diaqnoz həkim müayinəsi və laborator analiz əsasında qoyulur. Demodekozun müalicəsı çox uzun sürən bir prosesdir. Bəzən aylarla, hətta illərlə davam edir. Çox vaxt bahar və payiz aylarında residiv verir. Şəxsi gigiyena qaydalarina rəayət etməyin müalicənin effektiv olmasında böyük rolu var. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Bu xəstəlik öz-özünə keçib getmir. Demodekozun müalicəsi uzunmüddətli və kompleksdir. Vaxtında həkim-dermatoloqa müraciət edilməli və xəstəlik müalicə olunmalıdır.Həkim nəzarətində tezləşdirilmiş müayinə üsulu ilə müalicə təxminən 40 gün davam edir, tam sağalma ilə nəticələnir”,- deyə həkim bildirir.

Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün aşağıdakı üsullardan istifadə edilirdi.

Xaricə istifadə üçün bir xörək qaşığı xırdalanmış ardıc meyvəsinin üzərinə 1 stəkan qaynar su tökülüb, 4-6 saat müddətinə ağzı bağlı yerdə dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 1-2 dəfə 15-20 dəqiqə müddətinə dəriyə islatma şəklində tətbiq edilir. İslatmadan öncə dərini gülümbahar çiçəyi və evkalipt yarpağının spirtli çıxarışı ilə silmək lazımdır.

Birinci reseptdə ardıc meyvəsinin əvəzinə 2 xörək qaşığı xırdalanmış yovşan otu və ya 1 xörək qaşığı kövrək murdarça qabığı, ya da 1 xörək qaşığı xırdalanmış uca andız kökü götürüb eyni qaydada prosedur aparıla bilər.

Daxilə istifadə üçün:

Hərəsindən 1 hissə olmaqla bağayarpağı yarpağı, yovşan otu, istiotlu nanə yarpağı boymadərən otu, dağ tərxunu çiçəyi, gicitkən yarpağı və 2 hissə yatıqqanqal otu xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Hərəsindən 2 hissə olmaqla üçrəng bənövşə, gülümbahar çiçəyi, dazıotu və hərəsindən 1 hissə olmaqla istiotlu nanə yarpağı, bağayarpağı yarpağı, uca andız kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Xaricə və daxilə istifadə eyni vaxtda tətbiq olunanda daha səmərəli nəticə verir.

Leyla Hüseynova bu xəstəliyə yoluxmuş insanlara  üzlərinə aloye, kələm şirəsində isladılmış salfetlərdən maska etmyi məsləhət bilir. “Tüklü balışlardan imtina edin və mütəmadi olaraq yataq dəstinizi yuyun, ütüləyin və təzələyin.

Dərinizi günəş şüalarından, külək və şaxtadan qoruyun.Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidaları və alkoqolu çıxarın.Daha çox meyvə və tərəvəzlərdən istifadə edin”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri