Kişi cinsi azlığın nümayəndəsinin müştərisinə qarşı quldurluq etdi, ağrı cəza aldı
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tahir Babayevin (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Göyçə” hotelin yaxınlığında qeydə alınıb.
Belə ki, Tahir Babayevin cinsi azlığın nümayəndəsi olan tanışını sözügedən hotelə müştəri qismində çağırıblar. Təqsirləndirilən şəxs də onunla birlikdə ora gedib, lakin taksinin içərisində gözləyib. Sonra Tahir hoteldən çıxan zərərçəkmiş Qulam Yusifova (ad, soyadı şərtidir) yaxınlaşıb, üzərində gəzdirdiyi bıçağı onun qarın nahiyəsinə dirəyib. Bu zaman o, zərərçəkmişi hədələyərək onun pulunu və telefonunu quldurluq yolu ilə ələ keçirib.
Hadisədən sonra Tahir Babayev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


